KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Alman cəmiyyəti Zelenskiyə şübhə ilə yanaşır

Kamal Aliyev: Alman cəmiyyəti Zelenskiyə şübhə ilə yanaşır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
330 0

Almaniyada nəşr olunan liberalyönümlü “die Welt”(die welt.de)qəzetinin jurnalisti Elis Şvartser məqaləsində yazıb ki,Ukrayna prezidenti Volodimir Zelensinin Almaniya kansleri Olaf Şolsu 9 mayda Kiyevə dəvət etməsi görülməmiş provokasiyadır.

Şvartser yazır ki,Zelenski təxribat törətməkdən əl çəkmir və yaxşı olardı ki,o,daha təmkinli olsun.

Yeri gəlmişkən,250 min alman vətəndaşı imza toplayıb ki,Ukraynaya agır silahlar verilməsin.Alman cəmiyyətində Rusiyanın Ukraynadakı müharibəsi istiqamətində çox ciddi müzakirələr var.Ənənəvi mediadan fərqli olaraq,sosial şəbəkələrdə alman cəmiyyətinin 70-80%-i Rusiyanın Ukraynadakı işgalçılıq müharibəsini pisləsə də,ümumi kontekstdə insanlar bu konfliktin ABŞ,Böyük Britaniya və Rusiya arasında geopolitik bir hesablaşma oldugu qənaətini bölüşürlər.

Bir müddət əvvəl Almaniya prezidenti Valter Ştaynmayer Polşa və baltikyani respublikaların rəhbərləri ilə Kiyevi ziyarət etmək istəsə də,V.Zelenski buna qarşı çıxmışdı.Şübhəsiz ki,bu,alman cəmiyyətində hiddətlə qarşılanmışdı.

Bundan əlavə,Ukraynanın Almaniyadakı səfiri Vasili Melnik vaxtaşırı bu ölkəni aşagılayır,hətta ironik şəkildə federal kansler Olaf Şolsa “qaraciyər sosisi”demişdi.Melnik Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun adminstrasiyasında da işləyib.O,daha sonra Ukraynanın Avstriyadakı səfirliyində,Hamburqdakı Ukrayna konsullugunda da işləyib.V.Melnik indi də Ukraynanın Almaniyadakı səfiri kimi bu ölkəni borclu çıxarır,diplomatik etiket qaydalarını pozur,özünü çox ədəbsiz aparır.

Ukrayna iqtidarı görünür həm psixoloji böhran yaşayır,həm də müharibə uzandıqca saga-sola qarmaq atır;V.Zelenski Türkiyəyə söz atır,Almaniya hökumətinə ilişir.
İstər-istəməz ortaya belə bir sual çıxır:görəsən,V.Zelenskini Almaniya və Türkiyəyə qarşı kim danışdırır?
-V.Zelenski bu cürəti hardan alır?

Bəli,Zelenski təcrübəli siyasətçi olmadıgı üçün fors-major situasiyalarda özünü itirir.O,hələ dərk etmir ki,Putin kimi tiranın qarşısında tab gətirmək üçün beynəlxalq koalisiyaya ehtiyac var.

Bundan əlavə,müharibə uzanır,itkilər artır,ölkə faktiki poliqona çevrilib.Polşa Ukrayna ilə birləşməkdən,sərhədlərin aradan qalxmasından danışır.Polşa millətçiləri Ukraynanın qərbini onlara aid olan Qalisiya regionu adlandırır,ikinci dünya müharibəsində benderlərin lideri Stepan Banderanın alman nasistlərinə kömək edərək,çox sayda polşalını öldürməkdə günahlandırırlar.

Üstəlik,Macarıstan da etnik macarların yaşadıgı Zakarpatyeni Ukraynanın tərkibində görmürlər.Belə olan təqdirdə,Zelenski adminstrasiyası Almaniya və Türkiyəni ittiham edir.Zelenski dərk etməlidir ki,postmüharibə dövründə Ukraynanın bərpası üçün Almaniyanın maliyyə yardımlarına ehtiyac olacaq…
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir