KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Əliyev Moskvada Putinlə görüşdə Azərbaycanın geopolitik seçimini elan edəcəkmi?

Kamal Aliyev: Əliyev Moskvada Putinlə görüşdə Azərbaycanın geopolitik seçimini elan edəcəkmi?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
26 0

İlham Əliyev asprelin 2 2-də Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.Rusiya hərbçilərinin Azərbaycanı tərk etməyə başlamasından sonra Əliyev və Putinin görüşəcəyi maraq kəsb edir.Zənnimcə,2022-ci il 22 fevralda Rusiya və Azərbaycan arasında imzalanmış müttəfiqlik sazişinin icrası yenidən müzakirə ediləcək.Nümkündür ki,Azərbaycanın Avrasiya İqtisadi Təşkilatına üzvülüyü də gündəmə gətirilsin.
Beləliklə,Azərbaycan-Qərb münasibətlərinin gərginləşdiyi bir dövrdə Əliyev hökuməti yekun geopolitik seçimini etməyə hazırlaşır.Bunu bir neçə il əvvəlcədən də yazırdım ki,Azərbaycan hökuməti Rusiyaya yaxınlaşmaq xəttini güdür,lakin bunu mərhələli şəkildə realizə edir.Ölkədə s oon vaxtlar qərbpərəst csmeəyə qarşı basqıların intensivliyi,iqtidar mediasının anti-Qərb ritorikasının sərtliyi ümumi planın tərkib hissəsi kimi proqnozlaşdırırdı.
Azərbaycan iqtidarı artıq “balanslaşdırılmış xarici siyasət”kursundan Rusiya və Çinin liderlik etdiyi yeni geopolitik qütbə tranzisiyanı hədəfləyib.Buna rəgmən,iqtidar böyük ehtimalla tələsmək yerinə daha sakit transformasiya taktikasını güdəcək.
Təsadüfü deyil ki,Fransa Azərbaycsndakı səfirini məsləhətləşmələr üçün Parisə çagırır,Bakıdakı Fransa Liseyi qapadılır və Əliyev Moskvaya gedir.Azərbaycan hökuməti strateji planını sakitcə həyata keçirir və ölkəni Qərbdən uzaqlaşdırır.Ancaq yenə də yuxarıda vurguladıgım kimi,iqtidar sakit və diqqətli olmaga çalışır.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir