KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Əliyev niyə öz mediasında Ərdoganı “vurdurur”?

Kamal Aliyev: Əliyev niyə öz mediasında Ərdoganı “vurdurur”?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
157 0

 

Zənnimcə,Azərbaycan və Türkiyə iqtidarları arasında münasibətlərin müəyyən ölçüdə sərinləşdiyini görməmək,hiss etməmək mümkün deyil.Əlbəttə,mən onu iddia etmirəm ki,Bakı-Ankara xəttində seyr edən narazılıq elementləri 2008-2009-cu illərdə oldugu kimi pozula bilər.Fəqət,Azərbaycan iqtidarına yaxın mediada iki ölkə arasındakı münasibətlərin əvvəlki kimi olmadıgını da şərh etmək mümkünsüz deyil.Xüsusilə,rəsmi mediada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın tənqid olunması vəziyyətin heç də “hamar”olmadıgına dəlalət edir.Türk prezident bir neçə gün bundan əvvəl demişdi ki,onlar Qarabaga və Liviyaya necə daxil olublarsa,İzrailə qarşı da bənzər addımı ata bilərlər.Ərdoganın bu sözlərinə Azərbaycanın Müdafiə Nazirliyinin cavabı da düşündürücü idi.
Digər tərəfdən,Türkiyədə(iqtidar və müxalifət)Fələstin məsələsinə həssaslıq yeni deyil və iqtidarda kimin olmasından asılı omayaraq,həmişə aktualdır.Üstəlik,türk dövləti Azərbaycan və İsrail arasındakı yüksək əlaqələrdən narahatdır.Təkcə Türkiyəmi narahatdır.Təbii ki,xeyr.Hətta İranla yanaşı Rusiya da Bakı-Təl-Əviv yaxınlaşmasını qəbullana bilmir.
Ötən dəfə də yazdıgım kimi,Türkiyə-Ermənistan münasibətlərindəki yumuşalma tendensiyası da Bakının ürəyincə deyil.Rəsmi Bakı hesab edirki Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər o zaman təsia edilə bilər ki,Paşinyan hökuməti Azərbaycanın bütün şərtlərini yerinə yetirsin.Ankara isə Yerevanla münasibətlərin normallaşmasında tələsir və şübhəsiz ki,bu məaələdə Qərbin də Türkiyəyə təzyiqləri var.Qərb dərk esir ki,Ermənistanın Rusiyadan uzaqlaşması üçün bu ölkənin Türkiyə ilə münasibətlərinin normallaşması vacib faktordur.
Kamal Aliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir