KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: Ərdogan, Sisi, Əsəd və Suriyanın şimalında kürdlərə qarşı quru əməliyyatı

Kamal Aliyev: Ərdogan, Sisi, Əsəd və Suriyanın şimalında kürdlərə qarşı quru əməliyyatı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
11 0

Türkiyəni mərhum prezidenti Süleyman Dəmirəl demişdi ki,barışa bilməyəcəksənsə,dava etməyəcəksən.Bəli,siyasət də elə bir sənətdir ki,siyasi fiqurlar vaxtaşırı bir-biri ilə “dava”edirlər,ancaq siyasətçinin agılı,zəkası odur ki,o,lazım gələndə,uygun bildiyi vaxtda rəqibi ilə barışa bilsin.Ərdogan iqtidarının 2011-ci ildən Suriya rejimi,2013-cü ildən bəri isə Musirdə çevriliş yolu ilə iqtidara gələn Əbdül Fəttah Sisi hökuməti ilə ciddi problemləri var.Gəldiyimiz nöqtədə Türliyə prezidenti R.T.Ərdogan artıq bir həqiqətin fərqindədir ki,Suriyada PYD/YPG-yə qarşı ugur qazanmaq üçün mütləq Əsədlə,Aralıq dənizində öz məşru hüquqlarını qoruçaq üçün isə Sisi ilə küskünlüyü bir kənara buraxıb müştərək məsələlərdə razılıga gəlməyin vaxtıdır.
Qətərin paytaxtı Dohada Ərdiganın Sisi ilə ayaqüstü olsa da görüşü müsbət hadisə sayılmalıdır.Daha sonra Misir hökumətinin Türkiyə ilə danışıqlara başlayacagı haqqında müsbət açıqlamaları bizə onu deməyə əsas verir ki,Qahirə də ikitərəfli münasibətlərin normallaşdırılmaslnda maraqlıdır.Yəni,həm Ərdigan,həm də Mursi küskünlüyü bir tərəfə buraxıb müsəlman dünyasının iki önəmli dövləti arasında münasibətləri bərpa etməkdə maraqlıdırlar.Ərdoganın da dediyi kimi,siyasətdə küskünlük,dargınlıq olmaz.

Suriyaya gəlincə,Ankara hazırda bu ölkənin şimalında YPK/PYD lideri Məzlum Kobaninin başçılıq etdiyi separatçı kürdlərə qarşı “Pəncə Qılınc”əməliyyatını davam etdirir.Məlumdur ki,Ankara Təl-Fırat,Mənbiç və Ayn əl-Ərəb bölgələrinin kürd separatçılarından azad edilməyəcəyi təqdirdə,bu regionda ABŞ-ın da dəstəyi ilə kürd dövlətinin yaradılacagını bilir.Üstəlik,Türkiyənin Suriya ilə 911 km sərhədi var.Ankaranın m əıqsədi bundan ibarətdir ki,Türkiyə-Suriya arasında 30 km bufer zona yarada bilsin.Bu,olduqca vacibdir.Ehtimal olunur ku,dekabr ayı ərzudə “Pəncə Qılınc”əməliyyatı yekunlaşdırılacaq və növbəti etapda Suriyanın şimalında kürdlərə qarşı quru ıməliyyatına başlanılacaq.Görünür,Ankara beynəlxalq siyasi konyukturanın da onun xeyrinə oldugunu bilir.Üstəlik,Ankara-Moskva və Ərdogan-Putin arasındakı münasibətlər Türkiyəyə üstünlük verir ki,Suriyanın şimalında bufer zonanı yarada bilsin.Ancaq ABŞ son günlər Türkiyənin OYD/YPG- mövqelərini bombalamasına öz etirazını bildirib.
Hal-hazırda Ərdogan üçün vacib məsələ Suriya luderi Bəşər Əsədlə kontakt qurmasıdır.Türkiyə və Suriyanın kəşfiyyat xidmətləri bir müddətdur görüşür.Nəzərə alaq ki,Rusiya prezidenti Putin də Ərdogan və Əsəd arasında siyasi müzakirələrin başladılmasında maraqlıdır.Güman edirəm ki,Türkiyədə gələn ilin iyun ayında keçiriləcək prezident və parlament seçkilərinə qədər Ərdogan-Əsəd görüşü baş tutacaq.Türkiyəyə Əsədlə görüşmək həm də ona görə lazımdır ki,Ankara Suriyanın ərazi bütövlüyündə maraqlıdır və bu ölkədə kürd dpvlıtinin yaradılmasına qarşıdır.
Gözləyək,görək nə olacaq…

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir