“The Wall Street Journal”nəşri yazıb ki,Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoganla taxıl müqaviləsinin bərpasını müzakirə etməkdən imtina edib.Nəşr onu da iddia edib ki,hətta Putin Ərdoganla telefon danışıgından da imtina edib.
Nəzərə almalıyıq ki,”The Wall Street Journal”kifayət qədər ciddi nəşrdir.Belə oldugu təqdirdə,güman etmək olar ki,Putin avqustda gözlənilən Türkiyə səfərini təxirə salacaq.Hərçənd,Türkiyədəki son prezident və parlament seçkilərindən sonra Putinin Türkiyəyə səfər edəcəyi gözlənilirdi.
Əlbəttə,Ərdogan hökumətinin Kiyevin NATO üzvü olmaga layiq oldugunu deməsi,Azov döyüşçülərini ölkələrinə geri göndərməsi,İsveçin bu hərbi-siyasi alyansa üzvlük yolunu açması,Ukraynada yaxın tarixdə birgə PUA zavodunu tikməyə qərar verməsi Moskvanı əməlli-başlı qaygılandırıb.Üstəlik,Cənubi Qafqazda da Ankara-Moskva rəqabəti böyüyür.Yeri gəlmişkən,Türkiyənin dövlət başçısı R.T.Ərdogan İsveçdə keçirilən NATO sammitində rus sülhməramlılarının 2025-ci ildə Qarabagı tərk edəcəyinə inandıgını bəyan etmişdi.Daha sonra isə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Türkiyəni qəsd edərək bu ölkənin Cənubi Qafqazdakı proseslərə müdaxiləsinin yalnış oldugunu demişdi.
Şübhəsiz ki,Rusiya ilə yanaşı İran da Türkiyənin Cənubi Qafqazda nüfuzunun güclənməsini istəmir.İran mediası yazır ki,NATO və İsrail Türkiyə vasitəsi ilə Cənubi Qafqaza daxil olmaq istəyir.Bu üzdən,Moskva və Tehran Cənubi Qafqazda “Türkiyə təhlükəsi”nə qarşı olduqlarını deməkdən çəkinmirlər.Ona görədir ki,İran Rusiyanın Ermənistanda və Qarabagdakı hərbi mövcudlugunda maraqlıdır.
Hal-hazırda Laçın dəhlizində Ermənistandakı xarici ölkə diplomatlarının arasında İran səfirliyinin əməkdaşını da görmək olar.
Türkiyə və Rusiya arasındakı münasibətlərin zəifləməsində,hətta gərginləşməsində İranın da maragı var.Açıq mülahizə irəli sürmək olar ki,həm Moska,həm də Tehran Türkiyənin Cənubi Qafqazda fəal geosiyasi aktor olmasında maraqlı deyil.Yəqin ki,Ankara da İran və Rusiyanın bu istəyindən xəbərdardır.Görünən odur ki,yaxın tarixdə Cənubi Qafqaz ugrunda Ankara Moskva-Tehran koalisiyasına qarşı “döyüşməli”olacaq.Moskva və Tehranın qənaəti budur ki,Ərdogan Türkiyəsi hazırda iki stulda oturur və bu,qarşılıqlı əməkdaşlıq üçüm qəbuledilməzdir.Hətta onu da proqnoz etmək mümkündür ki,Ankara Suriya münaqişəsi məsələsində “Astana formatı”çərçivəsində də Moskva ilə problemlər yaşaya bilər.
Nəticə olaraq,Putinin avqustda gözlənilən Türkiyə ziyarəti ehtimalla baş tutmayacaq.Moskva-Ankara münasibətlırində yaşana biləcək hər hansı “sərinlik”Qarabag probleminə də öz təsirini göstərəcək.
Kamal Əliyev