KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: ABŞ-ın Yerevana təyin etdiyi yeni səfir Ermənistanı Rusiyadan uzaqlaşdıra biləcəkmi?

Kamal Aliyev: ABŞ-ın Yerevana təyin etdiyi yeni səfir Ermənistanı Rusiyadan uzaqlaşdıra biləcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
310 0

ABŞ Senatı Kristina Kvienin Ermənistana fövqəladə və səlahiyyətli səfir təyinatını təsdiqləyib.Kristina Kvien 2019-cu ildən ABŞ-ın Ukraynada fəaliyyətdə olan missiyasına rəhbərlik edib.Yeni səfir öz diplomatik kariyerasında Rusiyada,Tayilandda,Avropa İttifaqında,Filippində və Birləşmiş Krallıqda işləyib.

ABŞ-ın Ermənistana təyin etdiyi yeni səfirin kariyerasına diqqət etdikdə görürük ki,o,həm Ukraynada,həm də Rusiyada işləyib və bu ölkələri yaxşı tanıyır.Mümkündür ki,Senat Kvieni Ermənistana səfir vəzifəsinə təsdiq edərkən,onun Rusiya,Ukrayna kimi ölkələrdə işlədiyini nəzərə alıb və səfirin post-sovet məkanını tanıdıgını da nəzərə alıb.Onu da vurgulayaq ki,ABŞ-ın dünyadakı ən böyük səfirliklərindən biri məhz Yerevanda fəaliyyət göstərir.Üstəlik,Ermənistanın İrana qonşu oldugu da Vaşinqtonun geosiyasi hədəflərində bu ölkənin əhəmiyyətini artırır.
Bundan başqa,son iki ildə Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi xeyli yüksəlib.Nikol Paşinyan hökumətinin də Rusiyanın Ermənistandakı nüfuzundan məmnun olmadıgı ortadadır.Hətta son illər Qarabag ətrafında baş verən hadisələr kontekstində Ermənistan hökumətinin ayrı-ayrı nazirləri,parlamentin spikeri Rusiyanı hədəf alır,hətta Moskvanın nəzarətində olan KTMT-dən çıxa biləcəklərini də dilə gətirirlər.Yəni erməni iqtidarı və hökuməti hazırda əsas ümidlərini Rusiyaya deyil,ABŞ və Fransaya baglayıblar.
Belə olan təqdirdə,ABŞ-ın Ermənistana təyin etdiyi səfirin üzərinə böyük iş düşür.Şübhəsiz ki,kreml də Vaşinqtonun yeni səfir təyinatını izləyir və bundan sonrakı siyasətini ona görə quracaq.Məsələ bundan ibarətdir ki,Moskva Paşinyana inanmır,onun guzli gündəliyindən xəbərdar oldugunu deyir.Ruslar hesab edirlər ki,Vaşinqtonun ən ümdə məqsədlərindən biri Rusiyanın Cənubi Qafqazdan çıxarmaqdır.Bunun üçün isə erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini daha da kəskinləşdirmək,Paşinyan hökumətini bu istiqamətdə daha da həvəsləndirməkdir.Vaşinqtonda anlayırlar ki,Rusiyanın Cənubi Qafqazda zəifləməsi,təsir rıçaqlarının aradan qalxması onun geopolitik hədəflərindən birinin də reallaşmasıdır.Bundan əlavə,Ermənistan İranla qonşudur və ABŞ-ın bu ölkədə möhkəmlənməsi həm də İrana qarşı nəzarət imkanlarının artmasıdır.Şübhəsiz ki,Moskva ilə yanaşı Tehran da ABŞ-ın Ermənistan üzərində,bütövlükdə Cənubi Qafqazda yeni qlobal aktor olmasından məmnun deyillər.O da məlumdur ki,Paşinyan iqtidarı da Rusiya və İrandan çəkinərək açıq siyasi gedişlər edə bilmir.
Beləliklə,Cənubi Qafqazda siyasi proseslər yaxın illırdə daha da aktivləşəcək.ABŞ hər vəchlə regiona daxil olmaq,Rusiya və İran tandemi də amerikalıları bölgədın maksimum aralı saxlamaq istəyir.Hələ ki,Ermənistanı Moskva və Tehranın təsir orbitindən çıxarmaq ABŞ üçün o qədər də çətin deyil.

Kamal Aliyev Kafkasya

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir