Ukraynada dostlarım,tanışlarım var.Demək olar ki,hər gün bu adamlarla əlaqə saxlayıram,Ukraynadakı ümumi vəziyyəti,ehtimal olunan müharibəni müzakirə edirik.
Əzizlər,Ukraynadakı cari vəziyyət heç də Rusiya və Anqlosaks mediasında işıqlandırıldıgı kimi deyil.
Ukraynalılar gündəlik problemləri,qaygılarıyla məşguldurlar.
Lakin gəl gör ki,bu rus və anqlosaks mediası vəziyyəti elə dramatikləşdirirlər ki,sankı müharıbə başlıyacaq,qan su yerinə axacaq.
Hətta Ukrayna prezidenti Vlodomir Zelenski qərb mediasını(Əsasən ABŞ və Böyük Britaniya)nəzərdə tutaraq deyir ki,sizin hazırkı media siyasətiniz,xəbər anlayışınız bizim iqtisadiyyatımıza təsir göstərir.
Xüsüsilə,anqlosaks mediası sankı Ukraynada müharibə istəyir,bu ölkəni Rusiya ilə müharibəyə təhrik edir.
Bəli,Rusiya və konkret V.Putin aqressordur,işgalçıdır.Əminəm ki,agıllı insanlar bu məsələdə həmfikirdirlər.
Əgər ABŞ və Britaniya Rusiyaya agır iqtisadi sanksiyalar tətbiq etmək istəyirsə,Putin və ətrafındakı ogru oliqarxları qara siyahıya salmaq istəyirsə,bu ölkəni beynəlxalq pulköçürmə sistemi SWİFT-dən çıxarmaq istəyirsə,bunu 2014-cü ildə Krım işgal edilərkən də həyata keçirə bilərdi.Ancaq etmədi.
Niyə etmədi,bu da ayrı bir müzakirə mövzusu.
Məncə,Ukraynada destruktiv müharıbədən yayınmaq üçün “Finlandizasiya”modelini bu ölkə üçün tətbiq etmək olardı.Bu,hər hansı eskalasiyadan daha yaxşı olardı.İş ondadır ki,Putin vaxtında bu modeli qəbul etmədi və Krımı anneksiya etdi-beynəlxalq hüquqa tüpürərək.
Bəs nə etmək olar?
Çox sadə:yenidən Normandiya Formatına qayıdıb Minsk-1 və Minsk-2 danışıqlar prosesinə qayıtmaq.Yeri gəlmişkən,nə ABŞ,nə də Britaniya Formatında təmsil olunurlar.
Almaniya və Fransa Ukraynada müharibənin olmamasında israrlı mövqe nümayiş etdirirlər.Çünki,Ukraynanın qismən işgalı belə bu ölkələrə təsir edəcək.Ona görə də Paris və Berlin anqlosaksların təhriklərinə qapılmırlar.
Ki mənə görə də lap düz edirlər…
Ən pis sülh haqlı müharibədən daha yaxşıdır…
Kamal Aliyev Kafkassam
Kamal Aliyev: ABŞ və Britaniya mediası Ukraynayı müharibəyə təhrik edirmi?
402 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.