KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: ABŞ Türkiyəyə F-16-ları satacaqmı?

Kamal Aliyev: ABŞ Türkiyəyə F-16-ları satacaqmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
279 0

NATO-nun Ispaniyanın paytaxtı Madriddə keçirilən zirvə toplantısında mühüm qərarların verdiyini bilirik.Şübhəsiz ki,hal-hazırda Rusiyanı Ukraynadakı işğalçılıq siyasəti,NATO-nun gələcək 10 ili əhatə edən “strateji konsepsiyası”olduqca əhəmiyyətli mövzular idi.Artıq belə demək mümkünsə,Rusiya NATO üçün əsas təhlükə mənbəyi,Çin isə daha çox rəqibdir.Reallıq isə bundan ibarətdir ki,soyuq müharibədən sonra ABŞ mərkəzli təkqütblü dünya nizamı sona çatır,Çin və Rusiyanın liderliyi ilə yeni siyasi vektor qurulur.Atlanik İttifaq artıq fərqindədir ki,Onun diqtə etdiyi nizam son illərini yaşayır.

Madrid zirvəsinin ən önəmli hadisələrindən biri zənnimcə,Türkiyə prezidenti Ərdoğanın ABŞ-ın dövlət başçısı Cozef Baydenlə 1 saat 20 dəqiqəlik görüşü idi.Təbii ki,iki NATO müttəfiqi arasında baş tutan görüşdə ciddi müzakirə balıqları vardı.Ankaranın əsas tələbi ABŞ-ın Suriyanın şimalındakı kürd separatçılarına verdiyi hərbi və siyasi dəstəyi sonlandırmaq və Türkiyəyə F-16 döyüş təyyarələrinin satılması idi.Dəfələrlə vurğuladığım kimi,Vaşinqton Türkiyəni F-35 proqramından çıxarandan sonra bu ölkəyə CAATSA sanksiyaları çərçivəsində silah embarqosunu davam etdirəcək.C Bayden bu gün belə dedi ki,Türkiyəyə F-16-ları satmalıyıq,ancaq Konqresin buna icazəsi olmalıdır.Bayden onu da dedi ki,o,Bu istiqamətdə əlindən gələni edəcək.Nəzərə alaq ki,ABŞ Konqresinin hər iki palatasında demokratlar çoxluqdadırlar və Türkiyənin İsveç,Finlandiya kimi ölkələrin NATO üzvü olmasına yaşıl işıq yandırmasına müsbət cavab verməlidirlər.Ancaq onu da unutmayaq ki,Konqresdə yunan və erməni lobbisi güclüdür və hər iki qüvvə Türkiyəyə F-16 döyüş təyyarələrinin satışını əngəlləyə bilərlər.Dogrudur,son zamanlar Türkiyə və Israil arasındakı münasibətlərin normallaşmasını nəzərə alsaq,yəhudi lobbisinin müsbət addım atacağına ümid bəsləmək olar.Lakin mən yenə də Konqresdə Türkiyənin xeyrinə qərar çıxacağına skeptik yanaşıram.Xüsusilə,Yunanıstanın baş naziri Kiriyakos Miçotakisin ABÇ Konqresində qarşılanması,ayaq üstə alqışlanması məndə dərin şübhələr oyadıb.Üstəlik,C.Baydenin ən azından Konqresdəki demokratları bu yöndə ikna etməsi də düşündüyümüz qədər asan olmayacaq.
Bu gün prezident C.Baydenin dediklərindən belə anladım ki,o,demokratları olma etməyə çalışacaq,ancaq söz vermir ki,konqresmenlər Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına müsbət rəy verəcəklər.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir