KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: ABŞ, Ukrayna , Türkiyə və S-400

Kamal Aliyev: ABŞ, Ukrayna , Türkiyə və S-400

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
32 0

Bəli,keçən dəfə də bu haqda yazdım.Bir az da əvvələ gedərək deyirdim ki,Ukraynanən hava məkanı qapadılmayınca,bu gözəl ölkənin və xalqın Rusiyaya qarşı uzun perspektivdə qalib gəlmək şansı zəifdir.

Dogrudur,Qərb dövlətləri 2014-cü ildən Ukraynaya ən müasir silahlar verib və bunlar işgalçı Rusiyaya qarşı vacib rol oynayır.Ancaq gəlin etiraf edək ki,bu,bir yerə qədər keçərlidir və müəyyən müddət sonra Ukrayna ordusunun müqavimət potensialında zəif cəhətlər üzə çıxacaq ki,indi artıq bu,görünür.Ukraynanın Azov dənizi ilə əlaqəsi kəsilib,Mariupol şəhərinin az qala 80%-i işgalçı rus ordusunun nəzarətindədir.Ukraynanın infrastrukturu tarumar olub,4 milyon insan ölkəni tərk edib.(bu say müharibə uzandıqca 8-10 milyona qədər artacaq)

Dəfələrlə yazdıq və dedik ki,Ukrayna üçün hazırda ən vacib silah HHM sistemləridir.Bunun üçün ABŞ-ın imkanları var.Belə ki,Vaşinqton “Patriot”HHM sistemlərini Ukraynaya verə bilər,ancaq bu prosesi yubadır və ya vermək istəmir.Ola bilər ki,amerikalılar Ukraynaya əvəzində başqa silahlar(yavelin,stinger)verməklə,Rusiya ilə müharibəni uzadır ki,bu ölkə SSRİ-nin Əfqanıstandakı fiaskosu kimi bir acı reallıqla üzləşsin.
Əlbəttə,bunun baş verməsi möhtəşəm olardı.Lakin kremldəkilər də bundan xəbərsiz deyillər və hər hansı preventiv reaksiyaya da sahibdirlər.

Əgər ABŞ Səudiyyə Ərəbistanı və BƏƏ-yə “Patriot”HHM sistemlərini verməyə razılaşırsa,o zaman bunu Ukraynaya da verə bilər.Vaşinqton körfəzdəki ərəb monarxiyalarını husilərdən qorumaq istəyirsə,Ukraynayı da V.Putindən qorumalıdır-həm də mənəvi məsuliyyət daşıyıcısı kimi.

Deməli,məşhur “Reuters”agentliyi yazır ki,ABŞ Türkiyəyə təklif edib ki, Rusiyadan aldıgı S-400 HHM sistemlərini Ukraynaya versin.Əvəzində,ABŞ məhz S-400 HHM sistemlərini aldıgına görə F-35 proqramından çıxardıgı Türkiyəyə bu qırıcı təyyarələri verə bilər.Baxmayaraq ki,Ankara F-35 qırıcıları üçün ABŞ-a 1,5 milyard dollar ödəyib.
Təsəvvür edin ki,ABŞ öz “Patriot”sistemlərini Ukraynaya verməmək üçün müxtəlif səbəblər gətirir.
Görünür,ABŞ Rusiya ilə üz-üzə gəlmək istəmir və Türkiyəni Rusiyanın önünə atır.Məlumdur ki,ABŞ Türkiyə ilə yanaşı başqa ölkələrə də təzyiqlər edir ki,Rusiyaya qarşı sanksiyalara qoşulsunlar.Buna rəgmən,S.Ərəbistanı Çinlə ticarət dövriyyəsini yuanla həyata keçirməyə razılaşıb.Üstəlik,Hindistan bundan sonra Rusiyadan neft və neft məhsulları alacaq.

Təbii ki,bu məsələdə Türkiyə daha əlverişlidir.Bununla ABŞ Türkiyədəki S-400 sistemlərindən yaxa qurtarmaq və Türkiyəni Rusiyanı hədəfinə gətirmək istəyir.
Türkiyə hökumətinin bu tələyə düşəcəyinə inanmıram.Polşa iqtidarı da bənzər tələyə düşmədi.Necə deyərlər,başına gələn başmaqçı olar.

ABŞ niyə Rusiya ilə üz-üzə gəlmək istəmir?

Bəli,dünya üçün hazırda ən böyük təhlükə Putindir.Bu adam hər gün Ukraynanın torpaqlarını işgal edir,yüzlərlə sivili acımasızca qətlə yetirir.Lakin gəl gör ki,Küveyti işgal etdiyinə görə diltator Səddam Hüseynin İraqını 2003-də alt-üst edən ABŞ və onun müttəfiqləri Rusiya ilə açıq qarşıdurmadan yayınır.ABŞ 2003-cü ildə İraqı həm də bu ölkənin daxilindəki kürdlər və şiələrin dəstəyi ilə 1 ay sonra işgal edə bilmişdi.Ancaq Vaşinqton Rusiya ilə qarşı-qarşıya gəlməyə risq etmir.Bilir ki,belə olsa,Avropa bu iki güc(ABŞ-Rusiya)arasında yerlə-bir olacaq.Məhv olmuş Avropa isə elə təsirsiz,qlobal gücü,hökmranlıgı zəifləyən ABŞ deməkdir.Ara yerdə,olan Ukraynaya və qəhrəman ukraynalılara olur.

Slava Ukraini!
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.