KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Ərdogan yenə də İsveç və Finlandiyanin NATO üzvlüyünə “yaşıl işıq”yandırmadı

Kamal Aliyev: Ərdogan yenə də İsveç və Finlandiyanin NATO üzvlüyünə “yaşıl işıq”yandırmadı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
348 2

Bu gün Böyük Britaniyanın məşhur “The Economist”jurnalında Türkiyə prezidenti R.T.Ərdoganın məqaləsi çap olunub.Məqalənin ümumi məzmunu Türkiyənin Şimali Atlantika Müqaviləsi Təşkilatından istəkləri,tələbləri,gözləntiləri,şərtləri,hətta bir az naratlıgı əks olunub.

Yeri gəlmişkən,Türkiyə 70 ildir(1952)NATO-nun üzvüdür.

Türkiyə prezidenti açıq yazır ki,NATO-da bəzi ölkələr hərbi ittifaqın 5-ci maddəsinə ehtiyac duyulduqda,dərhal ikinci ən böyük ordunun varlıgı yada düşür.Lakin Türkiyəyə kənardan terror hücumları olanda məlum 5-ci maddə yada düşmür,üstəlik həmin terror təşkilatına minlərlə tır silah-sürsat göndərilir.Hələ bu,azmış kimi,Türkiyəyə silah enbarqosu da tətbiq edirlər.

Şübhəsiz ki,Ərdogan terror təşkilatı deyərkən PKK/PYD-ni,bu hörgütlərə yardım edənlər deyəndə isə,ABŞ,İsveç kimi ölkələri nəzərdə tutur.Hətta o da məlumdur ki,İsveçlə yanaşı Finlandiya da uzun illərdir Türkiyəyə silah embarqosu tətbiq edir.Lakin Putin Ukraynaya hücum edərkən,NATO-nun ikinci ən güclü ordusunun Türkiyəyə məxsus oldugunu xatırlayırlar.

Dünya yeni mərhələyə qədəm qoyur,geopolitik dəyişiklər baş verməkdədir və belə olan təqdirdə,Avro-Atlantik məkanin təhlükəsizlik arxitekturasını Türkiyəsiz təsəvvür etmək qeyri-mümkündür.Xüsusilə,Avropa İttifaqı ölkələri Rusiya təhlükəsi qarşısında daha güclü,daha effektiv konsolodasiya nümayiş etdirmək məcburiyyətindədirlər.
Müşahidələrim onu deməyə əsas verir ki,nəhayət nordik ölkələri də daxil olmaqla,Aİ Rusiya təhlükəsi qarşısında Ankaranın qaygılarını yavaş-yavaş başa düşməyə başlayıblar.Demək çətindir ki,Qərb ölkələri Türkiyənin həssas tələblərini qarşılamaqda səmimidirlər,ancaq başqa alternativləri də yoxdur.

Hazırda Ukrayna limanlarında bu ölkəyə məxsus 20 milyon ton taxıl var,lakin V.Putin bu məhsulun Afrika və Şərqi Avropa ölkələrinə çatdırılmasına imkan vermir.Amma bu gün baş tutan Ərdogan-Putin telefon danışıgında bu məsələdə müəyyən razılıq əldə edilib.Baxmayaraq ki,Qərb və Avropa ölkələri arasında böyük ölçüdə “körpülər yandırılıb”,ancaq Ankara-Moskva arasında diplomatik kanallar işləyir.Yəni,bu gün Ukrayna böhranında Qərbdəki agıllı strateqlərin Türkiyə haqqında skeptik düşüncəsinin yumuşalacagına ümid etmək istərdim.

İsveç və Finlandiyanın NATO üzvlüyünə gəldikdə isə,Ankara bu ölkələrdən yazılı öhdəlik istəyir və silah embarqosunun ləgvini tələb edir.Burada hələ ki,naz edən ölkə İsveçdir.Bu,o İsveçdir ki,ərazisində PKK simpatizanları at oynadır və hörgütün əsas logistika mərkəzlərindən biridir.Açıq deyim ki,mən İsveçi terrorçuluga meyilli bir ölkə kimi görmürəm,ancaq həm bu ölkədə,həm də Finlandiyada iqtidarda olan sol koalisiyalar PKK kimi hörgütlərə qeyri-adi simpatiya bəsləyirlər.
Yenə də vurgulayım ki,İsveç və Finlandiya terror təşkilatları məsələsində yazılı öhdəlik verməsələr,bu ölkələrin NATO-ya üzvlüyü xəyalpərəstlik olacaq.Hətta Ərdogan “The Economist”jurnalında yazdıgı məqalədə də buna açıq vurgu edib.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

2 Yorum

  1. Bseyhan - -

    Türk dünyası Türkiye etrafında toplanarak yeni bir bir birlik oluşturmak zorundadır.

  2. Serpil uz - -

    Yeni bir dünya keşfetmek, dünyayı yeniden okumak için kurulan Kafkas sam gençler için gayet avantajlı olacak heleki bir de Türkiye kurulmuş ne güzel..

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir