KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Arayik Arutyunyan və Ruben Vardanyan arasında nə baş verir?

Kamal Aliyev: Arayik Arutyunyan və Ruben Vardanyan arasında nə baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
181 0

Xankəndidəki separatçılardan biri,tanınmamış adminstrasiyanın keçmiş baş naziri” və ən başlıcası Rusiyanın adamı Ruben Vardanyan xunta rejiminin başçısı Arayik Arutyunyanı hədələyib.Dogrudur,əvvəllər də R.Vardanyan Arutyunyanı tənqidir edirdi,lakin bu,daha çox sətiraltı,səthi və dolayı yolla edilirdi.Ancaq bu dəfə Vardanyan Arutyunyanı rəhbər,baş komandan olmamaqda,insanları aldatmaqda ittiham edib.Vardonyan deyib ki,Arutyunyan həftənin əvvəlində istefaya gedəcəyini desə də,buna əməl etməyib.
Göründüyü kimi,Vardanyan Arutyunyanı açıq dilə gətirməsə də,sözünün üzərində durmamaqda,erməniləri aldatmaqda ittiham edir.Maraqlı olun budur ki,Vardanyanı belə ritorikaya keçməyə kim və nə məcbur edib…
Digər yandan,mümkündür ki,A.Arutyunyanın Moskva ilə münasibətlərində də “soyuqluq”yaransın.Ermənistanın baş naziri Nikol Paşinyana gəlincə,onun üçün hal-hazırda Arutyunyanın olub-olmamasının elə də bir fərqi yoxdur.
Paşinyan-Vardanyan münasibətlərinə gəldikdə,bu ikili arasında da münasibətlər heç də xoş deyil.Hətta bir müddət əvvəl Paşinyan da Vardanyanın sərt tənqidlərindən nəsibini almışdı.
Buna paralel olaraq,Vardanyanın həm Paşinyan,həm də Arutyunyanla “körpüləri yandırması”Moskvadan xəbərsiz oldugunu istisna etmək sadəlövhlük olardı.Yəni,R.Vardanyan Qarabagdakı separatçılar arasında Rusiyanın inandıgı,etibar etdiyi ən önəmli fiqurdur.Halbuki,Vardanyanın Xankəndidə “dövlət naziri”təyin olunması şousu da məhz Rusiyanın təşəbbüsü idi.Daha sonra Azərbaycan Vardanyanla hər hansı müzakirəyə getməyəcəyini deməklə,faktiki olaraq,rusyönemlü erməninin oyundan kənar duruma salmasına nail oldu.
Buna rəgmən,Moskva Vardanyanı hələ də Qarabagda “ehtiyat qüvvə”kimi saxlamaqda davam edir.Mümkündür ki,uygun bir zamanda Moskva Vardanyanı yenidən Xankəndidə “vəzufə”sahibi etsin.

Vardanyan Arutyunyanı n əızərdə tutaraq onu da deyib ki,siz bizim qırmızı çizgiləri aşmısınız,xalq sizdən hesabat təlıb edıcək və mən onların tərəfindəyəm.
Hazırda Vardanyanın Qarabag ermənilərinin arasında(yad biri olsa da)nüfuzunun olması mümkündür.Yox bu,əg əır belə olmasaydı,Vardanyan bu qədər sərt ritorikaya baş vurmazdı.Üstəlik,Vardanyanın söykənəcəyi Rusiya və kifayət qədər maddi resursları var.
Bir məqam da bu,ola bilər ki,Araik Arutyunyan və ətrafı Qarabagda qalıb mübarizə aparmagın perspektivsizliyini görür və Azərbaycanla vasitəçi olmadan danışıqlara getməyin zəruri oldugunu dərk edir.Əlbəttə,bu,Rusiyanı ciddi şəkildə narahat edir.Bu nöqteyi-nəzərdən,Moskva Vardanyanın vasitəsi ilə Arutyunyanı xəbərdarlıq edə bilər.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir