KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Ərdogan-Paşinyan görüşündən müsbət nəticə gözləməyə dəyərmi?

Kamal Aliyev: Ərdogan-Paşinyan görüşündən müsbət nəticə gözləməyə dəyərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
233 0

Nəhayət,Çexiyanın paytaxtı Praqada ASB-nin zirvə toplantısı çərçivəsində Türkiyə prezidenti Ərdogan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu.Əvvəldə yazdıgım kimi,iki ölkə arasında münasibətlərin normallaşması,siyasi və iqtisadi əlaqələrin qurulması,qarşılıqlı təmasların intensivləşdirilməsi hal-hazırda həm Ərdogana,həm də Paşinyana çox vacibdir.Üstəlik,Qərb də Ankara-Yerevan xəttində problemlərin çözülməsində həm də ona görə maraqlıdır ki,mümkün qədər Ermənistanı Rusiyanın təsir orbitindən çıxara bilsin.Nəzərə alsaq ki,Paşinyan hökuməti də hazırda geopolitik reallıqları,dəyişiklikləri fürsət bilərək həm Türkiyə ilə münasibətlərin normallaşmasını,həm də Qərblə yaxınlaşmagı özünen xarici siyasət kursunun prioritetlərindən biri kimi görür.
Dogrudur,Ərdogan-Paşinyan görüşündən sonra hər hansı bir mətbuat konfransı keçirilmədi.Əslində,bu,heç gözlənilmirdi də.Lakin Ərdogan keçirdiyi mətbuat konfransında dedi ki,onun Paşinyanla görüşü “səmimi”keçib və razılaşma belə olub ki,iki ölkə arasında normallaşma prosesinə nail olmaq üçün xarici işlər nazirlərinin və xüsusi nümayəndələrin təmasları davam etdirilsin.
Yeri gəlmişkən,Türkiyə və Ermənistan liderləri 2009-cu ildən bəri ilk dəfə idi ki,görüşürdülər.Xatırladım ki,2008-2009-cu illərdə Ankara və Yerevan arasında “futbol diplomatiyası”adını almış normallaşma prosesi yürüdülürdü.O zaman Rəcəb Tayyib Ərdogan baş nazir olsa da,prezident Abdullah Gül və xarici işlər naziri Əhməd Davudoglu Ermənistanla münasibətləri Sürix protokolları çərçivəsində davam etdirirdilər.Lakin Ermınistandakı Serj Sarkisyan iqtidarı 2009-cu ildə erm ə ni diasporunun və Rusiyanın diqtəsi ilə Türkiyə ilə normallaşma prosesini dayandırdı.

Konkret Ərdogan-Paşinyan görüşünə gəldikdə,Türkiyə prezidenti aydın şəkildə bəyan etdi ki,Ankaranın ilkin şərti yoxdur və Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalayarsa,biz hava,su və quru nəqliyyatını bərpa etməyə hazırıq.Ərdogan onu da dedi ki,hazırda Türkiyə-Ermənistan arasında karqo və hava daşınmaları istiqamətində danışıqlar gedir.
Gördüyünüz kimi,Türkiyə və Azərbaycan Ermənistanla anlaşmaga hazır olduqlarını bəyan edirlər.Ancaq bu dəfə Ankara Yerevanla münasibətlərini Azərbaycanla birlikdə koordinasiya edir,tərəflər qərarlarında,siyasi həmlələrində bir-birilə məsləhətləşirlər.
Belə olan təqdirdə,futbol termini ilə desək,top indi Ermənistanın sahəsindədir.Ancaq görünür,Ankara-Bakı-Yerevan xəttində normallaşmanın təsis edilməsi həm Paşinyanın siyasi iradəsindən,həm də Rusiyanın buna adekvat reaksiyasından asılı olacaq.Bir məqam da budur ki,Paşinyan iqtidarı Azərbaycanla sülh müqaviləsinin imzalanmasını,Türkiyə ilə siyasi və diplomatik münasibətlərin barpa edilməsini zamana yaymaq istəyir.Ehtimal edirəm ki,Paşinyan Rusiya-Ukrayna müharibəsinin nəticəsini və gəlın ilin iyununda Türkiyədəki prezident seçkisinin nəticəsini gözləyə bilər.
İndi qarşıdan MDB ölkələrinin növbəti zirvə görüşü gəlir.Paşinyan bu dəfə son aylar Ermınistandakı anti-Rusiya ab-havasına görə Kremlin şefi Putinə cavab verməli olacaq.Şübhəsiz ki,Ermənistan-Türkiyə,Ermənistan-Azərbaycan münasibətlərinin gələcək perspektivi həm də Rusiyanın bu məsələlərə yanaşmasından da asılı olacaq.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir