KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Əliyev: Putinin Moskvadakı görüşündən nəticə gözləməyə dəyərmi?

Kamal Əliyev: Putinin Moskvadakı görüşündən nəticə gözləməyə dəyərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
150 0

 

Sabah Moskvada Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçiriləcək.
Necə deyərlər,indi diqqətlər Moskvada keçiriləcək görüşün nəticələrindədir.Təbii ki,Moskva görüşündən hər hansı sülh müqaviləsindən söhbət gedə bilməz.Belə demək mümkünsə,Moskva zirvəsində Azərbaycan və Ermənistan arasında müəyyən razılaşmaları özündə ehtiva edən fikir mübadiləsi olacaq.O cümlədən,Rusiyanın əsas hədəfi hal-hazırda Zəngəzur dəhlizi boyunca dəmiryolu xəttinin çəkilməsi və onun üzərindən(2020-ci il 10 noyabr müqaviləsində əks olunub)nəzarət imkanlarını əldə etməsidir.
Bununla yanaşı,Kremlin məqsədləri aydındır:Paşinyanın son mətbuat konfransında KTMT ilə dediklərinin əksinə olaraq,bu ölkəni əsla məlum təşkilatdan çıxmasına imkan verməmək,gələcək perspektivdə Azərbaycanı Azərbaycanı Avropa İqtisadi İttifaqında üz görməkdir.
Şübhəsiz ki,Rusiya hər vəchlə,nəyin bahasına olursa olsun 2025-ci ildə öz sülhməramlılarını Qarabagdan çıxarmaq istəmir.
Bu nöqteyi-nəzərdən,Moskva Cənubi Qafqazdakı imperialist və geopoltik maraqlarına uygun olaraq,”nə hərb,nə sülh”doktrinasını davam etdirmək istəyir.
Putinin Moskva görüşündə həm Əliyevə,həm də Paşinyana təzyiq edəcəyini istisna etməməliyik.Rusiya prezidentinin məqsədi budur ki,iyunun 1-də Kişinyovda Avrasiya Siyasi İcmasının(ASC) sammitində Bakı və İravan arasında nəinki sülh müqaviləsi,ümumiyyətlə,hər hansı razılıq əldə olunmasın.
Maraqlı məqam həm də budur ki,Paşinyan son mətbuat konfransında Qarabagı Azərbaycanın bir hissəsi kimi tanıdıgını bəyan edib.Əlbəttə,Paşinyanın(niyyət və səmimiyyətdın asılı olmayaraq)dedikləri Kreml üçün qəbuledilməzdir.Rusların “Xovayev planı”var və həmin sənəddə də Qarabagın statusu gələcəyə saxlanılır.Yəni,Rusiya Qarabag probleminin siyasi həllini yubatmaqla,öz məramını və məqsədini tərəflərə qəbul etdirmək xəttini seçib.
Üstəlik,Paşinyanın Qarabagın Azərbaycana məxsus oldugunu deməsinə Rusiya Ermənistan və Xankəndidəki əlaltılarını hərəkətə keçirməklə cavab verməyə başlayıb.Artıq vəziyyət o həddədir ki,Qarabagdakı separatçıların rəhbəri Araik Arutyunyan Paşinyanın dediklərini rədd etdiyini bəyan edir,bölgədəki ermənilər üçün öz müqəddaratını təyini etmə prinsipini “qırmız xətt”oldugunu deyir.Məsəl əı bununla bitmir,buna paralel olaraq,erməni müxalifəti də Paşinyana qarşı kütləvi etiraz aksiyalarına başlayacagını deyir.Belə ki,erməni müxalifətçi,daşnakların liderlərindən olan İşxan Saqatelyan bəyan edir ki,onlar Paşinyanın iqtidarına son vermək üçün ümumrespublika aksiyalarına start verəcəklər.

 

 

 

Yeri gəlmişkən,sabahkı Moskva görüşündə Paşinyanın “U”dönüşü etməsini,ruslara daha da yaxınlaşmasını,KTMT ilə baglı dediklərindən imtina edə biləcəyini də istisna etməməliyik.Erməni baş nazir çox yaxşı dərk edir ki,dövlətinə və başçılıq etdiyi hökumətə təhlükəsizlik zəmanətləri verilməsə,Moskvanın himayəsindən çıxmagın ciddi risqləri var.
Eyni zamanda,Paşinyan Türkiyədəki seçkilərin də aşagı-yuxarı necə nəticələnəcəyini də bilir.Bu baxımdan,Paşinyan həm Bakı-Ankara tandeminin daha da dərinləşəcəyini,həm də Putin Rusiyasının da bu tandemlə necə davranacagını bilir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir