KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Əliyev: Qarabag erməniləri müharibəyə qərar verdi

Kamal Əliyev: Qarabag erməniləri müharibəyə qərar verdi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
220 0

Qarabag ermənilərinin “dövlət naziri”Qurgen Nersisyanın müşaviri Artak Beqlaryan bəyan edib ki,Laçın dəhlizi tam açılmalı,təhlükəsizlıri tam təmin olunmalı,o zaman bütün mümkün variantları müzakirə edə bilərik.
Əlbəttə,Artak Beqlaryan”mümkün variantları müzakirə edə bilərik”deyərkən,Azərbaycan tərəfinin Qarabagın erməni əhalisinin qida və zəruri ehtiyaclarını təmin etmək üçün təklif etdiyi Agdam-Xankəndi marşurutuna eyham vurur.Bakı isə yəqin ki,bundan sonra da Laçın dəhlizi vasitəsi ilə yüklərin Xankəndiyə daşınmasına “olar”deməyəcək.Rəsmi Bakı hesab edir ki,Laçın dəhlizi mövzusunda hər hansı güzəşt(müvəqqəti olsa da belə)onun imkanlarını zəiflədəcək,ən başlıcası isə,separatçılara psixoloji üstünlük verəcək.
Məsələ belədir ki,Qarabagdakı separatçılar Agdam-Xankəndi yolunu güzəşt hesab etmirlər və ümumiyyətlə,Azərbaycanı siyasi iradəsizlikdə günahlandırırlar.

Artak Beqlaryanın dediklərinə gəlincə,şübhəsiz ki,Xankəndidəki separatçıları bu sayaq “cəsarətli”bəyanatlar verməyə sövq edən Rusiyadır.Dogrudur,bizə elə gəlir ki,separatçılar bütövlükdə Qarabag ermənilərini girovluqda saxlayır,onların müstəqil seçim etmələrini əngəlləyir.Lakin onu da nəzərə almalı və unutmamalıyıq ki,Qarabag ermənilərini öz geopolitik çıxarları naminə girovluqda saxlayan Moskvadır.Əslində,Bakı da bu həqiqətin fərqindədir və əsas maneənin Kreml oldugunu dərk edir.Elə bu üzdəndir ki,Bakı çoxdandır media vasitəsi ilə səsləndirdiyi “anti-terror əməlliyatı”nı təxirə salır.Buna rəgmən,Beqlaryanın son dedikləri Azərbaycan tərəfini uygun mərhələdə hərbi əməliyyatlar keçirməyə vadar edəcək.
Nəticə olaraq,hadisələrin belə davam etməsi Azərbaycanı praktiki addımlar atmaga sövq edir.Ancaq Bakı onun da fərqindədir ki,əməliyyatların qarşısında hələ ki,ən böyük sədd bölgədəki rus hərbi varlıgıdır.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir