KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: ABŞ Türkiyəyə qarşı Süriyadakı kürd separatçılarından niyə imtina etmədi?

Kamal Aliyev: ABŞ Türkiyəyə qarşı Süriyadakı kürd separatçılarından niyə imtina etmədi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
282 0

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun “Never give an inch:Fighting for the Amirica I live”(Əsla bir sm-də olsa geri çəkilmə: Sevdiyim Amerika üçün döyüşmək”kitabı çapdan çıxıb.Ag Evin keçmiş sahibi Donald Trampın adminstrasiyasında dövlət katibi postunu tutan M.Pompeo çap etdirdiyi kitabda Suriyanın şimalında NATO müttəfiqi Türkiyəyə qarşı kürd separatçılarından istifsdə etdiklərini açıq-aşkar yazır və iddia edir ki,türk ordusu İŞİD-ə qalib gələ bilməzdi.M.Pompeonun yazdıqlarından belə qənaətə gəlmək olur ki,İŞİD-ə qarşı mübarizədə iki seçənək vardı:Əsasən kürdlərdən ibarət PKK-nın Suriya qolu YPG və Türkiyə ordusu.Və amerikalılarda o zaman belə bir qənaət formalaşır ki,Türkiyə ordusu yox,İŞİD-i(radikal islamçılar)kürdlər məglub edə bilər.
Yeri gəlmişkən,ABŞ və onun müttəfiqlərinin Süriya Demokratik Qüvvələri(SDQ)adlandırdıgı və Bəşər Əsəd rejiminə qarşı mübarizə apardıgını iddia edən separatçı kürdlər PKK terror təşkilatının Suriya qoludur.Bu terrorçu qrupun təməl hədəfi Yaxın Şərqdə dörd parçadan ibarət “Kürdüstan”adlı dövlət qurmaqdır.Görünən budur ki,ABŞ İŞİD-ə qarşı mübarizədə türk ordusuna deyil,YPG adı daşıyan kürd separatçılarına inanıb.Hətta Tramp adminstrasiyası bu yöndə qərar verərkən,həmin zaman Ag Evdə olan Türkiyə prezidenti Ərdoganın köməkçisi İbrahim Kalın və türk kəşfiyyatının rəhbəri Hakan Fidan buna qəzəbləniblər,sərt etiraz nümayiş etdiriblər.Bu hadisə yaşanarkən,Mətis ABŞ-ın müdafiə naziri,Dənford qərərgah rəisi,Pompeo isə MKİ-nin rəhbəri idi.

M.Pompeo yazdıgı kitabda o zaman ABŞ-ın vitse prezidenti M.Penslə birlikdə Ankaraya səfər etdiyini və prezident Ərdoganla görüşdüyünü də vurgulayır.Yadınıza salım ki,Türkiyə o vaxt Suriyanın şimalında kürd separatçılarına qarşı hərbi əməliyyat keçirmək istəyir və ABŞ prezidenti D.Trampdan “olar”cavabını ala bilir.
Mənim Pompeonun yazdıgı kitabdan gəldiyim qənaət bundan ibarətdir ki,ABŞ NATO müttəfiqi Türkiyədən daha çox Suriyadakı kürd separatçılarını dəstəkləyib.Bu gün Suriyanın şimalında yuvalanmış,Suriya diktatoru B.Əsədlə gizli sövdələşməyə gedən PYD-nin əsas hədəfi Türkiyənin ərazi bütövlüyüdür.ABŞ-ın keçmiş prezidentləri Barak Obama,Donald Tramp və Cozef Bayden də kürdlərdən ABŞ-ın Yaxın Şərqdəki geosiyasi hədəfləri üçün həmişə istifadə edib.Hal-hazırda PENTAGON Suriyanın şimalındakı kürd separatçılara silah-sürsat və siyasi dəstək verir.Burada məqsəd aydındır:Yaxın Şərqdə dörd hissəli kürd qruplaşmalarından istifadə edərək “Kürdüstan”yaratmaq və ən başlıcası,İsrailin müdafiəsini təşkil etməkdir.Düşünürəm ki,bunu anlamaq o qədər də çətin deyil.
M.Pompeonun yazdıgı kitabda separatçı kürdlərlə yanaşı Vaşinqtonun Yunanıstana da dəstəyindən söhbət açılır.ABŞ-ın Yunanıstanla keçən əsrin 70-ci illərində ciddi problemlıri olsa da,bu gün Ankaraya qarşı siyasi münasibətləri eynidir.Xüsusilə,ABŞ-a yaxın olan və Harvard universiteti məzunu olan Yunanıstanın baş naziri Miçotakisi Bayden adminstirasiyası dıstəkləyir.Amerikalılar Yunanıstan,İsrail və Kiprdən ibarət üçlü ittifaq yaradaraq,Ankaranın Şərqi Aralıq dənizi üçün təqdim etdiyi “Mavi Vətən”doktrinasına qarşı çıxır.ABŞ ardıcıl olaraq Yunanıstanı silahlandırır və bu ölkənin baş naziri Miçotakisdən yeni “Zelenski”hazırlayır.

Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir