KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Araik Arutyunyan “üçtərəfli”Qarabag müzakirələrində israr edərsə…

Kamal Aliyev: Araik Arutyunyan “üçtərəfli”Qarabag müzakirələrində israr edərsə…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
323 0

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Agdam-Xankəndi yolu ilə Qarabagda yaşayan ermənilər üçün 40 ton un məmulatları göndərib.Əlbəttə,Bakı Qarabag ermənilərini öz vətəndaşları kimi qəbul edir, onları reinteqrasiya etmək istəyirsə,oradakı əhalinin ərzaq və digər zəruru ehtiyac məhsulları ilə təchiz etməlidir.
Zənnimcə,Azərbaycan tərəfi bu məsələdə bir az gecikib.Hətta yaxşı olardı ki,Bakı Qarabagdakı ermənilərə ərzaq məhsullarını “humanitar fəlakət”in BMT TŞ-də müzakirə olundugu dövrdə göndərəydi.Həqiqət budur ki,BMT TŞ-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti istədiyinə nail olmasa da,ermənilər ən azından “humanitar fəlakət”terminindən xiyli istifadə edə bildilər.
Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin son həmləsi gecikmiş addım olsa da,yenə də ermənilərin “humanitar fəlakət”,”etnik soyqrım”kimi təbligat siyasətinə problemlər yaradacaq.
Belə demək mümkünsə,Bakı ermənilərin bəhanəsini,hay-həşirini əllərindən almaqda qərarlıdır.
İndi əsas hədəf Qırmızı Aypara Cəmiyyətinin göndərdiyi ərzaq məhsullarını dünya mediasında işıqlandırmaqdır.Təbii ki,separatçılar Bakının bu həmləsinə hazır idilər ki,artıq bunun qarşı tərəflə razılaşdırmadıqlarını bəyan ediblər.Separatçı adminstrasiya yenə də əvvəlki kiçi Laçın koridorunun ikiyönlü açılmasını vurgulayırlar.Təbii ki,separatçı adminstrasiya dərk edir ki,əgər Azərbaycanın yola saldıgı və Agdam-Xankəndi yolu ilə göndərilən un məmulatlarını qəbul etsələr,dünyada yaratdıqları “humanitar fəlakət”şousu dərhal fiaskoya ugrayacaq.Eyni zamanda,Azərbaycanın göndərdiyi un məmulatını qəbul edərkən,mütləq bölgədəki rus sülhməramlılarının və Psşinyan hökumətinin də razılıgını almalıdırlar.
Hal-hazırda Azərbaycan dövlətinin üzərinə düşən məsuliyyət sadədir:Bakı bütün diplomatik fəaliyyətini,lobbi imkanlarını işə salaraq dünya ictimaiyyətini inandırmalıdır ki,bölgəyə yardımlar göndərili,bundan sonra da göndəriləcək.
Mümkündür ki,ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Agdam-Xankəndi yolunun yerləşdiyi əraziyə dəvət olunmalıdırlar.Şübhəsiz ki,bu sayaq siyasi və diplomatik həmlələr separatçıların və erməni diasporunun planlarına müəyyən qədər təsir edə bilər.

Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir