KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Kamal Aliyev: ABŞ,Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhəmi açmaq istəyir?

Kamal Aliyev: ABŞ,Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhəmi açmaq istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
336 1

Gürcüstanda ictimai-siyasi vəziyyət gərginləşməkdə davam edir.
Ümumiyyətlə,gürcü cəmiyyəti Cənubi Qafqazda ən polit,ən çox siyasi aktivliyə meyilli toplumdur.
Hal-hazırda Gürcüstandakı siyasi polarizasiya elə həddə çatıb ki,bu,istər-istəməz ölkənin milli təhlükəsizliyi üçün ciddi risqlər yaradır.
Belə demək mümkünsə,Gürcüstandakı siyasi polarizasiyanın əsas səbəbi hakim “Gürcü Arzusu”partiyasının və onun faktiki lideri Bdzina İvanişvilinin apardıgı qeyri-prinsipial siyasətdir.

Belə ki,4,2 milyard dollarlıq varidata(Forbes:2022) malik olan B.İvanişvili son 10 ildə Gürcüstan siyasətində keçmiş prezident və indi həbsdə olan Mixail Saakaşvilinin bütün siyasi,demokratik islahatlarının üzərindən xətt çəkib.Son olaraq,Ukrayna və Moldaviya Avropa İttifaqına namizədlik statusu qazansalarda,Gürcüstan bu şansdan məhrum oldu.
Baxmayaraq ki,kifayət qədər siyasiləşmiş gürcü cəmiyyəti Avro-Atlantik məkana inteqrasiyaya tərəfdardır,ancaq baş nazir İrakli Qaribaşvilinin hökuməti,hakim “Gürcü Arzusu”partiyasının lideri İrakli Kobaxidze Gürcüstanın Aİ-yə inteqrasiyasına qarşıdır.
Daha dogrusu,Qaribaşvili və Kobaxidzeni idarə edən B.İvanişvili açıq-aydın deyir ki,Aİ Gürcüstanın azadlıgı və demokratiyası üçün qarant deyil.Hətta İvanişviliyə yaxın olan media konkret ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanı ittiham edir,ona qarşı gülünc,mənasız kompramantlar irəli sürür ki,o,B.İvanişvili ilə keçirdiyi 3 saatlıq görüşdə tərəfmüqabilini məcbur edib ki,Tbilisi Rusiyaya qarşı ikinci cəbhəni açsın.
Dogrudur,B.İvanişvili ABŞ səfiri ilə keçirdiyi görüş haqqında gürcü ictimaiyyətinə ünvanladıgı məktubda Vaşinqtona toxunmur,ancaq oliqarx siyasətçi özünə yaxın olan Dmitri Xundadze,Sozar Subari və Mixael Kavelaşvili kimi deputatların vasitəsi ilə Vaşinqtonu ittiham edir,ABŞ Gürcüstanı Rusiya ilə müharibəyə sövq edir deyir.
Halbuki,Xundadze,Kavelaşvili və Subari kimi deputatlar bir müddət əvvəl hakim “Gürcü Arzusu”partiyasından istefa edərək,yeni ictimai hərəkat yaratdıqlarını bəyan etmişdilər.Görünür,hələ də yuxarıda adlarını çəkdiyim deputatlar B.İvanişvilinin təsir orbitinə daxildilər.Göründüyü kimi,B.İvanişvili hiyləgərlik edir,ABŞ-la birbaşa konfrantasiyaya getmir və özünə yaxın siyasətçiləri önə verir.

Digər bir tərəfdən,ABŞ-ın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Kelli Deqnan deyir ki,təmsil etdiyi dövlət Gürcüstanın Rusiyaya qarşı müharibəyə sürükləmir,əksinə bu ölkənin Avropa İttifaqına inteqrasiyasına çalışır.
Bundan əlavə,Avropa Parlamentinin son qətnaməsində vurgulanır ki,”oliqarx”İvanişvili Gürcüstandakı son siyasi prosesləri zədələyib və ona qarşı sanksiyalar tətbiq olunmalıdır.Qərb də onun fərqindədir ki,B.İvanişvili Gürcüstanda əsas siyasi fiqurdur və bu ölkənin Aİ-yə inteqrasiyasına müsbət yanaşmır.

Əslində,gürcü cəmiyyəti,müxalifət Rusiya-Ukrayna müharibəsi başlayandan bəri keçirdiyi kütləvi etiraz aksiyalarında Aİ-yə üzv olmagı,demokratik dəyərlərin Gürcüstanda hakim olmasını,Moskvaya qarşı sanksiyalara qoşulmagı,Abxasiya və Cənubi Osetiyanın azad edilməsini tələb edir.Lakin B.İvanişvili zehniyyəti onu bəhanə edir ki,rus qoşunları paytaxt Tbilisiyə 40 km məsafədə yerləşir və Qərb bizi Rusiyanın hücumlarına hədəf seçir.
Ən acınacaqlısı isə budur ki,Z.İvanişvili,Kobaxidze və Qaribaşvili tərəfdarları Aİ-yə inteqrasiyaya tərəfdar olanları,parlamentəki siyasi rəqiblərini “radikal müxalifət”adlandırır.

Son olaraq onu da deyim ki,Yeni Dünya Nizamında(YDN),Yeni Soyuq Müharibə(YSM)dövründə Cənubi Qafqaz ölkələrindən də geopolitik seçim tələb olunur.Ehtimal edirəm ki,yaxın tarixdə qlobal güclər bizim kimi kiçik ölkələrdən də konkret seçim tələb edəcəklər.
Mühüm olan budur ki,biz geopolitikada özümüzü siyasi obyekt deyil,siyasi subyekt oldugumuzu dərk edək.Və ən başlıcası,YDN-də elə geosiyasi hədəfi müəyyən edək ki,avtoritarizmin,totalitarizmin,diktatura rejimlərinin yanında olmayaq.Strateji aglımızı istifadə etməli,azad,demokratik dünyanın içində olmalıyıq,həndəvərində deyil.
Unutmamalıyıq ki,qeyri-rasional geosiyasi,geostrateji seçimlər gələcək nəsilləri də bərbad edə bilər.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

1 Yorum

  1. hatice hatmi - -

    Yazının başlıgı içeriği dünyanın içinden geçtiği çok tehlikeli bir noktayı çok akıllıca incelemiş… Tarihin her noktasında olduğu gibi, gizli güçler diyebileceğimiz eller, kendi menfaatleri için dünyayı karıştırmakla meşgul. Uyanık ve akıllı olmamız gereken çok önemli bir dönemden geçiyoruz.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir