KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Əliyev: İranın “Fəttah”-ı Qərbi niyə qorxutdu?

Kamal Əliyev: İranın “Fəttah”-ı Qərbi niyə qorxutdu?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
196 0

Kamal Əliyev: İranın “Fəttah”-ı Qərbi niyə qorxutdu?

İran “Fəttah”adlı yeni hipersəs raketini sınaqdan keçirdiyini bəyan edib.Bu,SEPAH-ın növbəti dəfə ballistik raket istehsalında nə qədər irəli getdiyini göstərir.Dünyada indiyəcək səsdin iti sürətə sahib olan ballistik raket istehsal edən ölkələr ABŞ,Çin,Rusiya və Şimali Koreya idi.Artıq bu sıraya İranı da aid etmək olar.Görünür,dünya-xüsusilə,Qərb İranının timsalında yeni təhlükə ilə qarşı-qarşıyadır.Şübhəsiz ki,İrandakı rejimin modern hipersəs raketlərinə sahib olması ABŞ-ın Yaxın Şırqdəki müttəfiqlərinə(İsrail və körfəz ölkələri)ciddi problemlər yaradır(acaq).
Yeri gəlmişkən,SEPAH-ın istehsal etdiyi “Fəttah”hipersəs raketi 5,145 metr hündürlükdə,saniyədə 16,88m km sürətlə uça bilir.Bundan əlavə,”Fəttah”-ın uçuş məsafəsinin 1,400 km(870 mil)oldugu deyilir.SEPAH-a yaxın mediada “Fəttah”-ın yüksək manevr qabiliyyətinə malik oldugu,ən yüksək müdafiə və radar sistemlərindən yayındıgını əks etdirən kadrlar yayınlanıb.
Onu da qeyd edək ki,İran ötən ayda uçuş məsafəsi 2000 km(1,240 mil)olan ballustik raketin sınagını həyata keçirmişdi.O vaxt da ABŞ və Fransa İranın bu addımına qarşı kəskin bəyanatlar vermişdilər.
Hipersəs raketinin adını isə İranın ali rəhbəri Xamanei qoyub.Qərbi və İsraili ən çox narahat edən detal budur ki,rejim istehsal etdiyi və dünən də sınaqdan keçirdiyi “Fəttah”hipersəs raketi nüvə başlıqlarını daşıya bilər.
Görünən budur ki,İran Yaxın Şərqdə təhlükə qaynagı olaraq qalır və Qərbin sanksiyaları istənilən nəticəni vermir.Şübhəsiz ki,rejimin bu qədər irəli getməsində Rusiya və Çinin rolu var.Artıq İranın Səudiyyə Ərəbistanındakı səfirliyi 7 ildən sinra fəaliyyətə başlayıb.Çinin vasitəçiliyi Yaxın Şərqin rəqabətdə olan iki əsas dövlətini barışdırıb.Bu,eyni zamanda Pekinin Yaxın Şərqin vacib geopolitik oyunçularından biri edib.Qərb isə öz növbəsində Çinin Yaxın Şərqdə aktiv aktor olmasından narahatdır.Üstəlik,o da məlumdur ki,İranın hərbi qüdrətinin artması,son olaraq da hipersəs rakettə sahib olmasından Çinin də rolu var.Məlumdur ki,İrandakı rejim müasir silah növlərinin istehsalı üçün lazımı texnologiyanı Çindən ixrac edir.
Bununla yanaşı,İran son vaxtlar Səudiyyə Ərəbistanı ilə yanaşı,Bəhreyin,BƏƏ kimi ölkələrlə də münasibətlərini inkişaf etdirir.Halbuki,başda Ər-Riyad olmaqla,körfəzdəki ərəb monarxiyalarının İranla münasibətlərinin gərgin olması İsrailin bölgədəki geosiyasi maraqlarıyla üst-üstə düşürdü.Təl-Əviv hesab edirdi ki,İranla apardıgı “kölgə müharibələri”konsepsiyası çərçivəsində ərəb ölkələri ilə koalisiya qura biləcək.Görünən budur ki,bu,hal-hazırda yəhudi dövləti üçün o qədər də asan deyil.Nəzərə alaq ki,rejim faktiki olaraq,İsrailin ətrafını üzük qaşı kimi mühasirəyə alıb.İran Qəzza zolagındakı “Həmas”,Livandakı “Hizbullah”kimu radikal islamçıları maliyyələşdirir.Üstəlik,SEPAH 2011-ci ildən İsrailin qonşusu Suriyanın ərazisindədir.Siyasi tarix bizə onu deyir ki,dünyanın siyasi x əıritəsində “barıt çəlləyi”təkcə Balkanlar yox,eyni zamanda,Yaxın Şərqdir.Və Yaxın Şərqin də ən aqressiv dpvləti də İrandır.Belə olan təqdir də,mümkündür ki,Yaxın Şərqdə Qərb İranla baglı bəzi ciddi və sərt addımlara əl atsın.Təbii ki,İrandakı rejim də bundan məlumatlıdır və “Fəttah”hipersəs raketinin sınaqdan keçirilməsi də ABŞ-İsrail koalisiyasını bu fikirdən yayındırmaqdır.Olduqca həssas və gərgin mərhələdəyik.Hər iki halda-İranın aqressivliyinə göz yummaq və ona qarşı hərbi addımlara qərar vermək də kifayət qədər risqlidir.Üstəlik,Rusiyanın Ukraynadakl işgal siyasəti,Uzaq Şərqdə Çin-Tayvan gərginliyi Qərbin İrana qarşı hərbi addımlar atmasını yubadır.İrandakı klerikal rejim də Qərbin Ukrayna və Çinlə başının qarışdıgından istifadə etməklə,öz aqressivliyini, hərbi qüdrətini artırır.


Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir