KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Ərdoganın İsveç, Finlandiya israrı və NATO

Kamal Aliyev: Ərdoganın İsveç, Finlandiya israrı və NATO

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
329 0

Gəlin bir az tarixə ekskursiya edək.Fransa Şarl De Qolun vaxtında ölkəsini NATO-nun hərbi qanadından çıxarır.Və daha sonra keçmiş prezident Nikola Sarkozinin iqtidarına qədər Fransa dəfələrlə NATO-nun hərbi qanadına daxil olmaga çalışsa da,necə deyərlər,ABŞ və Böyük Britaniya bu istəyi Parisin burnundan gətirir.

Nəhayət,N.Sarkozinin vaxtında Fransanı anqlo-saksonlar NATO-nun hərbi qanadına yenidən qəbul edirlər və ya etdirirlər.
Şübhəsiz ki,sagçı N.Sarkozi xeyli geosiyasi güzəştlərə getməyə məcbur olur.

Türkiyə 1952-ci ildə NATO-ya qəbul edilir.Baxmayaraq ki,Britaniya Türkiyənin bu hərbi təşkilata üzv qəbul olunmamasından ötrü,hər yola əl atır.O zaman Türkiyə Koreyadakı vətəndaş müharibəsinə əsgər göndərməklə,ABŞ ilə müəyyən razılıga gəlir və Vaşinqtonun referansı ilə NATO-ya daxil olur.İngilislər o zaman istəyirdi ki,Aralıq dənizi hövzəsində öz patronajlıgı altında regional bir təşkilat quraraq,Türkiyəni ora üzv etsin.(ASEAN,və indiki AUKUS,QUAD kimi təşkilatl)

Yunanıstan isə düz 20 il Makedoniyanın(rəsmi adına görə)üzvlüyünü veto etdi.

Türkiyə NATO-nu tərk etməlidirmi?
Xeyr.NATO Türkiyə üçün həm təhlükəsizlik çətiridir,həm də yeni texnoloji imkanlara,innovativ üstünlüklərə çıxış vasitəsidir.

Avro-Atlantika 1952-ci ildə Türkiyəni öz yanına çəkməklə,şərq sərhədlərini SSRİ-dən qorumagı düşündü.Bəlkə də Soyuq Müharibədən sonra Türkiyənin NATO-da mövcudlugu elə də vacib deyildi.Ancaq Rusiyanın Ukraynaya hücumu Ankaranı NATO üçün daha da vacib tərəfdaş etdi.
Lakin son illər ABŞ,Britaniya kimi ölkələr Türkiyənin hərbi sənayesinə sanksiyalar(CAATSA sanctions)tətbiq etdi.Çünki Türkiyə Rusiyadan S-400 HMS almışdı,həm də Suriyanın şimalında ABŞ-ın qurmaq istədiyi yeni kürd dövlətini(PKK/PYD)qəbul etmirdi.Üstəlik,Türkiyəni F-35 proqramından da xaric etdilər.

Türkiyə prezidenti Ərdogan deyir ki,İsveç və Finlandiya “terror təşkilatları”nın yuvasıdır,mərkəzidir.Və bu ölkələr PKK/PYD,DHKP-C kimi terror ünsürlərinə öz ərazilərində yer veməyə davam etdikcə,biz onların üzvlük müraciətlərini veto edəcəyik.Açıgı deyim ki,mən Ərdoganın bu məsələdə israrının limitini bilmirəm.Ona görə ki,Ərdogan vaxtaşırı öz siyasi qərarlarında U-dönməsi(U-Turn)edib.Məsələn,FETÖ-dən həbsə məhkum edilən İzmirdəki kilsənin keşişi Branson,almaniyalı jurnalist Dəniz Yücəl və başqaları.

Ancaq terror mövzusunda Türkiyədəki kürdyönümlü XDP partiyasından başqa,bütün siyasi qüvvələr(CXP,MHP,İP,Demokrat Partiya)eyni düşüncəni bölüşür.Yəni,Ərdoganın İsveç və Finlandiyanı NATO-da görmək istəməməsi türk cəmiyyətinin istəyidir.Bu baxımdan,Türkiyə çalışır ki,hər iki nordik ölkədən güzəştlər qoparsın.Bu,normaldır və anlaşılandır.Siyasət həm də maraqlar,mənfəətlər məcmusudur.

Kamal AliyevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir