Azərbaycan HHQ-nin komandanı Ramiz Tahirov ABŞ-də səfərdədir və o,Pentaqonda vacib görüşlər keçirib.Belə ki,Ramiz Tahirov ABŞ HHQ-nin Qərargah rəisi Çarlz Braunla da biraraya gəlib.Yeri gəlmişkən,Çarlz Braunun payızda ABŞ Milli Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri vəzifəsinə seçilmək şansı var.Hal-hazırda bu vacib vəzifəni Mark Milli həyata keçirir.
Ümumiyyətlə,Ramiz Tahirov və Çarlz Braun arasında baş tutmuş görüşün əhəmiyyəti olduqca böyükdür.Xüsusilə,indiki məqamda İranın Azərbaycana qarşı aqressiyasını nəzərə aldıqda,Bakı və Vaşinqton arasında hərbi sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.Onu da nəzərə almalıyıq ki,Vaşinqton geopolitik hədəflərindən biri də Rusiya və İranın Cənubi Qafqazdakı təsir gücünü azaltmaqdır.Və Ag Ev onun da fərqindədir ki,Moskva və Tehran üçün Cənubi Qafqazın üç ölkəsi-Azərbaycan,Ermənistan və Gürcüstanda hazırda konfliktlərin mövcudlugu sərfəlidir.Yəni,həm Rusiya,həm də İran nəyin bahasına olursa-olsun Qərbi Cənubi Qafqaza buraxmaq istəmir.Bunun üçün Cənubi Qafqazda konflikt ocaqlarının söndürülməməsi,mövcud status-kvonun saxlanılması Moskva və Tehranın maraqlarına cavab verir.
Be olan təqdirdə,ortaya maraqlı sual çıxır:ABŞ və Azərbaycan arasında hərbi münasibətləri dərinləşdirmək nə qədər mümkündür? Və ya Miskva və Tehranın aqressiyasını nəzərə alaraq,Azərbaycan ABŞ-dən öz təhlükəsizliyi üçün zəmanətlər ala bilərmi?
Fərz edirəm ki,Azərbaycanın ABŞ ilə siyasi və hərbi əlaqələri gücləndirməkdə müəyyən üstünlükləri var.Əvvala,Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyanın nəzəratində olan KTMT kimi hərbi təşkilatın üzvü deyil.Üstəlik,Azərbaycan hal-hazırda İranın diş qıcadıgı ölkələrdən biridir.ABŞ-ın dpvlət katibi əbəs yerə Konqresdə bəyan etməmişdi ki,Azərbaycanın İranla uzun sərhədi var və biz onu qorumalıyıq.
Digər tərəfdən,Azərbaycan və ABŞ arasında hərbi müstəvidə partnyorluq Vaşinqtinun Xəzər hpvzəsindəki maraqlarına da cavab verir.Bununla yanaşı,Azərbaycan NATO üzvü Türkiyə ilə strateji əlaqələrə malikdir.Dogrudur ki,Azərbaycan NATO-nun üzvü olmadıgı üçün ABŞ-ın Bakıya birbaşa təhlükəsizlik zəmanətləri verməsi çətin görünür.Lakin onu da nəz əırə almalıyıq ki,İsrail də NATİ-nun üzvü deyil.Buna rəgmən,ABŞ İsrailin təhlükəsizliyinə qarant verən ölkədir.
Bundan əlavə,Yaponiya, Cənubi Koreya kimi ölkələr də NATO üzvləri deyil,ancaq Pentaqon bu ölkələri Şimali Koreya və Çinin hərbi aqressiyasından qoruyur.Bu gün faktiki olaraq,Şimali Koreya,Çin kimi ölkələri Uzaq Qərqəki ekspansiyasının qarşısının alınmasında ABŞ-ın Yaponiya və Cənubi Kireyaya verdiyi təhlükəsizlik zəmanətləridir.
Bu baxımdan,müəyyən siyasi risqləri də nəzərə alaraq,Azərbaycan ABŞ ilə hərbi-siyasi müstəvidə əməkdaşlıgını daha da dərinləşdirməlidir.Ən azından,Bakı və Vaşinqton arasında hərbi müstəvidə əməkdaşlıq Rusiya,İran kimi neo-imperial dövlətlərə qarşı balans yaratmaga imkan verəcək.
Kamal Aliyev