KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: ABŞ Türkiyəni Rusiya ilə qarşı-qarşıya gətirmək istəyir?

Kamal Aliyev: ABŞ Türkiyəni Rusiya ilə qarşı-qarşıya gətirmək istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
319 0

“The Wall Street Journal”qəzeti yazır ki,ABŞ hökuməti Türkiyə Rusiyadan aldıgı S-400 HHM sistemlərini Ukraynaya versə,Vaşinqton bu ölkəyə F-35 qırıcılarını verə bilər.

Əvvala,yaxşı olardı ki,ABŞ elə özü Ukraynaya “Patriot”HHM sistemlərini versin.Müharibə başlayandan yazırıq ki,Putinin vəhşiliyini durdurmaq üçün Ukraynanın hava məkanı qapadılmalıdır və bu ölkəyə heç olmasa sovet istehsalı Miq-29 qırıcıları verilsin.Lakin hörmətli amerikalılar nə hikmətdirsə,Kiyevə nə qırıcı verir,nə də bu ölkənin hava məkanını V.Putinin üzünə baglayır.

İkincisi,Türkiyə əvvəl F-35 proqramının bir parçası idi.Daha sonra türklər ABŞ-dan “Patriot”HHM sistemlərini istəsələr də,nə B.Obama,nə D.Tramp,nə də C.Bayden adminstrasiyası bu sistemi Türkiyəyə verdi.Amerikalılar deyirdi ki,Türkiyə NATO üzvüdür və S-400 HHM uygun deyil.
Sonra isə Türkiyə Rusiyadan S-400 HHM-in iki batareyasını aldı.Elə o vaxtdan PENTAGON Türkiyəni F-35 proqramından çıxarıb və bu ölkəyə heç F-16 belə satmır.

Üçüncüsü,”The Wall Street Journal”qəzetinin məqaləsi sanki Türkiyəni Rusiya ilə qarşı-qarşıya gətirmək niyyətindədir.Görünür,Ukraynadakı asimmetrik müharibə uzandıqca,Türkiyəyə təzyiqlər artacaq.Halbuki,Qərb üçün də sərfəlidir ki,heç olmasa bir NATO üzvü Rusiya ilə diplomatik kanalları saxlasın.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir