KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Ərdogan:İsveç və Finlandiyanın NATO üzvlüyünə “hə”demərik

Kamal Aliyev: Ərdogan:İsveç və Finlandiyanın NATO üzvlüyünə “hə”demərik

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
291 0

Bazar ertəsi Finlandiya və İsveçin xarici işlər nazirləri Ankaraya səfər edəcəklər.Bildiyiniz kimi,hər iki dövlət NATO-ya üzv olmaq istəyir,lakin Türkiyə hər iki nordik ölkəsinin hərbi-siyasi aliyansda təmsil olunmasına skeptik yanaşır.Və səbəb də çox sadədir:bu ölkələr PKK/PYD,DHKP-C və FETÖ terror təşkilatlarının türklər demişkən,cirit atdıgı ölkələrdir.İsveç isə konkret PYD(PKK-nın Suriya qrupu) təşkilatına yüzmilyonlarla avro maliyyə yardımı edir.

Belə ki,əvvəlcə Türkiyə,İsveç və Finlandiya xarici işlər nazirləri Almaniyanın paytaxtı Berlində görüşdülər.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoglu İsveçdən 33 PKK üzvünün təslim edilməsini istəsə də,qarşı tərəf bunu rədd etdi.İsveç nordik ölkələri içində kürd separatçılarına ən çox dəstək göstərən ölkədir.Halbuki,Avropa İttifaqı separatçılıgı rədd etdiyini deyir.Belə olmasaydı,Kataloniyanın separatçı lideri Puçdemona qucaq açardılar.

Bu gün Türkiyə prezidenti R.T Ərdogan Əlcəzair prezidenti Əbdülməcid Tebbunla keçirdiyi mətbuat konfransında dedi ki,İsveç və Finlandiyanın xarici işlər nazirləri boş yerə Ankaraya gəlməsinlər.Ərdogana görə,bu ölkələrin NATO-ya üzvlüyü təşkilatın təhlükəsizliyinə ziddir.

Beynəlxalq münasibətlərdə dövlətlərin prioritet maraqları,strateji hədəfləri olur.Yəni,dövlətlər individualizimdən çıxış edərək,heç vaxt korporativ maraqları önə çıxarmazlar.Hökumətlər bəzən manevr edə bilərlər,ancaq dövlət ayqıtının xarici siyasətdə sabit strategiyası,oriyentasiyası olmalıdır.Kürd separatçı hərəkatı Türkiyədə təkcə hökumətlərin yox,bütövlükdə dövlətin,xalqın problemidir.Əlbəttə,bu həqiqəti vikinqlər də bilməmiş olmaz.

Gəlin bir şeyi etiraf edək ki,NATO ABŞ deməkdir.Necə ki,bu gün diktator Putinin KTMT adlı qrumu da Rusiya deməkdir.Ona görə də NATO üzvü olan dövlətlər qarşılıqlı olaraq,terror təşkilatlarına yardım etməməlidirlər.

Əvəzində,ABŞ Suriyanın şimalında PYD(SDQ)adlı təşkilata həm maliyyə,həm də silah yardımı edir.PYD isə PKK-ın Suriya qoludur və NATO üzvü dövlətə təhdiddir.Əgər gələcəkdə Rusiya və NATO arasında müharibə olacaqsa,bütün müttəfiqlər Putinə qarşı çıxmalıdırlar.Belə olan təqdirdə,Ankara həm İsveç və Finlandiyadan,həm də ABŞ-dan tələb etməkdə haqlıdır ki,mənim təhlükəsizlik maraqlarıma hörmət etməlisiniz.

Bu nöqteyi-nəzərdən çayxana siyasətçilərinə və sosial-şəbəkə avaralarına demək istəyirəm ki,Türkiyənin tələbləri Ərdogan hökumətinin yox,türk dövlətinin prioritetləridir.
Xüləs,”mənim terrorçum”,”sənin terrorçun”anlayışı yoxdur.Terrorçuluq mədəni dünyanın problemidir və buna qarşı kollektiv mübarizə aparılmalıdır.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir