KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Əliyev: Azərbaycan və İran arasında “ikinci bahar”havası yaşanacaqmı?

Kamal Əliyev: Azərbaycan və İran arasında “ikinci bahar”havası yaşanacaqmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
200 0

 

Bu ilin fevralında Tehrandakı Azərbaycan səfirliyinə qarşı törədilmiş terror hücumundan sinra Azərbaycan və İran arasında münasibətlər korlanmışdı.
Əlbəttə,son illər,xüsusilə ikinci Qarabag savaşından sonra Bakı-Tehran xəttində münasibətlərdə gərginlik hpkm sürürdu.Və bu,təbii idi.İran Ermənistanla münasibətlərinin seyri,Zəngəzur dəhlizini özü üçün”qırmızı xətt”olaraq bəyan etməsi,Azərbaycanın İsraildə səfirlik açması rejimijn narahatlıgını səbəb olmuşdu.Bunun ardınca,bəzi iranlı diplomatların Azərbaycanda persona-non qrata elan olunaraq deportasiya edilməsi və İranın da buna cavab verməsi ikili münasibətləri xeyli korlamışdı.
Nəhayət,dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışıgı aparıblar.Azərbaycan XİN-nin rəsmi məlumatına gprə,tərəflər”bəzi mövcud problemlər və onların həlli”ətrafında fikir mübadiləsi aparıblar.Bundan qabaq isə Azərbaycan öz vətəndaşlarını İrana səfər etməməyi məsləhət görmüşdü.Şübhəsiz ki,İran Azərbaycan vətəndaşlarının böyük hissəsinin şiə oldugunu bilir və özünü onların”himayədarı”kimi aparır.Üstəlik,İrana azərbaycanlılar yalnız müalicəyə yox,həm də dini təhsil almaga gedir.İran da öz növbəsində bu insanların müəyyən hissəsini cəsusluq fəaliyyətinə cəlb edir.
Eyni zamanda,İsrail prezidenti İsaq Xersoqun Azərbaycana səfəri,bu ölkənin xarici işlər naziri Eli Kohenin Türkmınistana səfər edərək bu ölkədə səfirlik açması Tehranı narahat etməyə bilməzdi.İndi İran həm şimaldan,həm də şimal-şərqdən İsrailin ona təhlükə yaradacagını hesab edir.Buna baxmayaraq,rejim Azərbaycan və Türkmənistanla münasibətlərin korlanmasında maraqlı deyil.Dogrudur,İran Səudiyyə Ərəbustanı və digər körfəz ölkələri ilə son zamanlar münasibətlərini normallaşdırıb,ancaq Taliban eskalasiya ehtimalını da görür.Bu baxımdan,İbrahim Rəisi Talibandan sonra Azərbaycan və Türmənistan ilə münasibətlərdə də problemlər yaşamaq istəmir.
Azərbaycan və İran münasibətlərinin bundan sonrakı inkişafına gəlincə,zənnimcə,hər iki tərəf bir nöqtədə müştərək maraqlar çərçivəsində anlaşacaqlar.Tərəflər münasibətlərin daha da gərginləşməsində maraqlı deyillər.Bunun üçün Azərbaycanın tələbləri var.Belə ki,fevral ayında Tehrandakı Azərbaycan səfirliyinə hücumun arxasındakı qüvvə(lər)in müəyyən edilməsi vacibdir.Əslində,münasibətlərin gələcəyi İranın səmimiyyətindən asılı olacaq.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir