KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Əliyev:Tehrandakı Abdullahian-Mirzoyan görüşünün şifrələri.Tehran Bakıdan nə istəyir?

Kamal Əliyev:Tehrandakı Abdullahian-Mirzoyan görüşünün şifrələri.Tehran Bakıdan nə istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
215 0

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehranda iranlı həmkarı Əmir Hüseyn Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi bəzi fikirlər təkrarçılıq olsa da,istər-istəməz diqqətimi çəkdi.
Daha dogrusu,Ermənistan hökuməti bir müddətdir ardıcıl olaraq,Laçın dəhlizinin qanunsuz bloklanması,Qarabag ermənilərinin etnik təmizliyə məruz qalması,bölgədə humanitar normaların pozuldugunu bəyan edir.Bilirik ki,yuxarıdakı iddialar olduqca həssasdır və beynəlxalq təşkilatların da diqqətini çəkir.Lakin onu da etiraf etməliyik ki,ermənilər”etnik təmizləmə”ittihamını ötən əsrin 80-ci illərində-Daglıq Qarabagda separatçı hərəkat başlayanda da istifadə edirdi.İndi həmin tarixdən 25 il ötməsinə baxmayaraq,İravandakı siyasi isteblişment yenə də eyni tezisi irəli sürməyə start verib.
Digər yandan,A.Mirzoyan Abdullahin ilə keçirdiyi mətbuat konfransında ona da işarə edib ki,İravan Qarabag probleminin həllində Bakı-Xankəndi dialoqunun baş tutmasını,sərhədlərin dilimitasiyası üçün Alma-Ata Deklarasiyasını təklif edir.Ancaq maraqlıdır ki,Mirzoyan Bakı-Xankəndi arasında danışıqlar formatını nəzərdə tutarkən,”beynəlxalq mexanizm”-i nəzərdə tutur.Halbuki,rəsmi Bakıya görə,”beynəlxalq mexanizm”onun təklif etdiyi reinteqrasiya kursuna ziddir və əslində,bu,Qarabagdakı separatçı rejiminin müstəqil subyekt kimi qəbul etdirilməsinə xidmət edir.
Eyni zamanda,Xankəndidəki separatçı adminstrasiyanın “subyekt”kimi tanıdılması Rusiyanın da maraqlarına xudmət edir.Görünən odur ki,Bakı da İravanın bu hiyləsindən xəbərdardır.Çünki Azərbaycan tərəfi Qarabagdakı separatçı qrumu “subyekt”kimi tanıyaraq onunla bir masa ətrafında oturarsa,o zaman bu,Rusiyanın maraqlarına cavab vermiş olacaq.Belə olan halda,həmin “subyekt”öz təhlükəsizliyinə qarantika kimi Rusiyanı işarə edəcək.Bu baxımdan,Azərbaycan haqlı olaraq “beynəlxal mexanizm”,”Bakı-Xankəndi”formatını qəbul etməyəcək.

Konkret İranın Qarabag problemindəki cari mövqeyinə gəlincə,ali rəhbər Seyyid Əli Xamaneinin müşaviri Əli Əkbər Vilayətinin də dediyi kimi,Tehran həmişəki kimi Zəngəzur dəhlizinin əleyhinədir,onu hələ də “qırmızı xətti”kimi görür.Vilayəti son açıqlamasında hətta onu da deyir ki,məlum dəhliz İranın 15 ölkə ilə olan sərhədini 14-ə endirəcək və Gürcüstana,Şumali Qafqaza,Avropaya çıxış imkanlarını məhdudlaşdıracaq.Hərçənd ki,Zəngəzur dəhlizinin İranın Ermənistanla əlaqəsini kəsəcəyi absurddur,məntiqsizdir.Göründüyü kimi,rejimin dərdi Ermənistanla olan 40 kilometrlik sərhədlə Avropaya,Rusiyaya çıxış yox,Türkiyənin Azərbaycan vasitəsi ilə Mərkəzi Asiyaya çıxış imkanı əldə etməsidir.Ona görə də,Vilayətinin İran-Ermənistan “qardaşlıgından”dəm vurması,Parfiya və Əhəməni dövlətləri haqqında narrativlər uydurması daha çox onun geosiyasi iştahından xəbər verir.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir