KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Əliyev: Putin Türkiyəyə gəlir, Ərdogan Sisi və Netenyahu ilə barışır

Kamal Əliyev: Putin Türkiyəyə gəlir, Ərdogan Sisi və Netenyahu ilə barışır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
201 0

Rusiya prezidenti Vladimir Putin yaxın tarixdə Türkiyəyə səfər edəcək.Bu barədə Rusiya dövlət başçısının xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov məlumat verib.Iyulun 12-də isə NATO-nun zirvə toplantısı keçiriləcək və mümkündür ki,İsveçin aliyansa üzvlüyü istiqamətində yekun qərar alınsın.Görünən budur ki,Ankaranın İsveçin NATO-ya üzvlüyündə hələ də tərəddütləri var.Ərdogan hökuməti İsveçin terror qanununa dəyişikliklərin edilməsini,PKK və gülənçilərin Ankaraya ekstradisiya edilməsinə çalışır.

Digər tərəfdən,ABŞ İsveçin NATO-ya üzvlüyü istiqamətində Ankaraya təzyiqlərini davam etdirir.Vaşinqtonun məqsədi aydındır:Finlandiyanın ardından İsveçi də NATO-ya üzv etməklə,kontinental Avropanı Rusiya təhlükəsinə qarşı öz ətrafinda konsolodasiya etmək istəyir.Üstəlik,Bayden adminstrasiyası 2024-cü ildə keçiriləcək seçkilərdə “Atlantika İttifaqı”-nın konsolodasiya etdiyini bəyan edəcək.Görünən budur ki,Ukraynadakı Rusiya işgalının Avropaya yayılma ehtimalını Vaşinqtonda təxmin edənlər var.Bu baxımdan,ABŞ Avropadakı müttəfiqlərini NATO çətiri altında birləşdirmək istəyir.Vaşinqton bununla demək istəyir ki,Rusiya təhlükəsini görürəm və bunu cilovlamaq üçün Avro-Atlantik İttifaqı birləşdirmək gərəklidir.Putinin Ankaraya səfərinə gəlincə,şübhəsiz ki,Qərb(hətta Ukrayna da) bundan narahatdır.Ərdogan hökuməti Ukrayna və Rusiya arasında “balans siyasəti”güddüyünü,Qərbin sanksiyalarına qoşulmayacagını bəyan edir.Bununla yanaşı,Rusiya və Türkiyə arasında mühüm iqtisadi layihələr,o cümlədən,Suriya böhranı ilə əlaqədar “Astana formatı”çərçivəsində dialoq var.Bundan əlavə,Rusiyanın hələ də Türkiyənin təbii müttəfiqi olan Azərbaycanın da üzərində təsir rıçaqları qalmaqda davam edir.Yəni,AnkaranınRusiya siyasətində Azərbaycan amilini nəzərə almamaq mümkün deyil.

 

Ərdogan Sisi ilə barışırmı?

 

 

2013-cü ildən buyana Türkiyə-Misir münasibətləri qeyri-qənaətbəxş idi.Düz on il bundan əvvəl Ərdogan hökumətinin dəstəklədiyi keçmiş Misir prezidenti Məhəmməd Mursi və onun “İxvanül-Muslimin”hərəkatı Əbdül Fəttah Sisi tərəfindən hərbi çevriliş yolu ilə iqtidardan uzaqlaşdırılmışdı.Həmin tarixdən Ankara-Qahirə münasibətləri xeyli pisləşdi və çox sayda misirli siyasi mühacir Türkiyədə məskunlaşdı.Baxmayaraq ki,Qərb Mursinin siyasi islam zehniyyətinə qarşı idi,ancaq NATO üzvü Türkiyə Sisi ilə uzun illər münasibət qurmadı.Mayın 28-də Rəcəb Tayyib Ərdogan Türkiyədə yenidən prezident seçildikdən sonra onu təbrik edənlərdən biri də Misir prezidenti Sisi olmuşdu.İndi Ərdogan Sisini Türkiyəyə səfərə dəvət edib.Gözlənilir ki,Türkiyə-Misir münasibətləri Ərdoganın npvbəti beş illik siyasi iqtidarında normallaşacaq.

 

Netenyahu Ərdoganla görüşməyə can atır

 

İsrailin “The Times of İsrael”nəşri yazır ki,baş nazir Benyamin Netenyahu Türkiyə prezidenti R.T.Ərdoganla görüşməyə çalışır.Yeri gəlmişkən,Ərdoganı prezident seçilməsi münasibəti ilə İsrailin baş naziri Netenyahu və prezident İsaq Hersoq da zəng edərək təbrik etmişdilər.
Qeyd edək ki,İsraildəki koalisiya hökumətinin hüquq islahatları ilə baglı dəyişikliklər etmək istəməsi ABŞ və Avropa İttifaqı tərəfindən xoş qarşılanmır.Hətta bu səbəbdəndir ki,ABŞ prezidenti Co Bayden Netenyahunu Ag Evə dəvət etməyib.Netenyahu isə daxili auditoriyaya “ugur hekayəsi”yaratmaq üçün Türkiyə,Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrlə münasibətləri yaxşılaşdırmaq istəyir.Üstəlik,İsrailin İran kimi nüvə silahını yaratmaq ərəfəsində oldugu “düşmənini”nəzərə alsaq,Təl-Əvivin strateji məqsədlərini anlamaq o qədər də çətin deyil.Ərdogan hökümətinin İsraildən tələbi isə bu ölkədən Avropaya çəkiləcək tıbii qaz boru kəmərində Türkiyənin iştirakına nail olmaqdır.
İsrail-Türkiyə münasibətlərində Azərbaycan faktorunu da nəzərə almaq lazımdır.Hər iki ölkə Azərbaycanla müttəfiqdirlər və bu üç ölkə İranla vaxtaşırı problemlər yaşayır.Bir dəfə də yazmışdım ki,Azərbaycan-Türkiyə və İsrail arasında “üçtərəfli təhlükəsizlik formatı”qurmaq mümkündür
Beləliklə,yaxın vaxtlarda İsrail prezidenti Netenyahunun Ankaraya səfəri gözlənilir və bu ziyarət Azərbaycandan da diqqətlə izləniləcək.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir