KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev:Ərdoganın Soçi ziyarəti niyə fiaskoya ugradı?

Kamal Aliyev:Ərdoganın Soçi ziyarəti niyə fiaskoya ugradı?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
138 0

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın Soçidə tusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşün nəticələrini ugursuz hesab etmək olar.
Əvvala,Ərdogan və Putin görüşünün əsas mövzusu “Taxıl Müqaviləsi”nin olmasına baxmayaraq,nəticə budur ki,Moskva müqaviləyə geri dönməyəcək.Təbii ki,Moskvanın şərtləri və bu,Qərb tərəfindən qəbul olunmazdır.Maraqlı məqam həm də bu,idi ki,Türkiyə prezidenti Ərdogan Ukraynanı Rusiyaya qarşı münasibətdə(əsasən,Taxıl Müqaviləsi)daha yumuşaq mövqedən çıxış etməyə dəvət etdi.Görünür,Ərdogan Rusiyanın Ukraynadakı işgalı məsələsində ölkəsinin hələ də “neytral”mövqedə oldugunu gizlətmədi.
Yeri gəlmişkən,Ərdoganın Putinlə görüşü Qərbin də diqqət mərkəzində idi.Xüsusilə,Qərb mediası ümid edirdi ki,Rusiya yenidən “Taxıl Müqaviləsi”mövzusunda geri addım atacaq.
Əslində,bir neçə gün əvvəldən də məlum idi ki,Türkiyə prezidenti Ərdoganın Putinlə görüşündə müsbət nəticə əldə olunmayacaq.Ruslara görə,Ukrayna taxılı kasıb Afrika ölkələrinə deyil məhz Avropaya göndərilir.Belə ki,Ukrayna taxılının 44%-i Avropaya,14%-i Türkiyəyə,cəmi 6%-i isə yoxsul Afrika ölkələrinə göndərilib.
Digər tərəfdən,Putin söz verib ki,6 Afrika ölkəsinə təmənnasız taxıl yaxın vaxtlarda Türkiyə üzərindən gpndərilə bilər.
Ərdogan-Putin görüşündə Qarabag probleminin də müzakirə edildiyi bilinir.Buna rəgmən,Cənubi Qafqazdakı mövcud situasiya o qədər də diqqət mərkəzində olmayıb.Görünür,Ankara və Moskva Qarabagda hər hansı eskalasiyanın baş verməsində o qədər də maraqlı deyil.Yəni,Qarabagda hər hansı hərbi konfrantasiya Rusiya və Türkiyəni də qarşı-qarşıya gətirə bilər.Və belə ehtimala qarşı hər iki tərəf daha diqqətli olmaga çalışır.
Ümumilikdə,Soçidəki təmasları sıradan hesab etmək olar və yaxud hər hansı müsbət nəticənin olacagı da bəlli idi.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir