Beləliklə,Türkiyədə növbəti parlament seçkiləri eyni gündə-mayın 14-də baş keçiriləcək.Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan məlumat verib.Əslində,Türkiyədə keçiriləcək növbəti seçkilər iyun ayında baş tutmalıydı,lakin Ərdogan onun Cumhur İttifaqında təmsil olunan MHP sədri Dövlət Baxçalı ilə məsləhətləşmələrdən sonra prosesi 1 ay əvvələ çəkiblər.
Təbii ki,Türkiyədə keçiriləcək bu dəfəki seçkilərin də gərgin və eyni zamanda rəqabətli şəraitdə baş tutacagı heç kimdə şübhə dogurmur.Xüsusilə,son illər Türkiyə iqtisadiyyatında geriləmə,infilyasiya,milli valyutanın(lirə)dəyərsizləşməsi Ərdogan və partiyasının nüfuzunu nisbətən azaldıb.Digər tərəfdən,müxalifətdə təmsil olunan partiyalar CXP,İYİ Partiya,Səadət,Dəva,Gələcək,Demokrat da seçkiyə vahid namizədlə getməyi hədəfləyiblər.Altı siyasi partiyanın biraraya gəldiyi(Altılı masa)müxalif ittifaq hakim Ədalət və İnkişaf Partiyasını(AKP)məglub etmək üçün bütün qüvvələrini səfərbər edıcək.AKP və MHP-nin namizədi indiki prezident Rəcəb Tayyib Ərdogandır.Müxalif ittifaq isə hələki vahid namizəd irəli sürməyib.Hal-hazırda Türkiyədəki siyasi kuluarlarda müxalifətin vahid namizədinin CXP sədri Kamal Kılıçdaroglunun olacagı deyilir.
Bundan əlavə,İstanbul şəhərinin meri Əkrəm İmamoglunun da prezidentliyə namizəd olacagı haqqında siyasi müzakirələr gedir.Lakin hələ ki,vahid namizədin daha çox Kamal Kılıçdaroglunun olacagı daha çox müzakirə mövzusudur.
Yeri gəlmişkən,dünən Ankara şəhərinin meri Mansur Yavaş da könlündən keçən namizədin Kamal Kılıçdaroglu oldugunu bəyan etdi.Təbii ki,müxalif ittifaqın ikinci böyük partiyası İYİ Partiyanın da yekun mövqeyi maraq kəsb edir.
Onu da vurgulayım ki,Türkiyə müxalifəti bu ölkənin yenidən parlament üsul-idarəsinə keçməsini qarşısına məqsəd qoyub.Konstitusiyaya edilən son dəyişikliklərə görə,Türkiyədə prezident üsul-idarəsi mövcuddur və müxalifət iddia edir ki,ölkə “tək adam”tərəfindən idarə olunur.
Yeri gəlmişkən,Türkiyədə keçiriləcək seçkilər Azərbaycanda da maraqla qarşılanır.Bu ölkə Azərbaycanın əsas strateji müttəfiqidir və istər-istəməz Türkiyədə baş verənlər Ankara-Bakı münasibətlərinə də təsirsiz ötüşmür.İkinci Qarabag müharibəsində Türkiyənin Azərbaycana hərbi və siyasi dəstəyi və daha sonra iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsi olduqca ciddi məqamlardır.Bundan əlavə,Türkiyədə keçiriləcək seçkilərə qədər Azərbaycan 2020-ci ilin 10 noyabrında Rusiya və Ermənistanla imzaladıgı üçtərəfli razılaşmada əks olunan bəndlərin həyata keçirilməsi istiqamətində bir sıra addımlar ata bilər.Bu baxımdan,Türkiyədəki seçkilər Azərbaycandan diqqətlə və həssaslıqla izlənəcək.Üstəlik,Azərbaycan prezidenti İlham Əliyevin və onun hökumətinin də Ərdoganın iqtidarda qalmasında maraqlı olmasını zənn etmək olar.Dogrudur,Türkiyədə iqtidarların dəyişməsi bu ölkənin Azərbaycanla strateji münasibətlərinə o qədər də təsir etmir,ancaq Əliyevin Ərdoganla uzun müddət işlədiyini də unutmamalıyıq.
Türkiyədə keçiriləcək parlament seçkilərinin regional təsirlərini,Ankaranın geopolitik kursundakı istiqamətlərini də analiz etmək mümkündür.Xüsusilə,ABŞ-Türkiyə,Türkiyə-Avropa İttifaqı,Suriya,Liviya,hətta Afrika ölkələri ilə münasibətlər də yeni hökumətin siyasi kursunda ən əhəmiyyətli mövzular olacaq.Ərdogan hökuməti hazırda Rusiya-Ukrayna müharibəsində tərəfsiz siyasi xətt yürüdür.Müxalif ittifaq isə qərbyönümlü və birmənalı olaraq Ukraynanın yanında dayanılmasının vacibliyini vurgulayır.Ehtimal edirəm ki,seçkilərə qədər Ərdoganla Suriya prezidenti Bəşər Əsəd arasında da görüş keçiriləcək.Türkiyəd əıki milyonlarla suriyalı qaçqınlar da bu ölkənin daxili siyasətində ciddi müzakirə mövzularından biridir.BMT-nin tanıdıgı Liviya hökuməti,Şərqi Aralıq dənizində Yunanıstanla yaşananlar,”Mavi Dəniz”doktrinasının həyata keçirilməsi kimi mövzular da seçku prosesində əsas təbligat tezislərindən olacaq.Prezident Ərdogan və AKP-MHT ittifaqı Türkiyənin son illər müdafə sənayesində əldə edilən ugurlardan öz seçki təbligatlarında istifadə edəcəklər.
Müxalif koalisiyaya gəldikdə isə,onlar daha çok Ərdogan hökumətinin avtoritarizmə meyilləndiyini və o cümlədən dərin iqtisadi problemləri gündəmə gətirəcəklər.
Hal hazırda,rəy sorgularında Ərdoganın nüfuzunun cüzi də olsa irəlidə oldugunu görmək olur.Ancaq onu da nəzərə almalıyıq ki,müxalifətin namizədinin kimliyi də vacib rol oynayır.Hətta seçkilərin ikinci tura qalma ehtimalı da mümkündür.
Əgər,Türkiyədəki seçkilər ikinci tura qalarsa,kürdlərin Xalqların Demokratiya Partiyası(XDP)kritik rol oynaya bilər.
Kamal Aliyev