KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Əliyev: Paşinyanın Armen Aşotyan həmləsi Kremlə mesajdırmı?

Kamal Əliyev: Paşinyanın Armen Aşotyan həmləsi Kremlə mesajdırmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
190 0

 

Ermənistanın müxalif Respublika Partiyasının sədr müavini Armen Aşotyan iki ay müddətinə həbs olunaraq İstinraq Komitəsinə təhvil verilib.A.Aşotyana qarşı hələ o,elm və təhsil naziri olarkən,vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham olunur.Digər tərəfdən,Aşotyanın məhkəmənin başqa yerə getməmək qərarından yayındıgıgı da göstərilir.Digər bir səbəb isə Aşotyanın Rusiyanın Ermənistandakı “5-ci kalonu”nun adamı oldugu və bunun üçün Paşinyan hökumətinin qəzəbinə tuş gəldiyi deyilir.Onu da nəzərə almalıyıq ki,Aşotyanın sədr müavini oldugu Respublika Partiyasının lideri Ermənistanın üçüncü prezidenti Serj Sərkisyandır.
Faktiki olaraq,Sərkisyan Paşinyanın ən qatı müxaluf rəqiblərindən biridir.Hələ 2018-ci ildə Paşinyan “Məxməri İnqilab”yoluyla Sərkisyanı iqtidardan devirə bilmişdi.Ümumiyyətlə,Sərkisyanın siyasi komandası Rusiya ilə normal münasibətlərin qorunub saxlanmasının tərəfdarıdır.Üstəlik,Sərkisyan Paşinyanı Ermənistanın dövlətçilik maraqlarını Azərbaycan və Türkiyənin xeyrinə satmaqda günahlandırır.Ermənistan müxalifəti iddia edir ki,Aşotyan iyunun 20-də Paşinyan haqqında məxvi məlumat yayacaqdı və buna görə o,həbs olunub.Görünür,Paşinyanın Qarabag ərazisi daxil olmaqla,Azərbaycanın ərazi bütövlüyünü tanıması rusmeyilli erməni müxalifətinin əlindəki “son kozırı”alıb.Bundan əlavə,Paşinyan hökuməti hər nə qədər “ziqzaqlı”siyasi kurs güdsə də,Azərbaycan-Türkiyə tandemi ilə dil tapmaga çalışır.Əlbəttə,bu,erməni baş nazirin Rusiyanın geopolitik maraqlarından deyil,məhz erməni dövlətçiliyinin mənafeyinə xidmət etdiyini göstərir.
Yeri gəlmişkən,Paşinyan dərk edir ki,Rusiyanın caynagından qurtulmaq və Qərbə inteqrasiya etmək üçün onun hökuməti Türkiyə və onun təbii müttəfiqi Azərbaycanla olan problemlərini həll etməlidir.Yəni,Avropa İttifaqı o zaman qapılarını Ermənistana açacaq ki,onun qonşuları ilə hər hansı ixtilafı olmayacaq.Şübhəsiz ki,Kreml Paşinyanın niyyətini oxuyur və Ermənistandakı “siyasi qulluqçularını”son vaxtlar aktivləşdirməyə başlayıb.
Dogrudur,erməni müxalifəti iddia edir ki,Paşinyan Aşotyanı həbs etdirməklə,Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsini protest edənləri neytrallaşdırır,ancaq rallıq isə tam başqadır.Əvvala,Aşotyan o qədər xarizmatik siyasi fiqur deyil ki,onun varlıgı Ermənistanın Türkiyə-Azərbaycan tandemi ilə barışıgına təhlükə yaratsın.Sadəcə olaraq,Paşinyan Ermənistanın daxilindəki Rusiyaya yaxın şəbəkəni görür və bunu addım-addım sıradan çıxarmaq istəyir.
Əgər Paşinyan Türkiyə-Azərbaycan tandemi ilə sülh istəyirsə və ölkəsini Rusiyadan xilas etmək hədəfini qarşısına qoyubsa,mütləq Rusiyanın “cəsus şəbəkəsi”ni təmizləməlidir.Bu,təkcə siyasi elitada deyil,hüquq-mühafizə orqanlarında,o cümlədən,ordunun daxilində də aparılmalıdır.
Təbii ki,Paşinyan Rusiyanın Ermənistanın siyasi isteblişmentində “rusyönümlü”şəbəkənin təsir rıçaqlarını minumuma endirə bilərsə,həm özünə qarşı dövlət çevrilişi ehtimalını aradan qaldırar,həm də Bakı və Ankara ilə münasibətləri həll edə bilər.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir