KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Almaniya niyə Rusiya-Ukrayna müharibəsinin uzanmasına qarşıdır?

Kamal Aliyev: Almaniya niyə Rusiya-Ukrayna müharibəsinin uzanmasına qarşıdır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
86 0

Şübhəsiz ki,bu sualın cavabı Almaniyanın hələdə Rusiyadan ciddi şəkildə enerji asılılıgıdır.Almaniya istifadə etdiyi təbii qazın 55%-ni Rusiyadan idxal edir.Bundan əlavə almanların Rusiyadan neft asılılıgı da 25% civarındadır.Bu,Avropanın ən böyük iqtisadiyyatı üçün Rusiyanın karbohidrogen yataqlarından kifayət qədər yüksək asılılıq indiqatorudur.

Əlbəttə,almanlar Rusiyadan enerji asılılıgını azaltmaq üçün başqa alternativlərə yönəlməyə başlayıblar.Bu sırada ABŞ və Qətərdən sıxılmış qaz idxalı da var.Lakin yaxın perspektivdə Almaniyanın Rusiya enerjisindən xilas olması qeyri-mümkündür.

Bütün risqləri nəzərə alan Almaniyanın federal kansleri Olaf Şols Rusiya qazı məsələsində geri addım atmır.
Bu üzdən,kansler Şols həm Avropadan,həm də öz partiyasından(SPD)ciddi tənqidlərə tuş gəlir.

Hətta Almaniya bundestaqındakı əsas müxalifət partiyasının(CDU)lideri Fridrix Mers bəyan edirki,ölkəsi indiki kimi heç vaxt beynəlxalq siyasətdə belə “təcrid”vəziyyətdə olmamışdı.Təbii ki,müxalifət lideri beynəlxalq siyasətdə və yaxud arenada izolyasiya deyərkən,hazırkı Ukrayna konfliktini,kollektiv Qərbin birmənalı olaraq,işgalçı Rusiyaya qarşı vahid mövqeyini nəzərdə tutur.

Anadolu türklərinin belə bir ata sözü var:subaya arvad boşamaq asandır.Yəni,Almaniyanın federal kansleri Rusiyaya qarşı embarqo siyasətini qəbul etməmişdən qabaq min ölçüb,bir biçmək məcburiyyətindədir.

Hətta O.Şols bu gün birdəfəlik rus qazından imtina etsə,bu,Almaniya üçün iqtisadi resessiya deməkdir və milyonlarla yeni işsizlər probleminə çevrilə bilər.Deməli,bu,risqdir və “dövlət agılı”mütləq emosiyaların önünə keçməlidir.Nəzərə alsaq ki,almanlar məsələn,azərbaycanlılardan fərqli olaraq,qeyri-emosional və nizam-intizamlıdırlar.

Yəni,hər şey “urrra”düşüncəsi ilə olmur.

Alman mediası bu arada belə bir xəbər tirajlayıb ki,Berlin yaxın tarixdə Ukraynaya edəcəyi 1 milyard avro dəyərində hərbi yardımı 307 milyon avroya qədər azaldıb.

Üstəlik,kansler Şols bir müddət əvvəl anqlosaksonlar(ABŞ,Britaniya)tərəfindən Donbasın müdafiəsi üçün yaradılan beynəlxalq koalisiyada iştirak etməyi rədd etmişdi.Əvəzində,Almaniya Ukraynaya tank,top və əsgər göndərmək yerinə,maliyyə yardımı edəcəyini bəyan edib.

Razıyam ki,Almaniyanın hazırda Rusiyaya qarşı siyasəti nisbətən yumuşaq görünür.Ancaq almanların indiki yumuşaq yanaşması ABŞ və Böyük Britaniya ilə müqayisədə belədir.Almanlar bu müharibənin konkret ABŞ,Britaniya və Rusiya arasında getdiyinin,Ukraynanın isə təəssüflər olsun ki,”geopolitik hesablaşma”arenası oldugunun fərqindədir.Tarixə nəzər yetirsək,almanlar dəfələrlə ingilislərin ssenari müəllifi oldugu qlobal böhranlara cəlb olunublar.Obrazlı desəm,almanlar bu dəfə suyu üfürə-üfürə içirlər.

Yeri gəlmişkən,Almaniya kansleri O.Şols ona yönələn ittihamlara “der Spiegel”jurnalında belə cavab verib ki,Rusiyadan təbii qazın idxalına embarqo Avropa üçün “dramatik iqtisadi böhran” və milyonlarla işsiz deməkdir.O.Şols onu da vurgulayıb ki,NATO-nun ən böyük hədəfi üçüncü dünya müharubəsi və nüvə böhranına səbəb ola biləcək toqquşmadan yayınmaqdır.

Əslində,Fransanın da Rusiya-Ukrayna müharibəsindəki mövqeyi Almaniyadan o qədər də fərqlənmir.Hər iki dövlət onun fərqindədir ki,müharibənin əsas tərəfləri ABŞ-Böyük Britaniya ittifaqı və Putinin Rusiyasıdır.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.