Beləliklə,bu gün Türkiyə və böyük türk milləti üçün agır gündür.Ölkədə baş verən təbii zəlzələ və onun nəticələri ətrafında müzakirələr,mübahisələr davam etməkdədir.Görünür,Türkiyədəki zəlzələnin maddi və mənəvi tərəfləri ilə yanaşı,siyasi nəticələri də qarşıdakı aylarda gündəmin əsas mövzularından biri olacaq.
İndi ortaya olduqca vacib sual çıxır:Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri təxirə salına bilərmi?
Bəli,bu,olduqca maraqlı,hətta belə demək mümkünsə,həssas sualdır.Ölkədə son 100 ilin ən dagıdıcı zəlzələsi baş verib.Xalq pərişandır,mövcud AKP iqtidarı agır yara alıb.Belə olan təqdirdə,gözlər mayın 14-də keçirilməsi gözlənilən seçkilərdədir.Lakin zəlzələnin miqyası,prezident Rəcəb Tayyib Ərdogan elan etdiyi 3 aylıq fövqəladə vəziyyət onu deməyə əsas verir ki,Türkiyədə keçiriləcək növbəti parlament və prezident siçkiləri bu ilin sonuna,ya da gələn ilə qədər təxirə salına bilər.
Digər yandan,onu da nəzərə almalıyıq ki,ölkə müxalifəti(Altılı masa)seçkilərin məhz elan olundugu vaxtda-may ayında keçirilməsində israrlı olacaq.Hətta mümkündür ki,müxalifət seçkilərin elan olundugu tarixdə keçirilməsi üçün kütləvi etiraz aksiyalarına da başlaya bilər.
Əslində,Türkiyədə seçkilər təqvimlə bu ilin iyul ayında keçirilməli olsa da,hökumət bu təqvimi iki ay geriyə çəkmişdi.
İndi hakim AKP və prezident Ərdogan üçün vəziyyət olduqca kritikdir.Belə ki,bir müddətdir ölkədə davam iqtisadi problemlər və hazırda dəhşətli zəlzələnin baş verməsi iqtidar üçün ciddi çagırışları ortaya çıxarıb.Bəli,Türkiyə hökumətinin vəziyyəti hazırda qənaətbəxş deyil,ancaq bu,o demək deyil ki,Ərdogan birmənalı şəkildə məglub ola bilər.Bu,əsla belə deyil.Tutaq ki,ölkədə zəlzələ baş verməyib və seçkilər mayın 14-də keçiriləcəkdi.Amma onu da nəzərə almalıyıq ki,ölkə müxalifəti hələ də “vahid namizəd”problemini həll edə bilməyib.Üstəlik,indiki vəziyyətdə geopoltik situasiyanı da iqnor etməməliyik.
Bildiyiniz kimi,2024-cü ildə həm ABŞ-da,həm Rusiyada,həm də Ukraynada prezident seçkiləri keçiriləcək.ABŞ-da fövqəladə hadisə baş verməsə,Ukraynada Rusiyanın apardıgı işgal hərəkatı davam edərsə,respublikaçıların qələbə qazanacagı gözləniləndir.Əvvala,ABŞ-da keçirilən son rəy sorgularında respublikaçıların şansları daha yüksək görünür.Bundan əlavə,ABŞ prezidenti Ci Baydenin yaşlılıgı da onun növbəti dəfə namizədlik şanslarını zəiflədir.Rusiyaya gəldikdə,Vladimir Putin böyük ehtimalla növbəti dəfə seçkiləri qazanacaq.O cümlədən,Putin nəyin bahasına olursa-olsun Ərdoganın Türkiyədə növbəti qələbəsi üçün səylərini davam etdirəcək.Bu gün Türkiyənin NATO üzvü olaraq, Rusiya-Ukrayna böhranında tərəfsizliyi və mediatorlugu Kremlin mənafeyinə cavab verir.
Eyni zamanda,Ərdoganın məglub olmasını təkcə Ag Evdəki demokratlar deyil,Avropa İttufaqı da arzulayır.Şübhəsiz ki,həm Ərdogan,həm də Putin kollektiv Qərbin bu hədəfindən xəbərdardır.Bu baxımdan,həm Putin,həm də Ərdogan məqsədlərinə nail olmaqdan ötrü hər vasitəyə əl ata bilərlər.Konkret olaraq Türkiyə müxalifətinə gəlincə,onlar Qərb tərəfindən dəstəklənir.Və təbii ki,bunu Putin də çox gözəl bilir.Maraqlı həm də budur ki,Türkiyə müxalifəti(Altılı masa)arasında da xarici siyasət kursunda fikir ayrılıqları var.
Digər tərəfdən,prezident Ərdogan və AKP-MHP İttifaqının qazanması üçün Rusiya ilə yanaşı,Çini və Qətəri də nəzərə almaq lazımdır.Görünən budur ki,Moskva və Pekin Türkiyəni gələcək dövrdə də ən azından “neytral”görməkdə maraqlıdırlar.
Son olaraq onu da vurgulayım ki,Türkiyədə növbəti parlament və prezident seçkilərinin 2024-cü ildə keçirilməsi Ərdogan və AKP iqtidarı üçün də münasibdir.Ona görə ki,qarşıdakı zamanda hökumətin toparlanmaq üçün kifayət qədər vaxtı olacaq.Üstəgəl,zəlzələdən zərər çəkmiş regionlarda yeni yaşayış binalarının tikilməsi və ölkə iqtisadiyyatında müəyyən pozitiv göstəricilər Ərdoganın şanslarını artıracaq.Yox,əgər,durgunluq vəziyyəti və siyasi qeyri-stabillik dərinləşərsə,20 illik Ərdogan iqtidarının sonlanacagını proqnozlaşdırmaq elə də çətin deyil.
Hazırda Qərbə Türkiyədə onun özünə yaxın siyasi komanda ilə işləmək sərf edir.Belə olan halda,2016-cı ildən intensivləşən Rusiya-Türkiyə münasibətlərinin gələcəyi də şübhə altına düşə bilər.
Onu da nəzərə almalıyıq ki,Ərdogan seçkiləri qazanmaq məsələsində olduqca bacarıqlı siyasətçidir.Yəni,bəzi siyasi biveclərin,savadsızların düşündüyü kimi,Ərdoganın zəlzələnin altında qaldıgı fikirləri ilə razılaşmaq mümkün deyil.Siyasət olduqca mürəkkəb peşədir və bu peşədə hər saniyənin bir hökmü var.
Xüsusilə,onu da idrak etməliyik ki,Türkiyədə keçiriləcək növbəti seçkilərin geopolitik mahiyyəti və əlbəttə ku,nəticələri olacaq.
Təbii ki,son qərarı türk xalqı verəcək və bu qərarı qəbul etmək bütün siyasi qüvvələrin vəzifəsidir.
Kamal Aliyev