Əlbəttə,bu başlıgın cavabı məlumdur:rejimin ali rəhbəri Seyid Əli Xamaneinin nəzarətində olan Konstitutsiyanın Mühafizəsi Şurası(KMŞ) 2005-2013-cü illərdə İranın prezidenti olmuş Əhmədinejadın namizədliyinə “yaşıl işıq”yandırmalıdır.Və o da məlumdur ki,12 nəfərdən ibarət və Xamaneinin külli ixtiyarında olan şura namizədlərin profillərini araşdırarkın,onları rejimin dəyərlərinə sadiq olub-olmamasına görə qərar verir.Bu,o demək olur ki,iyunun 28-də İranda keçiriləcək növbədənkınar prezident seçkilərində kimlərin namizəd olacagı,hətta kimin prezident seçiləcəyi birbaşa Xamaneidən asılı olacaq.
Yeri gəlmişkən,Əhmədinejad 2017-ci ildə keçmiş prezident Həsən Ruhanı vı 2021-ci ildə isə helikopter qəzasında ölən İbrahim Rəisiyə qarşı namizəd olmaq istəsə də,onun bu müraciəti KMŞ tərəfindən rədd edilmişdi.Görünür,Əhmədinejadın 2005-2013-cü illərdə prezidentliyindən sonra söylədikləri,açıq və örtülü Məşhəddəki teokratik iyerarxiyanı tənqid etməsi rejimin dəyərlərinə qarşı qüsurlu hesab olunub.Hərçənd,Əhmədinejad İranın siyasi elitasında ş ə rti olaraq “mühafizəkar”adlanan sinifi təmsil edirdi və onun sərt anti-Qərb ritorikası klerikal təbəqə tərəfindən müsbət hesab olunurdu.Dogrudur,həm Qumda,həm də Məşhədə Əhmədinejada zamanında diş qıcayan mollar da olub.Ancaq rejim daxildəki bütün narazılıqlara ali rəhbər Xamanei son nöqtəni qoyub.
Konkret olaraq,Əhmədinejad-Xamanei münasibıtlərinə gəlincə,ilk dəfə 2011-ci ilin aprelində ikili arasında ciddi narazılıqlar yaşanmışdı.Məhz həmin dövrdə Əhmədinejad kəşfiyyat nazirini vəzifədən azad etsə də,Xamaneinin müdaxiləsi ilə nazir yenidən vəzifəsinə qaytarılmışdı.Buna etiraz edən Əhmədinejad Xamaneidən küsərək 11 gün yoxa çıxmışdı.Yuxarıda da vurguladıgım kimi,Əhmədinejad mühafizəkar profilli siyasətçi olsa da,vaxtaşırı saraydaxili taxt mübarizələrində onun adı həmişə hallanıb.O ki qaldı Əhmədinejadın namizədliyinin qeydə alınmasına,buna rejimin sahibi Xamanei qərar verəcək.