KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Almaniya Rusiyaya təbii qazın ödənişini rubulla edəcək

Kamal Aliyev: Almaniya Rusiyaya təbii qazın ödənişini rubulla edəcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
312 0

Məlumunuzdur ki,Rusiya prezidenti,çarı V.Putin ölkəsinə sanksiyalar tətbiq edən ölkələri “dost olmayanlar”kateqoriyasına əlavə edib.İndi ABŞ,Aİ-dən başlamış kiçik Mikroneziyaya qədər olan ölkələr Rusiyaya “dost”deyillər.

Hazırda ruslar deyir ki,avropalılar bizə təbii qazın pulunu rubulla ödəməlidirlər.Hələ ki,Macarıstan və Slovakiya Kremlin tələbi ilə razılaşıb.Avropa Komissiyasının rəhbəri Ursula fon Der Leyen isə deyir ki,rubulla ödəniş Rusiyaya qarşı sanksiya siyasətini pozmaqdır.

Dünən isə Rusiya Polşa və Bolqarıstana ixrac etdiyi təbii qazı kəsdi.İndi gözlər Almaniyadadır.Almaniyanın Bavariya(Bayern)əyalətinin iqtisadiyyat naziri Ayvanger deyir ki,qışa qədər təbii qaz rezervlərimizi təcili olaraq artırmalıyıq.Faktiki olaraq,Almaniyanın Avstriyanın Zalsburq şəhərindəki qaz deposu boşalıb.İş ondadır ki,almanlar indiyə qədər öz ölkələrində təbii qaz terminalları tikməyiblər.Və indidə bunun təəssüfünü yaşayırlar.

Beləliklə,Almaniyanın ən böyük enerji şirkətlərindən biri olan “Uniper” Rusiyaya təbii qaz ödəmələrini rubulla etməyə razılaşdı.Əvvəlcə “Uniper” rus təbii qazının pulunu İsveçrədə “Gazprombank”a yatıracaq,daha sonra bu vəsait Rusiyadakı bankların birində rubla çevriləcək.

Sıra Avstriyanın OMV və İtaliyanın ENİ enerji şirkətlərindədir.Maraqlıdır,Avropa Komissiyası bir müddət əvvəl demişdi ki,avropalı şirkətlər Rusiyaya təbii qaz ödəmələrini pulunu rubla çevrilmədən avro ilə edərlərsə və bunun müqabilində çek alarlarsa,problem olmayacaq.Lakin Avropa Komissiyasının rəhbəri indi deyir ki,təbii qazın pulu hətta ilkin etapda avro ilə ödənilib və daha sonra rubla çeviriləcəksə,bu,yenə də sanksiyaları pozmaqdır.

Gözlər indi Avropanın digər bir böyük təbii qaz tədarükçüsü Norveçə çevrilib.Norveçin “Vaar Enerji”şirkəti isə deyir ki,hazırda ən yüksək həcmdə təbii qaz istehsal etsələr də,bunu yaxın gələcəkdə artırmayacaqlar.2020-ci ildə Norveç Rusiyadan sonra Avropa ölkələrinə ən çox təbii qaz satan ölkədir.

Vəziyyət belədir ki,qış yaxınlaşdıqca,Avropa ölkələri ABŞ və Qətərdən sıxılmış qaz(LNG) idxal edəcəklər.Problem isə hələ də qoca qitədə yetərli sayda təbii qaz terminallarının olmaması və sıxılmış qazın daha baha olmasıdır.Üstəlik,ABŞ-ın sıxılmış qazı keyfiyyətli deyil.
Rusiyanın Avropaya satdıgı təbii qaz isə həm ucuz,həm də keyfiyyətlidir.
Son olaraq,Rusiya və Qərb arasındakı növbəti konfrantasiya enerji geopolitikası olacaq.

Komediya hələ qarşıdadır..
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir