KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Əliyev: Putin və Priqojin Qərbi necə tələyə saldı?

Kamal Əliyev: Putin və Priqojin Qərbi necə tələyə saldı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
261 0

Rusiyanın avtoritar lideri Vladimir Putin dünən Müdafiə Nazirliyi və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi iclasda bəyan etdi ki,”Wagner”hərbi şirkəti ləgv olunacaq.O,Priqojinin tərəfdarlarına da dedi ki,ya Belarusa getsinlər,ya Rusiya Müdafiə Nazirliyinin sıralarına qatılsınlar,ya da evlərinə geri qayıda bilərlər.
Lakin məlum olub ki,”Wagner”-ə baglı olan yaraqlılar üçün Belorusun Mogilyov oblastında hərbi düşərgə tikiləcək.Və bu hərbi düşərgə ilə Ukraynanın paytaxtı Kiyev arasında məsafə cəmi 200 km-dir.Bəlkə də bu,Putin və Priqojin arasında “şahmat”oyunu idi və nəticədə “Wagner”artıq Kiyevə 200 km məsafədə möhkəmlənir.
Belə nəticə hasil olur ki,Prqojinin dəstəsi Varonej və Rostovu ələ keçirməklə,əslində Belorusa-həm də Kiyevə 200 mısafədə yerləşmək istəyirmiş.
Hətta vəziyyət o həddə çatıb ki,Qərb mediası da əslində Priqojinin Rusiyada məqsədinin iqtidarı dəyişmək yox,elə Belorus ərazisində yerləşmək olub.Belə çıxır ki,Qərbin propaqanda aparatı aldanıb və ya tələyə düşüb.
Yeri gəlmişkən,”The Atlantik”-dən Anna Alpbaumun məqalələrini daima oxuyuram.Hətta “Wagner”-in “üsyanı”başlayarkən,”cnn international”-ın moderatoru Kristina Amanpur deyirdi ki,az qaldı Putin devriləcək və Rusiya parçalanacaq.Ancaq hər şeyin əksi baş verdi və xanım Amanpur xeyli təəccübləndi.
İndi ortaya sual çıxır:Qosqoca Qərb,əlində bu qədər media resursları niyə Putin kimi bir diktatorun tələsinə düşdülər?Fərz edirəm ki,Qərbin media təbligatçıları bunu dərindən araşdırmalıdırlar.Halbuki,qərblilər şərqlilərdən daha çox emosianal deyil,rasional düşünə bildiklərinə görə fərqlənirlər.Ancaq biz bu dəfə onu gördük ki,Qərb mediasi Priqojinin addımlarına olduqca emosial yanaşıb.Və günün sonunda onu gördülər ki,Putinin tələsinə düşüblər.
İndi qarşıdan Rusiyanın “Taxıl razılaşması”-dan çıxacagı gözlənilir.Bunun isə Avropaya ciddi təsirləri olacaq.
Ukraynadakı müharibəyə gəlincə,münaqişənin daha da şiddətlənəcəyi,daha çox insanın öləcəyini proqnozlaşdırmaq çətin deyil.Qarşıdan NATO zirvəsi gəlir.Iyulun 12-də keçiriləcək NATO zirvəsində müəyyən qərarlar alınacaq.Maraqlıdır,Ərdoganın Türkiyəsi İsveçin NATO üzvlüyünə yaşıl işıq yandıracaqmı?
Ümumiyyətlə,ehtimal olunan Rusiya-NATO konfrantasiyasında Türkiyənin mövqeyi necə olacaq?
Hərçənd ki,Priqojinin dəstəsi Moskvaya hərəkət edərkən,Ərdogan Putinə zəng vurub ona dəstəyini bəyan etmişdi.Təsəvvür edin ki,faktiki olaraq Rusiya ilə Ukrayna üzərindən mübarizə aparan NATO-nun üzv dövlətinin başçısı ilk dəqiqələrdən Putinin yanında oldugunu bəyan edir.
Iminəm ki,Brüsseldəki NATO qərargahında oturan səlahiyyətlilər Ərdoganın Putinə verdiyi dəstəkdən çox əndişələniblər.

Beləliklə, Putin-Priqojin show is over.
İrəlidə bizi maraqlı “hadisələr”,”ssenarilər”gpzləyir.İzləməkdəyəm.Siz də izləyin ki,agah olasınız!

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir