KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: ABŞ və Böyük Britaniya Ukrayna böhranının bitməsinə qarşıdırlar

Kamal Aliyev: ABŞ və Böyük Britaniya Ukrayna böhranının bitməsinə qarşıdırlar

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
30 0

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoglu yerli mediaya verdiyə açıqlamada dedi ki,biz Rusiya və Ukrayna arasındakı müharibənin bu qədər uzanacagını gözləmirdik.M.Çavuşoglu onu da vurguladı ki,NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin son görüşündə hiss edib ki,hərbi ittifaqın bəzi üzvləri bu müharibənin davam etməsindən yanadırlar.

Jurnalist düz iki dəfə M.Çavuşoglundan bu ölkələrin adlarını soruşsa da,nazir hər dəfə diplomatik nəzakət qaydalarına uygun olaraq,bu ölkələrin adlarını çəkmədi.Əslində,Çavuşoglunun bildiyi,lakin demədiyi ölkələr məlumdur:ABŞ və Böyük Britaniya.

Məsələ bundan ibarətdir ki,ABŞ və Britaniya Ukraynadakı müharibənin daha da uzanacagını,bunun Rusiyanı zəiflədəcəyinə gətirib çıxaracagını və nəhayət,V.Putinin hakimiyyətdən gedəcəyini təxmin edirlər.
Ancaq gəlinən son vəziyyət budur ki,rusların 80%-dən çoxu konkret Putinin Ukraynada davam etdirdiyi müharibəyə,işgal siyasətinə dəstək verirlər.

Üstəlik,Qərbin agır iqtisadi sanksiyaları rublu nəinki çökdürdü,əksinə onu müharibədən əvvəlkə məzənnəsinə gətirib çıxardı.

Dogrudur,müharibənin əvvəllərində Rusiyanın müxtəlif şəhərlərində Ukrayna işgalına etiraz olaraq lokal aksiyalar keçirilsə də,bu sonrakı mərhələdə böyük masştablı dirənişə çevrilmədi.

Əvəzində biz onu gördük ki,ABŞ və Avropa ölkələrində yüksək infilyasiya göstəriciləri,enerji və ərzaq təhlükəsizliyi istiqamətində əndişələr yaranmaga başladı.
Əlbəttə,Rusiya iqtisadiyyatı müəyyən etapda bu iqtisadi sanksiyaların təsirini görəcək və bundan qaçış yoxdur.

Mənim proqnozum budur ki,ABŞ bu ilin sonuna qədər Ukraynadakı müharibənin davam etməsində maraqlıdır.Lakin müharibə daha da uzanarsa,bunun zərərini Avropa ölkələri hiss etməyə başlayacaqlar.Görünən budur ki,Avropa İttifaqı ABŞ və Britaniyadan fərqli olaraq,müharibənin uzanmasında qətiyyən maraqlı deyil.Əvvala,milyonlarla ukraynalı qaçqın ABŞ və Britaniyaya yox,Qərbi Avropa ölkələrinə axın edəcək.

Digər tərəfdən,Ukraynada müharibənin uzanması və bu ölkənin makro Suriyaya çevrilməsi Qərbi Avropanın təhlükəsizlik arxitekturasına xətər yetirəcək.İndi bir çoxuna aydın olur ki,Britaniya niyə Avropa İttifaqından(Brexit)ayrıldı.

Bəli,ABŞ və Böyük Britaniya 2022-ci ilin sonuna qədər Ukraynada müharibənin davam etməsində maraqlıdırlar.Təbii ki,Putin rejimi də anqlosaksonların bu strategiyasından xəbərdardır.Bu minvalla,Putin Yaxın Şərqdən terrorçu ünsürləri Ukraynaya transfer etməklə,müharibəni uzadmaga çalışacaq.

Yuxarıda da qeyd etdiyim kimi,Ukrayna makro Suriyaya çevriləcək və 90-cı illərdən sonra(Yuqoslaviya böhranı)Kontinental Avropanın kandarında dagıdıcı müharibə olacaq.

Xülasə,Rusiya-Ukrayna müharibəsi iribuynuzluların geosiyasi hesablaşma poliqonu kimidir.Bayaq M.Çavuşoglunun da dediyi kimi,müharibənin bitməsini istəməyən dövlətlər var və olan Ukrayna xalqına olur…

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.