KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: ABŞ Qəzzada atəşkəs istəyir?

Kamal Aliyev: ABŞ Qəzzada atəşkəs istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
150 0

Bu gün “HƏMAS”yaraqlılarının İsrailə hücumundan sonra başlanan müharibənin bir ayı tamam olir.Müharibə davam edir,sivillər qətl edilir və zaman ötdükcə,regional aktorların prosesə daxil olması ehtimalları artır.
Əlbəttə,”regional aktor”deyərkən,”HƏMAS”-ən böyük dəstəkçisi İranı gözdən qaçırmamalıyıq.Bununla yanaşı,İsrail-Fələstin qarşıdurmasında Təl Əvivin ən böyük müttəfiqi ABŞ-i və daha çox fələstinliləri müdafiə mövqeyindən çıxış edən Çin,Rusiya kimi qlobal güclər də nəzərə alınmalıdır.Buna rəgmən,İsrail və Fələstin konfrantasiyasında rəqabət aparan iki güc var:ABŞ və İran.
ABŞ və İran qarşı-qarşıya gəlməsə də,hələ ki,öz təsir orbitində olan qrupları meydana daxil ediblər.
Görünən budur ki,Tehran Rusiya və Çin kimi ölkələrin də dəstəyini almaqla,”böyük şeytan”-nın qarşısında daha inamlı görünməyə cəhd edir.İrandakı klerikal iyerarxiyanın mövcudiyyəti ABŞ və İsrailə qarşı total nifrətin üzərində qurulub.Təbii ki,bu,qarşı tərəfə-ABŞ və İsrailə də aiddir.Buna rəgmən,tərəflər birbaşa olaraq döyüş meydanında həlledici hesablaşmaqdan maksimum yayınır.
Vaşinqtonda anlayırlar ki,İrandakı rejimin dəyişdirilməsi o qədər də asan tapşırıq deyil,həm də Tehran Çin və Rusiya ilə tarixdə heç vaxt olmadıgı qədər yaxındır.
Mümkündür ki,İranın bu gün Yaxın Şərqdə son vaxtlar bu qədər aktivləşməsinin əsas səbəblərindən biri də bu dövlətin məhz Rusiya və Çinlə strateji münasibətlərinin yüksək səviyyədə olmasıdır.Görünür,Tehranın bu dərəcədə özünəinamının arxasındakı kritik faktor da elə budur.

Yuxarıda da vurguladıgım kimi,ABŞ və İran hələ ki,üz-üzə gəlmək yerinə pərdə arxasından öz təsir orbitlərində olan qüvvələrdən faydalanacaqlar.İsrail və “HƏMAS” arasında baş verən konfrantasiya bizə onu da göstərdi ki,İran Yaxın Şərqdə hibrid müharibə strategiyasını dərindən bilir.Rejim Qəzza mövzusunda həm Çin və Rusiyadan dəstək görür,həm də daxildəki narazı auditoriyanı “sionizmə”qarşı konsolodasiya etməyi başarıb.Hətta Fələstin məsələsində İran daxilindəki “islahatçılar”da mühafizəkarların mövqeyini bölüşür.
Digər yandan,Qəzzada baş verənlər fonunda İran daha hiyləgər tərpənərək,topu ərəb ölkələrinin sahəsinə ötürür və özünü müsəlmanların “hamisi”kimi təqdim edir.Hətta pərdə arxasında İran və ABŞ arasında Fələstin mövzusunda diplomatik kanallar vasitəsi ilə “məsləhətləşmələr”-in getdiyini də təxmin etmək mümkündür.
Belə ki,İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian dünən belə bir açıqlama verib ki,ABŞ Qəzzada atəşkəs üçün son üç gün ərzində İrana ismarıc göndərib.Abdullahiana görə,baxmayaraq ki,ABŞ Qəzzada atəşkəs istəyir,işgalçını dəstəkləməkdən də geri durmur.İranı baş diplomatı ABŞ-ni işgalçı tərəfə dəstək verməməyə çagırıb.
Bu arada,ABŞ Dövlət katibi Antoni Blinken Ankarada türkiyəli həmkarı Hakan Fidanla keşirdiyi görüşdə də,Qəzzada atəşkəs və “iki dövlətli həll”planına yaşıl işıq yandırmışdı.Görünür,Tehran Qəzzada ətəşkəs ehtimalını ABŞ və Türkiyə tərəfinin təşəbbüsü ilə əldə olunmasına qarşıdır.Belə ki,Abdullahian ABŞ-nin Qəzzada atəşkəs istəməsi haqqında onlara son günlər ismarıc göndərməsini deməklə,Blinken-Fidan görüşündəki müəyyən razılıqları şübhə altına almaq istəyib.Hərçənd,Blinken və Fidan görüşündəki əsas müzakirə mövzularından biri Qəzzada atəşkəs rejimin tətbiq olunması haqqında olub.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir