KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: ABŞ kimi dəstəkləyir-Azərbaycanı,yoxsa Ermənistanı?

Kamal Aliyev: ABŞ kimi dəstəkləyir-Azərbaycanı,yoxsa Ermənistanı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
242 0

Son bir neç gündür ki,azərbaycanlılarla ermənilərin əsas müzakirə mövzuları Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən qanlı toqquşmalar və ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevana iki günlük səfərinin yekunlarıdır.

Əvvəlcə bir məqamı xatırladım ki,spiker N.Pelosinin Ermənistana səfəri gözlənilirdi,lakin indiki vaxtda deyil.Yəni bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan Pelosinin yolunu gözlədiklərini demişdi.
Şübhəsiz ki,Pelosinin Azərbaycanın ünvanına kəskin ifadələr işlətməsini qınamaq olar,lakin bu fikirlərdən yola çıxaraq Vaşinqtonun Ermənistanı birmənalı dəstəklədiyini,Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyini düşünmək əbəsdir.

Digər tərəfdən,Pelosinin Ermənistana səfərinin məqsədini Vaşinqtonun Rusiyanın Cənubi Qafqazda mövqelərini zəiflətmək oldugunu iddia etmək də savadsızlıqdır,absalyut cəhalətdir.Yəni Pelosinin bir səfəri ilə Ermənistanın dərhal Rusiyadan üz çevirəcəyini dilə gətirmək siyasi şüursuzluqdan savayı bir şey deyil.

Pelosinin səfərini təhlil edənləri,onun Ermənistana biryolluq dəstək verdiyini açıq mətnlə bəyan edənlər hələ də ABŞ-ın siyasi sistemini,hətta bu fövqəlgücün xarici siyasət doltrinasını,seçki sistemini bilmirlər.Biz də,siz də bilirsiniz ki,ABŞ Konqresinə dekabr ayında seçkilər keçiriləcək və Pelosinin də üzv oldugu Demokratlar partiyasının nüfuzu xeyli zəifləyib.Və bu,o deməkdir ki,demokratlar Konqresin hər iki palatasını respublikaçılara uduza bilərlər.Üstəlik,2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində demokratların namizədinin məglub olma ehtimalı çox yüksəkdir.
Hətta hazırki prezident Cozef Rubinetto Baydenin yerinə vitse prezident Kamala Harris də namizədliyini irəli sürsə,yenə də məglubiyyət ehtimalı var.

Onu da unutmamalıyıq ki,Vaşinqtonun İranın nüvə proqramı ətrafında apardıgı danışıqlardan İsrail və yəhudi lobbisi narahatdır.Və mümkündür ki,yəhudi diasporu və lobbisi ABŞ-da qarşıdan gələn hər iki seçki prosesində dəstəyi respublikaçılara verəcək.Belə olan təqdirdə,siyasi kariyerasının sona gələn Pelosinin Ermənistana gəlişi,bu ölkəyə dəstək verməsi,Azərbaycanı sərt tənqid etməsi,Yerevan küçələrində selfi çəkdirməsi,soyqrım abidəsini ziyarət edib göz yaşı axıtması təbii anlaşılmalıdır.ABŞ-da xeyli sayda erməni yaşayır və dekabrda keçiriləcək seçkilərdə onların səsinə,hətta maddi yardımına ehtiyac var.

Pelosinin Ermənistan səfərini ABŞ-dakı ermənu diasporunun maliyyələşdirdiyini unutmamaq da lazımdır.Həm də Pelosinin səfəri bu dəqiqə seytnot vəziyyətində olan Paşinyan iqtidarı üçün bir “motivasiya”idi.
Buna rəgmən,biz düşünməməliyik ki,ABŞ Ermənistanı müdafiə edəcək və Azərbaycana qarşı sanksiya siyasətinə üstünlük verəcək.Və yaxud ABŞ tez bir zamanda Ermənistanı Rusiyanın caynagından xilas edəcək.

Zənnimcə,ABŞ və Azərbaycan arasında siyasi məsləhətləşmələr bundan sonra da davam edəcək.Hər halda,dövlət katibi Entoni Blinkenin İlham Əliyevlə telefon danışıqları,apardıgı dialoq bunu deməyə əsas verir.
O ki qaldı Pelosinin səfərinə,bu xanım siyasi həyatının sonuna gəlib və yəqin ki,bundan sonra hansısa ştatda öz bag evində(summer house)əməkliliyinin necə deyərlər dadını çıxaracaq.İndki halda Pelosinin Tayvana,Ermənistana səfəri üzərindən konspirologiya quraşdırmaq dogru deyil.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir