Avropa İttifaqının bu ayın sonunda Ermənistana göndərəcəyi müşahidə missiyasının tərkibi əsasən fransız jandarmalardan ibarət olacaq.Yadınızdadırsa,keçən ilin sonunda erməni baş nazir Aİ-nin missiyasının 2 ay müddətində Azərbaycan-Ermənistan xəttində müşahidə aparmasına nail ola bilmişdi.Ancaq daha sonra Aİ missiyası öz işini bitirsə də,Nikol Paşinyan qarşı tərəfdən həm müşahidəçilərin sayının artırılmasını ,həm də onların daha çox ərazidə qalmasın istədi.Bu dəfə 2 min nəfərdən ibarət Aİ müşahidəçiləri regiona gələcək.
Qeyd edim ki,Aİ-nin ilk müşahidə missiyası(200 nəfərlik)Ermənistana gələndə,Kreml buna elə də ciddi münasibət sərgiləməmişdi.İndi isə vəziyyət daha fərqlidir.Yəni,Rusiya Paşinyanın bu addımını artıq mübahisələndirməyə başlayıb.Üstəlik,Nikol Paşinyan hökumətin son iclasında Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində pozitiv fikirlər də səsləndirib.Ermınistanın xarici işlər naziri Ararat Mirzoyanın Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoglu ilə görüşü və daha sonra onun zəlzələ bölgəsindəki Adıyaman şəhərinə getməsi,iki ölkə arasında sərhədin hələ də açıq olması rusları narahat etməyə başlayıb.Görünən budur ki,Ankara-Yerevan arasında siyasi və diplomatik münasibətlərin yaxşılaşması Ermənistanın Türkiyə ilə sərhədlərini qoruyan rus hərbçilərinə ehtiyacı da aradan qaldıracaq.Əslində,Rusiyanı da narahat edən məhz bu faktdır.
Əgər Ermənistan və Türkiyə arasında normallaşma prosesi ugurla davam edərsə,hətta mümkündür ki,2023-cü ilin sonuna qədər N.Paşinyan rus hərbçilərini ölkəsindən çıxara biləcək.
O ki qaldı Aİ-nin Cənubi Qafqazda Rusiyanı əvəz etməsinə,bu,hələlik çətin görünür.Mən bu məsələdə “hələlik”sözündən istifadə edirəm,amma siyasətdə hər dəqiqənin öz hökmü var.Bu kontekstdə bəzi məqamlara aydınlıq gətirim ki,Avropa İttifaqı NATO-dan fərqli olaraq hərbi təşkilat deyil və onun sülhməramlıları yoxdur.Bəli,Aİ-nin 27 üzvü NATO-nun üzvüdür,ancaq bu qrum daha çox siyasi və iqtisadi mahiyyət daşıyır.
Eyni zamanda onu da vurgulayım ki,Aİ-nin Cənubi Qafqazda strateji maraqları onillərdir ki,var.Xüsusilə,Brüssel Gürcüstanın siyasi elitasında və QHT sektorunda kifayət qədər aktivdir.Aİ Nikol Paşinyanın 2018-ci ildə inqilab yoluyla Ermənistanda hakimiyyətə gəldikdən sonra,bu ölkədə də öz fəaliyyətini aktivləşdirib.Lakin bu,o demək deyil ki,Avropa İttifaqı Rusiyanı qısa müddətdə Cənubi Qafqazdan çıxarmaq gücündədir.Bəli,bu,Aİ-nin strateji hədəfi ola bilər,amma avropalılar öz potensialına bələddirlər.Yəni indiki mərhələdə Avropa İttifaqı Cənubi Qafqazda Rusiya ilə qarşı-qarşıya gəlməkdə o qədər də maraqlı deyil.
Digər yandan,Cənubi Qafqazın önəmli dövləti olan Azərbaycan 2020-ci iklin fevralın 22-də Rusiya ilə 43 maddədən ibarət strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.Bu gün faktuki olaraq,Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiqi İlham Əliyevin Azərbaycanıdır.Lakin bununla yanaşı,Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq var və Brüssel Bakı ilə münasibətlərini inkişaf etdirməkdə maraqlı görünür.
Kamal Aliyev