KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Əliyev: Priqojin Putini devirmək istədi, yoxsa bu,bir ssenari idi?

Kamal Əliyev: Priqojin Putini devirmək istədi, yoxsa bu,bir ssenari idi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
165 0

Rusiyaya məxsus və Priqojinin rəhbəri oldugu “Vaqner”xüsusi hərbi şirkəti Belorus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Ukraynaya geri döndü.
Priqojin belə dedi ki,indi qan tökülə biləcək an gəldi,qanın tökülə biləcəyini başa düşərək,kolonnaları göndərib,plana uygun olaraq,mobil düşərgələrə geri dönürük.Belə demək mümkünsə,Lukaşenko araya girərək,Priqojin və rus prezident Vladimir Putin arasındakı hüsuməti dayandıra bildi.Bundan sona belə görünür ki,Priqojin Belorusda yaşayacaq,”Vaqner”-in silahlı qüvvələri isə Rusiya ordusunun nəzarətinə keçəcək.Son 48 saat dünya ictimaiyyəti Rusiyadakı vəziyyəti izlədi və nəticə olaraq,problem böyük ölçüdə həll olundu.Yaxın vaxtlarda Priqojinə qarşı qaldırılmış cinayət işinə də son veriləcək.
Görünən budur ki,Putin prosesdən qazanclı çıxdı və o,bundan sonra ən yaxınında olanlara qarşı daha da diqqətli olmaq məcburiyyətində qalacaq.İndi diqqətlər 9 ay sonra Rusiyada keçiriləcək prezident seçkilərində olacaq.Ehtimal ki,Putin yenidən prezident seçiləcək və daha sonra Müdafiı Nazirliyinin strukdurunda dəyişikliklərə gedərək,Sergey Şoyqu və Valeri Gerasimovu vəzifəsindən azad edəcək.

İndi ortaya maraqlı sual çıxır:son 48 saat ərzində Rusiyada baş verən hadisə “dövlət çevrilişinı cəhd”kimi qəbul oluna bilərmi?
Dogrudurmu ki,25-30 minlik “Vaqner”hərbi şirkəti Putin rejimini devirə bilərdi?
Əlbəttə,”Vaqner”-in Rusiya ordusuna qalib gəlməsi mümkün görünmürdü.Bu,o halda real ola bilbiləırdi ki,Priqojinə Rusiyanın siyasi və hərbi isteblişmentindən güclü dəstək olsun.Və yaxud Putinin yaxın ətrafından,Kreml sarayının daxilindən ona qarşı “sui-qəsd”həyata keçirilərdi.Açıq deyək ki,saraydaxili sui-qəsd ehtimalı o qədər də inandırıcı görünmürdü.
Digər tərəfdən,Priqojin o halda istədiyinə nail olardı ki,Qərbdən silah-sürsat,kəşfiyyat dəstəyi ala bilsin.Bu,qeyri-mümkün idi.Çünki,Priqojinin Ukraynadakı müharibədə törətdiyi cinayətlər var və o,Qərbin qara siyahısındadır.Belə qənaətə gəlmək olar ki,Qərbin Priqojinə dəstəyi olduqca az ehtimal edilirdi.

O zaman başqa bir sual ortaya çıcır:Priqojinə bu harakiri lazım idimi?
Əvvala,bir müddətdir Priqijinin hədəfində iki fiqur vardı:Şoyqu və Gerasimov.Fikir versək görərik ki,Priqojin Putini açıq hədəfə gətirmirdi.Dogrudur,Putin daha sonra onu “xain”adlandırdı,lakin o,yenə də prezidentə qarçı daha yumuşaq ritorikadan istifadə etdi.Bu baş verənlərdən çıxan nəticə Putinin “pir qələbəsi”kimi də görünə bilər.Rusiya prezidenti onu əldə etdi ki,”Vaqner”-i Rusiya ordusunun nəzarətinə aldı,Priqojini isə Belorusa “sürgün”etdi.Yəni,Putin hələlik ona qarşı “Markus Junius Brutus”olan Priqozini neytrallaşdırdı.Brutus Roma dövlətində hərbçi və siyasi fiqur idi.O,daha sonra Roma respublikasının diktatoru Juli Sezara qarşı Senatda hücum etmişdi.Tarixi qaynaqlara görə,Brutus Sezarın digma və ya ögey oglu idi.
Priqozin də Putinin aşpazı,ən çix inandıgı bir adam idi.Gördüyünüz kimi,Brutus və Priqozin arasında bənzərliklər də var.
Ancaq əsas fərq odur ki,Putin və Priqozin arasında son 48 saatda baş verənlər daha çox “ssenar”,”teatr səhnəsi”mahiyyəti daşıyırdı.
Proqnoz etmək olar ki,Rusiya və Ukrayna müharibəsi bundan sinra daha da şiddətlənəcək.Hər şey iyulun 12-də NATO-nun növbəti zirvə toplantısından sonra daha aydın görünəcək.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir