KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Əliyev: Ukrayna cəbhəsindəki Rusiya-Qərb qarşıdurması Afrikaya yayılacaq?

Kamal Əliyev: Ukrayna cəbhəsindəki Rusiya-Qərb qarşıdurması Afrikaya yayılacaq?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
157 0

Mali,Burkino-Faso və ən son Nigerdə baş verən dövlət çevrilişindən sonra Orta Afrikada siyasi sabitlik gərginləşməkdədir.Niger indiyəcən Fransanın urana olan ehtiyacının 25%-ni qarşılayırdı.Lakin dövlət çevrilişindən sonra prezident Məhəmməd Bazumu devirən Əbdürrəhman Ömər Çiani ABŞ-da uran ixracına qadaga qoyub.

Şübhəsiz ki,Afrika ölkələrinin Qərbə meydan ixumasının arxasındakı aktor Rusiyadır.Hətta belə demək mümkünsə,Afrikada qərbyönümlü hökumətləri sıradan çıxaran gücün “Vaqner”oldugu məlumdur.Digər tərəfdən,Afrika qitəsində qəbul görən bir fikir var ki,onlar nəhayət Qərb imperializmindən qurtulmalıdırlar.Diqqətlə nəzər yetirsək görərik ki,iyulun 27-28-də Sank Peterburqda keçirilən Rusiya-Afrika sammitindən sonra Afrikanın Mali,Burkino-Faso və Niger kimi ölkələri Moskvanın “geopolitik həmləsindən”faydalanaraq,Qərbdən üz çevirməyə başlayıblar.Dogrudur,Rusiya prezidenti 17 Afrika ölkəsini Sankt Peterburqda keçirilın sammitə dəvət etsə də,bunlardan iki dövlət tədbirdə iştirak etmədi.
Bununla yanaşı,2020-ci ildə Malidə,2022-ci ildə Burkino-Fasoda baş verən dövlət çevrilişlərindən sonra xunta rejimləri Qərblə əlaqələrini kəsdilər.Həmçinin,Afrikada Qərbə qarşı üsyanın dəstəkçisi təkcə Rusiya yox,eyni zamanda,Çindir.Həm Pekin,həm Moskva 30 milyon kvadratkilometrlik Afrika qitəsini Qərbin təsir dairəsindən maksimum uzaqlaşdırmagda qərarlıdır.Üstəlik,Afrika cəmiyyətlərinin yaddaşında Qərbin müstəmləkəçiliyinə qarşı əsrlərdir yıgılmış “nifrət”var.Belə olan təqdirdə,Rusiya və Çin kimi qlobal aktorlar bu amildən faydalanmaga çalışırlar.

Yeri gəlmişkən,2019-cu ildə də Soçidə Rusiya-Afrika sammiti keçirilmişdi.Soçidə keçirilən sammitdə 43 afrikalı lider iştirak etmişdi.Son Sankt Peterburq zirvəsində isə 49 Afrika ölkəsindən nümayəndə iştirak etmişdi və zirvədən sonra 74 maddələk Bəyannamə yayımlandı.Görünən budur ki,”Vaqner”Rusiya və Qərb arasında Afrikada uzun illər vəkalət savaşlarında “hərbi güc”kimi istifadə olunacaq.
Hal-hazırda,”Vaqner”Mərkəzi Afrika Respublikasında,Liviya,Sudan,Mozambik,Mali və Madakaskarda da fəaliyyət göstərir.”Vaqner”dən başqa Rusiyanın “RSB”,”Patriot”və “Sewa”kimi təhlükəsizlik şirkətləri də fəaliyyət göstərir.Onu da nəzərə alaq ki,Rusiya Afrikanın ən böyük silah(35-40%) tədarükçüsüdür.ABŞ-ın Afrikadakı silah satışı isə təqribən 16%-dir.

Digər yandan,Qərbi Afrika ölkələrindən ibarət olan və Fransa tərəfindən d əıstəklənən,Nigeriyanın liderlik etdiyi ECOWAS(Qərbi Afrika İqtisadi Təşkilatı)Nigerdəki hərbi xuntaya qarşı hərbi müdaxiləyə start verə bilər.Burkino-Fasonun 35 yaşlı lideri A.Traore isə deyib ki,əgər ECOWAS Nigerə hərbi müdaxilə qərarı verərsə,o zaman onun rəhbərlik etdiyi dövlət və Mali də Nigerin yanında olacaqlar.Eyni zamanda,Əlcəzair də Nigerə dəstək çıxacagını bəyan edib.
Beləliklə,Ukraynadakı Rusiya-Qərb konfrantasiyası addım-addım Afrikaya yayılır.Görünür,Putin Qərbin diqqətini Afrikaya çəkməklə,rəqiblərini zəiflətmək strategiyasını realizə etmək istəyir.Əgər,ECOWAS Nigerə hücum edərsə,bu,Nigeriyadan Avropaya çəkiləcək təbii qaz boru kəmərinə də son qoyacaq.Bunu ən çox istəyən də elə Rusiyanın özüdür.Moskva Avropanın enerji alternativlərini bloklamak istəyir.Bu nöqteyi-nəzərdən,Afrikada münaqişə ən çox onun Rusiyanın xeyrinədir.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir