Rusiya Xarici işlər nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev keçirdiyi brifinqdə deyib ki,Bakı-İravan arasında etibarlı razılaşmalar əldə etmək üçün proses mümkün qədər uzun sürməlidir.Zaytsevə görə,prosesi sürətləndirmə kimlərəsə faydalı ola bilər,ancaq məsələ bundan sonra bunun necə reallaşdırılmasıdır.
Rus diplomat faktiki demək istəyir ki,Qarabagda sülhün bərqərar olması Ermənistanın baş naziri Nikol Paşinyan və yaxud Azərbaycan prezidenti İlham Əliyevdən asılı deyil.Yəni,azərbaycanlı və erməni liderlər Brüsseldə,Vaşinqtonda silsilə görüşlər keçirərək,müəyyən detalların üzərində razılıq əldə etsələr də,son söz Kremlə aiddir.
Üstəlik,Aleksey Zaytsev Qarabagda yekun siyasi həllin əldə edilməsində maraqlı olan Qərbin də bostanına daş atır və sətiraltı deyir ki,məni autsayder durumuna sala bilməyəcəksiniz.
Belə olan təqdirdə,ortaya sual çıxır:Moskva konkret olaraq,Bakı və İravandan nə tələb edir?
Cavab heç də mürəkkəb deyil:Rusiya Qarabagdakı “sülhməramlıları”üçün mandat tələb edir.Bunun üçün də,gözlənilir ki,2025-ci ilin son altı ayında Rusiya Əliyev hökumətinə təzyiqlərin dozasını və miqyasını daha da artıracaq.Hələ ki,Əliyev Moskvanın təzyiqlərini neytrallaşdırmaq istəyir.Bunun üçün də,Azərbaycan iqtidarına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın köməyi lazımdır.
Baxmayaraq ki,Ərdogan NATO-Vilnus sammitində Qarabagdakı rus sülhməramlılarının 2025-ci ildə bölgədən gedəcəyini demişdi,lakin Türkiyə prezidenti də bunun o qədər də asan olmayacagının fərqindədir.Bu əsnada,vacib detal bundan ibarətdir ki,rus sülhməramlılarının bölgədən gedəcəyi təqdirdə,yaranacaq boşlugu kim dolduracaq…
Qarabagdakı etnik ermənilər Azərbaycan dövlətinin təqdim etdiyi reinteqrasiya kursuna necə reaksiya göstərəcəklər…Çünki,Qarabag ermənilərinin təhlükəsizliyi və statusu mövzusunda Qərbin də mövqeyi birmənalı deyil.Dogrudur,Qarabag erməniləri üçün “müstəqillik” və ya “öz müqəddaratını təyinetmə”prinsipi artıq o qədər də aktual deyil.Bu faktı artıq Arayik Arutyunyanln başçılıq etdiyi separatçı adminstrasiya da başa düşüb.
Konkret olaraq,Aleksandr Zaytsevin fikirlərinə gəldikdə,o,bir müddət əvvəl digər rus diplomat Denis Qonçarın dediklərini təkrarlayıb.Qonçar da demişdi ki,Azərbaycan və Ermənistan arasında sülh prosesini sürətləndirməyə ehtiyac yoxdur.O,hətta bunun faciəli olacagını da ifadə etmişdi.Görünür,Qonçar “faciə”ifadəsini dilə gətirməklə,Moskvanın sona qədər Qarabag ermənilərindən istifadə edəcəyini sətiraltı vurgulamışdı.
Gəlinən nəticə budur ki,əslində,Qarabagdakı ermənilər Rusiyanın girovudur.Moskva Cənubi Qafqazdan çıxmamaq üçün girovlarından sona qədər istifadə edəcək.
Kamal Əliyev