KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Ərdogan-Putin görüşündə Qarabag müzakirə olunmadı

Kamal Aliyev: Ərdogan-Putin görüşündə Qarabag müzakirə olunmadı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
276 0

Bu gün Türkiyə prezidenti R.T.Ərdoganın rusiyalı həmkarı V.Putinlə görüşündə Qarabag problemi müzakirə mövzularından olmayıb.
Hər halda,görüşdən əvvəl və sonra açıqlanan bəyanatlarda Qarabagla baglı fikir yoxdur.

Dogrudur,Türkiyə və Rusiya prezidentlərinin təkbətək və heyətlərarası 4 saat davam edən görüşlərində mümkündür ki,Qarabagla baglı müzakirə və yaxud Laçın koridoru ətrafında baş verən son neqativ hadisələr müzakirə olunub,ancaq yekun açıqlamada bu barədə konkret ifadələr yoxdur.

Ehtimal edirəm ki,Ərdogan və Putin Qarabag problemi ilə baglı aralarında müəyyən razılıqlar əldə edə bilərlər,ancaq məsələni publik etməyə tələsmirlər.
Çünki Qarabag mövzusunda Qərbin də deyəcəkləri,hətta müəyyən təsir rıçaqları var.

Rusiya və Türkiyə arasında razılaşmalardan biri də qarşılıqlı ticarətdə qismən pul ödənişinin rus rubluyla həyata keçirilməsi olub.
Rusiya Türkiyəyə neft,qaz,gübrə,taxıl və başqa məhsullar ixrac edir.Güman edirəm ki,tərəflər qarşılıqlı olaraq,ticarətdə milli valyutalardan istifadə birdəfəlik keçidi də aralarında razılaşdırıblar.Təbii ki,Qərb bundan narahatdır.Xüsusilə,ABŞ 1944-cü ildən(Bretton Woods)dolları dünya bazarında “ehtiyyat valyuta”kimi diktə etdirməyi başarıb.Ancaq Rusiya təkcə Türkiyə ilə deyil,başqa qlobal və regional aktorlarla da milli valyutalardan istifadəni özünün geostrateji hədəfi kimi müəyyən edib.

Ərdogan-Putin görüşündəki müzakirə başlıqlarından biri də Ankaranın Suriyanın şimalında “təhlükəsiz zona”yaratmaq istəməsi və ərazidə mövcud olan PYD,YPG kimi separatçı ünsürlərə qarşı hərbi əməliyyatlar keçirmək istəməsidir.Rusiya və Türkiyə arasında 2019-cu ildə imzalanmış 10 maddəlik razılaşmaya görə,ruslar Təl-Fırat və Mənbiç ərazilərindəki separatçı kürdləri çıxarmalı idi.Hələ ki,üç il keçməsinə baxmayaraq,ruslar verdikləri vədə əməl etməyiblər.

Zənnimcə,Ərdogan Suriyanın şimalındakı hörgütlərə qarşı payız aylarında hərbi əməliyyat əmrini verəcək.Düzdür,İran həm Əsəd rejiminin,həm də kürd separatçılarını hamisi rolundadır,ancaq Ankara Rusiya ilə anlaşarsa,əməliyyatı keçirər.

Bundan əlavə,Putin İstanbulda BMT-nin iştirakı ilə baş tutan taxıl ixracı məsələsində əldə olunan razılaşmaya görə də,Ərdogana təşəkkür edib.Yeri gəlmişkən “Taxıl anlaşması” təkcə Ukraynanın deyil,Rusiya taxılının,gübrəsinin və naşqa kənd təsərrüfatı məhsullarının da dünya bazarına çıxışını təmin edir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir