KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Əliyev:Rus sülhməramlılarının Qarabagda qalma müdd ə ti 10 il daha artırılacaqmı?

Kamal Əliyev:Rus sülhməramlılarının Qarabagda qalma müdd ə ti 10 il daha artırılacaqmı?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
186 0

Qarabagda baş verən son proseslər fonunda artıq belə qənaətə gəlmək mümkündür ki,rus sülhməramlıları bölgədə daha bir müddət qalacaq.Dogrudur,Azərbaycan iqtidarına yaxın media bunun qeyri-mümkün oldugunu və 2025-ci ildə rus sülhməramlılarının bölgədən gedəcəyini israrla tirajlayırlar.Buna rəgmən,son anti-terror əməliyyatları kontekstində rusların 2025-ci ildən sonra Qarabagda ən azı 5 il qalacagını proqnozlaşdırmaq mümkündür.
Əvvala,son anti-terror əməliyyatında ruslar elə-belə neytral mövqe sərgiləmədilər.Yəni,bunun bir geridönüşünü inkar etmək məntiqsizlik olar.
İkincisi,sadəlövh olmasaq və real mövqedən proseslərə yanaşsaq,görərik ki,Azərbaycan hökuməti Rusiya ilə anlaşmasa,hər hansı ciddi addıma əl atmazdı.Nəzərə alsaq ki,Qərb son anti-terror əməliyyatları kontekstində Azərbaycana qarşı kifayət qədər tənqidi mövqe sərgilədi.Dogrudur,Azərbaycana qarşı hər hansı sanksiyanın qəbul olunacagı gözlənilmirdi,ancaq şifahi tənqidlər kifayət qədər çox idi.Gəlin etiraf edək ki,əgər BMT TŞ-də Azərbaycana qarşı hər hansı qətnamə layihəsi müzakirəyə çıxarılsaydı,Rusiya buna veto qoyacaqdl.Azərbaycan hökuməti də bunu bilirdi.
Hal-hazırda əsas məsələ budur ki,ruslar Qarabagda uzunmüddətli məsgən sala biləcəklərmi…
Bilirik ki,Rusiya imperialist dövlətdir və öz geosiyasi hədəfləri üçün qaba təzyiq metodlarına həvəslə baş vurur.
Ola bilsin ki,Moskva Qarabag ermənilərinə pasport paylamayacaq,ancaq bu,o demək deyil ki,ruslar 2025-ci ildə sakitcə Qarabagdan çıxıb gedəcəklər.Əgər kimsə belə düşünürsə,bu,olduqca,savadsız və sadəlövh yanaşmadır.
Digər tərəfdən,2025-ci ilə qədər Qarabagda böyük ehtimalla başqa təxribatlar da ola bilər.Bölgədəki ermənilərin yalnız 40 mini Ermənistana köçəcək.Əhalinin digər qismi bölgədə qalacaq(Azərbaycan vətəndaşlıgını qəbul etsələr də)və onların müəyyən dövr təhlükəsizliyi üçün böyük ehtimalla rus sülhməramlılarına ehtiyac yaranacaq.
Yəni göründüyü kimi,hər şey asan deyil.Hətta belə qənaətə gəlmək olar ki,əsl problemlər indi başlayır…

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir