KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliye: İttifaqı Ukrayna məsələsini təcili olaraq Putinlə müzakirə etməlidir.

Kamal Aliye: İttifaqı Ukrayna məsələsini təcili olaraq Putinlə müzakirə etməlidir.

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
6 0

Ukrayna ətrafında vəziyyət hər keçən gün daha da gərginləşir və bu,yaxın aylarda geniş masştablı müharibəyə çevrilə bilər.İndi bütün dünyanın diqqəti dekabrın 7-də ABŞ prezidenti Cozef Baydenin rusiyalı həmkarı Vladimir Putinlə virtual görüşünə çevrilib.
Bu arada,”Vaşinqton-Post”qəzeti də yazır ki,Rusiya ən gec yanvarın sonuna qədər 175 minlik ordu ilə Ukraynanı işgal edəcək.Hətta Ukraynanın müdafiə naziri Aleksey Raznik də deyir ki,Rusiya hücum edərək,bu ölkənin Qara dənizlə bütün sahil zolagını özünə anneksiya edəcək.
Sual olunur:Putin bu dəfə də dünyanın gözləri qarşısında belə avamtüraya gedərmi?
Əlbəttə,bu suala birmənalı cavab vermək asan deyil.2014-cü ildə Krımı işgal edən Putin bu dəfə bütün Ukraynayı işgal etməyə cəhd edərsə,bu bütün Avropa üçün humanitar fəlakət olardı.
Yəni,44 milyonluq Ukrayna Avropaya Suriyadan daha yaxındır.Və geniş miqyaslı müharıbə olacagı təqdirdə,ən az 3-5 milyon ukraynalı ölkəsini tərk edib Avropaya gedəcək.
İndiki situasiyada Avropa ölkələrinin bu,ən son qəbul edəcəyi variant olardı.
Bu baxımdan,Avropa İttifaqı təcili olaraq Putinlə Ukrayna məsələsini müzakirə etməlidir.Fərz edirəm ki,yenidən Minsk Razılaşması ətrafında müzakirələrə start vermək olar.
Məlumdur ki,V.Putinin Ukrayna ilə baglı “qarınagrısı”bu ölkənin NATO-ya üzv olması ehtimalıdır.
Yəqin edirəm ki,Putin Baydenlə söhbətində də əsas bu mövzunu müzakirə edəcək.
Kreml Ukrayna ilə yanaşı Gürcüstan və Moldovanın da NATO-ya üzv olmasını öz geopolitik maraqları üçün “qırmızı xətt”hesab edir.
Düşünürəm ki,Aİ ABŞ-a görə,Ukrayna məsələsində daha təşəbbüskar olmalıdır.ABŞ Avropadan fərqli olaraq,Ukraynaya daha uzaqda yerləşir.Bu,o demək olur ki,sabah geniş masştablı müharibə baş versə,agır problemləri Avropa İttifaqı yaşayacaq.
Yəni,”Fillər təpişərkən,ayaq altında yaşıl otlar əzilir”məsəli bu mövzuda da az aktuallıq kəsb etmir.
Hal-hazırda ABŞ Ukrayna məsələsində Rusiya,Tayvan məsələsində də Çin ilə qarşıdurma vəziyyətindədir.
Maraqlıdır ki,Rusiya Ukraynayı,Çin də Tayvanı işgal etməyə cəhd edə bilər.
Mən o qədər sadəlövh deyiləm ki,ABŞ-nin Ukraynaya görə Rusiya ilə müharibə edəcəyinə inanım.Xeyr,belə müharibə olmayacaq.
Rusiyanın işgalçılıq siyasətinə qarşı ən yaxşı preventiv reaksiya bu ölkəyə daha agır sanksiyaların tətbiqi olardı-kabus sanksiyalar və birbaşa neft satışı.
Üstəlik,Putinin ətrafındakı korrupsionerlərin varidatı elə qərb ölkələrindədir.Məqbul olardı ki,Putinin oliqarxlarının vəsaitlərinə həbs qoyulsun.
Müharibə isə ən son və arzuolunmaz seçim olmalıdır.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir