Rusiyanın Ukraynada davam etdirdiyi qanlı müharibənin davam etməsinə baxmayaraq,Kremlə yaxın olan oliqarxların mal varlıqları,maddi resursları daha da artıb.Halbuki,Qərb il yarımdan çoxdur Putinin rejiminə sərt iqtisadi sanksiyalarını davam etdirir.Şübhəsiz ki,iqtisadi sanksiyalardan,infilyasiyadan təkcə Rusiya deyil,eləcə də Qərb ölkələri əziyyət çəkir.Buna rəgmən,son zamanlar Putinə yaxın olan,hətta Ukraynadakı qanlı müharibəyə sponsorluq edən oliqarxlar daha da varlanmaqdadır.Belə ki,təkcə 2023-cü ilin ikinci yarəsında rusiyalı oliqarxların ümumi sərvəti 32 milyard dollar daha artıb.
Nüfuzlu Bloomberg Agentliyinin məlumatına bu ilin görə,yanvar və iyun aylarında “Lukoil”un sahibi Vahid Ələkbərovun sərvəti 5,9 milyard dollar daha artıb.Görünür,Bloomberg V.Ələkborava yaxın biznes subyektlərinin səhmlərinin dəyər artırmasına görə bu qənaətə gəlib.Onu da nəzərə almalıyıq ki,V.Ələkbərov hal-hazırda ABŞ-nin sanksiyaları altındadır.
Bundan əlavə,NLMK-nın sahibi Vladimir Lisinin sərvəti 4,98 milyard artaraq 29,8 milyard dollar olub.
“Nornikel”in təsisçisi Vladimir Potaninin sərvəti isə 1,23 milyard artmaqla 29,8 milyard dollar olub.
Qərbin Rusiyaya tətbiq etdiyi maliyyə sanksiyalarından zərər görən oliqarxlar da var.Dagıstanlı Süleyman Kərimov təkcə cari ildə 308 milyon dollar itirib.
Ukraynada isə qanlı müharibə isə hələ də davam etməkdədir.Milyonlarla ukraynalı vətənini tərk edib,yüzminlərlə insan həlak olüb,ölkənun bütün strukturu ciddi ziyan görüb.Putinin qanlı müharibəsinin hələ nə qədər davam edəcəyi məçhuldur.Üstəlik,Moskva “Taxıl Müqaviləsi”ni tərk etməklə,qlobal ərzaq böhranına da səbəb ola bilər.Şübhəsiz ki,Ukraynadakı müharibədən təkcə rusiyalı oliqarxlar deyil,amerikalı,türkiyəli silah lobbisi,şirkətləri də qazanır.Ölən,şikəst olan,az qala dövlət kimi məhv olmaqla üz-üzə qalan isə Ukrayna və m əızlum ukraynalılardır.
Bəli,müharibə bu qədər acımasız və ədalətsizdir.
Kamal Əliyev