KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Akşənər Türkiyə müxalifətini parçaladı.Bundan sonra nə olacaq?

Kamal Aliyev: Akşənər Türkiyə müxalifətini parçaladı.Bundan sonra nə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
195 0

Türkiyə siyasətində belə demək mümkünsə,dünən “bomba”partladı.Halbuki,Türkiyədə fevralın 6-da baş baş verən və onminlərlə insanın ölümü ilə nəticələnən təbii fəlakətdən sonra bu ölkədə “siyasi zəlzələ”nin baş verdiyini yazmışdıq.Lakin əsl “siyasi zəlzələ”dünən Ankarada baş verdi;Türk müxalifətinin “Altılı masa”adlandırdıgı müxalifət koalisiyasi faktiki olaraq 12 ay sonra siyasi ömrünü başa vurdu.Belə ki,altı siyasi partiyanın ikinci ən böyük siyasi təşkilatı olan İYİ Partiyanın lideri Meral Akşener bəyan etdi ki,onlar artıq müxalifət koalisiyasında təmsil olunmayacaqlar.Belə demək mümkünsə,Meral Akşenerin dünənki bəyanatı türk siyasətində zəlzələ effekti yaratdı.
Yadınıza salım ki,bir müddət əvvəl yazmışdım ki,Meral Akşənər ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroglunun prezidentlik şanslarını zəif görür.Və dünən M.Akşənərin verdiyi bəyanatdan belə göründü ki,o,Kılıçdaroglunun mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkilərində qələbə qazanacagına inanmır.Əvvəldən də vurguladıgım kimi,İYİ Partiyanın namizədi İstanbul meri Ekrem İmamoglu və yaxud Ankaranın meri Mansur Yavaş idi.Lakin maraqlı olan budur ki,dünən həm İmamoglu,həm də Yavaş partiyalarının lideri Kamal Kılıçdaroglunu dəstəklədiklərini bəyan etdilər.Bununla yanaşı,müxalif koalisiyanın digər ortaqları-DEVA,Gələcək Partiyası,Səadət,Demokrat Partiya da CHP lideri Kılıçdaroglunu dəstəkləyiblər.
Hal-hazırda Türkiyə siyasətində Akşənərin dünənki açıqlamalarından sonra sözün əsl mənasında şok və ya zəlzələ yaşanır.Maraqlıdır,İYİ Partiyanın lideri M.Akşənərin bundan sonrakı siyasi addımları nə olacaq? Türkiyədə prezident Ərdoganın liderlik etdiyi “Cumhur İttifaqı”na qarşı yeni koalisiya yaradılacaqmı?
CHP kürdlərin partiyası HDP-ni “Millət İttifaqı”na dəvət edəcəkmi?
Əlbəttə,yuxarıdakı suallar kifayət qədər əhəmiyyət daşıyır.Lakin türk müxalifətinin ətrafında baş verənlər zənnimcə birmənalı olaraq prezident,hakim AKP-nin lideri Rəcəb Tayyib Ərdiganın növbəti seçkilərdə şanslarını artırır.Mənim gördüyüm budur ki,CHP lideri Kamal Kılıçdaroglu növbəti prezident seçkilərində müxalifətin vahid namizədi olmaqda israrlıdır.Digər tərəfdən,Meral Akşenerin dünənki demarşından sonra mümkündür ki,Kamal Kılıçdaroglu bu dəfə kürdlərin partiyası HDP ilə açıq ittifaqa daxil olsun.Hazırkı rəy sorgularında HDP 10-11% nəticə göstərir və bu,Kılıçdaroglunun siyasi hədəflərinə cavab verir.Güman edirəm ki,seçkilərə 2 ay qalmış müddətdə Kamal Kılıçdaroglu müxalif koalisiyaya yeni təşkilatları da dəvət edəcək.
Gördüyümüz kimi,Türkiyədə siyasi rəqabət daha da qızışmaqdadır.Bundan sonra prezident R.T.Ərdoganın atacagı addımlar da maraqlı olacaq.Görünən odur ki,Ərdogan müxalifətin daxilindəki dagınıqlıqdan məmnundur və bu fakt hakim partiyanın liderini dəhşətli zəlzələdən sonra toparlanmasına şərait yaradır.Hərçənd,son vaxtlar Türkiyədəki iqtisadi problemlər,yüksək infilyasiya və ən nəhayət,dagıdıcı zəlzələ Ərdogan iqtidarına ciddi problemlər yaratmışdı.Buna rəgmən,Türkiyə iqtidarı qarşıdan gələn prezident və parlament seçkilərinin tarixini təxirə salmadı.Hətta belə deyərdim ki,prezident Ərdogan protest siyasi qüvvələ meydan oxudu.Və başa düşüləndir ki,Ərdogan müxalufətin daxilindəki çaxnaşmalardan,dagınıqlıqdan istifadə edir.Bu,normaldır və Ərdogan kimi maço siyasətçinin bundan istifadə etdiyi təbiidir.
Digər yandan,Ərdogan prezidentlik yarışında İmamoglu və ya Yavaşla deyil,məhz Kılıçdaroglu ilə qarşı-qarşıya gəlməkdə maraqlıdır.Türkiyə siyasətində baş verməkdə olan hadisələrə rəgmən,növbəti seçkilərin nəticəsini xalq müəyyən edəcək.Həmişə dediyim kimi,demokratiya bir zehniyyətdir,kültürdür,fəlsəfədir.Lakin Türkiyə kimi Yaxın Şərq ölkəsində demokratiya “seçki qutusu”ilə ölçülür.Türk toplumunun demokratiyanı mənimsəməsi,hətta onu dərk etməsi “seçki qutusu”ilə müəyyən edilir.Yenə də qərarı mayın 14-də türk xalqı verəcək.
Gözləyək,görək nə vaş verəcək…

Kamal Əliyev,”Sülh”Araşdırmaları İnsitutu,politoloq

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir