KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Əliyev: Paşinyan Azərbaycanla yeni müharibənin anonsunu verdi?

Kamal Əliyev: Paşinyan Azərbaycanla yeni müharibənin anonsunu verdi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
169 0

Ermənistanın Respublikasının baş naziri Nikol Paşinyan”Frans Press”agentliyinə verdiyi müsahibəsində deyib ki,Qarabagda humanitar böhran yaşanır,azərbaycanlılar ermənilərdən “qisas”almaq istəyir və ona görə də,rəsmi İravan beynəlxalq mexanizmin iştirakı ilə Xankəndi-Bakı arasında dialoqa tərəfdardır.
Erməni baş nazirin dediyinə görə,Qarabag ermənilərinin hüquq və təhlükəsizliyi və Ermənistanın ərazi bütövlüyü və suverenliyi vacib məsələlərdir.
Paşinyanın fransız mətbuatına verdiyi müsahibədən də göründüyü kimi Bakı və İravan arasında sülh müqaviləsinin imzalanmadıgı və bu anlaşmanın hər iki ölkə parlamenti tərəfindən imzalanmadıgı təqdirdə yeni bir müharibə ehtimalı var.
Həm Paşinyanın,həm də Azərbaycan prezidenti İlham Əliyevin dünən Şuşada keçirilən beynəlxalq konfransda dediklərini nəzərə alsaq,belə bir fərziyyə irəli sürmək olar ki,tərəflər arasında bəzi məsələlərdə hələ də razılaşdırılmayan məqamlar var.Xüsusilə,Laçın dəhlizi ətrafında yaşanan gərginlik,Qarabagdakı qondarma qrumun rəhbəri Araik Arutyunyanın “çadır şousu”,Kremlin son zamanlar Azərbaycana qarşı artan ittihamları onu deməyə əsas verir ki,vəziyyət hər an gərginləşə bilər.Rusiya Qarabagdakı sülhməramlılarını 2025-ci ildən sonra da ərazidə saxlanılmasını,onlara beynəlxalq “mandat”verilməsini tələb edir.Kollektiv Qərbin Rusiyanın bu istəyinə münasibəti aydındır:Moskva Cənubi Qafqazı tərk etməlidir ,Ermənistandakı 102 saylı hərbi baza bu ölkədən getməlidir.Mümkündür ki,Rusiyanın bölgədən getməsiylə ortaya çıxacaq boşlugu “beynəlxalq mexanizm”dolduracaq.Görünən budur ki,ruslar da Qərbin niyyətindən agahdır ki,son vaxtlar həm Azərbaycan,həm də Ermənistan rəhbərliyi üzərindəki siyasi təzyiqlərini artırmaga başlayıb.
Şübhəsiz ki,Paşinyanın Qarabag da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması Moskvanı əməlli-başlı qəzəbləndirib.Moskvaya görə,Paşinyanın Qarabagı Azərbaycana məxsus oldugunu deməsi bardagı daşıran son damladır və bu,bütövlükdə Rusiyanın Cənubi Qafqazda əl-qolunu baglayır.Bu səbəbdən,Kreml Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi İravana göndərərək bu ölkənin baş diplomatı Ararat Mirzoyanla Laçın dəhlizi məsələsini müzakirəyə çıxarıb.
Buna paralel olaraq,ABŞ-da Laçın dəhlizinin açılmasını tövsiyyə edir.Belə olduqda,sülh müqaviləsinin imzalanmasını gecikdirən amilin Laçın dəhlizi ətrafındakı vəziyyətin oldugunu görürük.
Azərbaycan tərəfi isə ehtimalla Laçın dəhlizi üzərindəki nəzarət-buraxılış məntəqəsini aradan qaldırmayacaq.Bu,eyni zamanda Qarabag ermənilərinin reinteqrasiyası ilə birbaşa əlaqəlidir.
Bakının təklif etdiyi “reinteqrasiya”əsasən belə olacaq;

-Qarabagdakı ermənilərin pasportlarının Azərbaycan sənədləriylə əvəz olunması

-Azərbaycanın pul vahidi manatın Qarabag ərazisində tədavül vasitəsi kimi yeganə pul olaraq istifadə olunması

-2020-ci il 9-10 noyabr razılaşmasına görə,Qarabagdakı silahlı erməni ünsürləri tərksilah olunması.

-Qarabagdakı qondarma qrumun bütün “dövlət”strukturlarının Azərbaycana təhvil verilməsi

Yuxarıdakı bütün bu addımlar 12 ay ərzində yerinə yetiriləcək və bu sənəd artıq Ermənistan hökumətinə də təqdim olunub.
Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın son dediklərinə nəzər yetirsək görərik ki,artıq onlar danışıqlar prosesiçərçivəsində Azərbaycan tərəfindən yuxarıdakı “yol xəritəsi”ni alıblar.

Son gəlişmələri də nəzərə alsaq görərik ki,Paşinyan hökuməti Azərbaycanın təqdim etdiyi “yol xəritəsi”ni Qarabagdakı separatçılara da göndərib.Elə buna görədir ki,Xankəndidəki saxta parlamentin deputatları Paşinyanı təhqir edir,Arutyunyan da öz növbəsində “çadır şousu”kimi olduqca primitiv addıma əl atıb.Təbii ki,Arayik Arutyunyanı irəli verən,Qarabagda güya humanitar böhran şousunu yaradan birmənalı olaraq Rusiya hökumətidir.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir