KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: ABŞ Putin rejimini devirə bilərmi?!

Kamal Aliyev: ABŞ Putin rejimini devirə bilərmi?!

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
370 0

ABŞ prezidenti Cozef Bayden və dövlət katibi Entoni Blinken Rusiyada rejim dəyişikliyindən,bu ölkənin avtoritar lideri Vladimir Putinin devrilməsindən danışırlar.Çox gözəl,çox pakizə.Necə deyərlər,avazın gözəldir,oxudugun Quran olsa.
Ancaq məsələ belədir ki,C.Baydenin,E.Blinkenin Ukrayna böhranı kontekstində Putinə qarşı ritorikası,üslubu,”müharibə cinayətkarı”,”qəssab”kimi ifadələri son rəy sorgularına görə,Demokratlar partiyasının işinə yaramır.Hətta noyabrda ABŞ konqresinə keçiriləcək seçkilərdə respublikaçıların qalib gələcəyi proqnozlaşdırılır.

Qayıdaq bu yazının əsas məgzinə.Dogurdanmı,Ag Ev V.Putini iqtidardan devirə bilər?
Düzün deyin,siz buna nə qədər inanırsınız?

Düz 2000-ci ildən diktator Bəşər Əsəd Suriyanı atası Hafiz Əsədin ölümündən sonra idarə edir.Suriyada 2011-ci ilin 15 martında başlayan kütləvi etirazlar həmin ilin aprelindən bütün ölkə ərazisinə yayıldı.B.Əsəd yüzminlərlə müxalifi qətlə yetirib,10 milyondan çox suriyalı ölkəsindən didərgin düşüb.
Daha sonra 2015-ci ildə Suriyanın diktatoru B.Əsəd Rusiyanı rəsmi olaraq ölkəsinə dəvət edib.V.Putinin ordusu Suriyaya daxil olduqdan sonra bu ölkədə kütləvi qətliamlar daha da çoxalıb.Eyni zamanda,Əsəd öz xalqına qarşı kimyəvi silahdan da istifadə edib.

Beləliklə,düz 11 ildir Suriyada vətəndaş müharibəsi davam edir.Lakin ABŞ hökuməti Əsəd rejimini hələ də devirə bilmir.Əlbəttə,Əsədi ayaqda saxlayan Putindir.Buna rəgmən,gəl gör ki,Əsədi devirə bilməyən Obama,Tramp və indi də Bayden ictimaiyyəti Rusiyada rejim dəyişikliyinə inandırır və ya buna cəhd edir.
Ukraynada isə hər gün rus hərbçiləri tərəfindən qətlə yetirilən insanlar kütləvi məzarlıqlarda dəfn olunur və ölkədən didərgin düşənlərin sayı 5 milyona yaxınlaşır.

İrandakı molla rejimini isə xeyli sayda ABŞ prezidenti dəyişə bilmədi.Hətta aralarında ölənlər var,ancaq Xamnei hələ də yaşayır.

Bəşər Əsədi və onun Suriyasını bir tərəfə qoyub keçək Venesuelanın avtoritar lideri Nikolas Maduroya.Sosialist N.Maduro keçmiş prezident Üqo Çavesin ölümündən sonra(2013) Venesuelanı idarə edir.Seçkilərdə Maduro 50.62% səs toplamışdı.

N.Maduro əmək fəaliyyətinə avtobus sürücüsü kimi başlamışdı.Daha sonra Maduro həmkarlar ittifaqına liderlik edib.O,2000-ci ildə Venesuela Milli Assambleyasına seçilib,xarici işlər naziri və vitse prezident vəzifələrini tutub.
2012-ci ildə ABŞ-ın “Wall Street Journal”nəşri N.Maduronu Çavesin “ən bacarıqlı”adminstratoru kimi vəsf edirdi.2014-cü ildən sonra “Nyu York Times”qəzeti Maduronu “bacarıqsız”prezident kimi görməyə başladı.Çünki,bu avtoritar lider ölkə müxalifətinə divan tutmaga başladı.

Müxalifət lideri Quaidoya qarşı təzyiqlər artı.Baxmayaraq ki,Venesuelada xalq etirazları başladı,iqtisadi resessiya daha da dərinləşdi,V.Putin bu dəfə Maduronu da devrilməkdən xilas etdi.Təbii ki,Maduronu iqtidarda onun tək əziz dostu V.Putin deyil,Milli Seçki Komissiyası,Ali Tribunal və ən başlıcası ordu saxlayır.

Xüləs,ABŞ Venesuelada Maduronu,Suriyada Əsədi devirə bilmədisə,Rusiyada bunu gözləmək əbəsdir və inandırıcı deyil.Hətta bu da ola bilər ki,Bayden iqtidardan gedir,ancaq Putin yenə də Kremldə qalır-hətta ölənə kimi.

Nə bilim,bəlkə də dünya yenidən bölüşdürülür,yeni dünya nizamına qədəm qoyuruq.Lakin yeni geopolitik dəyişikliklər üçün ukraynalılar “qurban”seçilməməli idi.

Slava Ukraini!

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir