KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Əliyev: Kişinyov görüşü,1975-ci il xəritələri və Paşinyanın növbəti manipulyasiyası

Kamal Əliyev: Kişinyov görüşü,1975-ci il xəritələri və Paşinyanın növbəti manipulyasiyası

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
238 0

Dünən Moldaviyanın paytaxtı Kişinyovda keçirilən beştərəfli(Şolz,Makron,Mişel,Əliyev və Paşinyan)görüşdə hər hansı bir sülh müqaviləsinin imzalanmayacagı bəlli idi.Kişinyov görüşündə Ermənistanın baş naziri Nikol Paşinyanın bəzi açıqlamaları onu deməyə əsas verir ki,proses həm mürəkkəbdir,həm də çox ləng gedir.Dogrudur,tər əıflər 1975-ci il xəritələri əsasında delimitasiya aparmaga razı olduqlarını deyirlər,ancaq Azərbaycan tərəfi sərhədlərin müəyyənləşdirilməsini hansı sənədlərə görə razılaşdırılacagını bəyan etməyib.
Kişinyov görüşündə müzakirə olunan detallardan biri də 2020-ci il 10 noyabr atəşkəs müqaviləsinə görə,kommunikasiya xəttlərinin açılması olub.Hərçənd,Paşinyan beştərəfli görüşü faydalı hesab etsə də,əslində,o,növbəti dəfə manipulyasiyaya rəvac verib.Paşinyan yenə də “beynəlxalq mexanizm”və “Bakı-Xankəndi dialoqu”formatından danışıb.Halbuki,Azərbaycan prezidenti İlham Əliyevin son dəfə Laçın rayonunda verdiyi bəyanatlardan yola çıxsaq belə bir qənaət formalaşır ki,erməni tərəfinin təklifləri Bakı tərəfindən qəbul olunmayacaq.

Kişinyovdakı beştərəfli görüşə gəlincə,Fransa prezidenti Emanuel Makronun iştirakı əslində Ermənistanın maraqlarına cavab verirdi.Və əminəm ki,Paşinyan Makronun iştirakına çox sevinib.Çünki Fransa prezidenti birmənalı olaraq,daxili siyasətə hesablayaraq Ermənistanı dəstəkləyir.Fransa prezidentini bu prosesdə obyektiv davranacagını gözləməyə dəyməz.Buna rəgmən,Almaniya kansleri Olaf Şolzun beştırəfli görüşdə iştirakını müsbət qiymətləndirməmək olmaz.İndi əsas diqqət iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüşdədir.

1975-ci il xəritəsinə gəlincə,Paşinyan bəyan edib ki,Ermənistanın 29,8 min kv.km ərazisinə Başkənd,habelə 1990-cı illərdən Azərbaycanın nəzarətində olan Berkaber,Parvakar,Ayqeovit və Vazaşen kəndlərinin əraziləri də daxildir.Paşinyana görə, 1975-ci il xəritəsində 28,8 min kv.km əraziyə Sotk-Xoznovar kəndinin ərazisi də daxildir.Göründüyü kimi,Paşinyan yenə də manipulyasiyaya əl atır.Fakt budur ki,Zod/Söyüdlü Azərbaycana məxsusdur və o yatagın cəmi 24 faizi Ermənistana məxsusdur.Paşinyan növbəti dəfə yalnış interpritasiyaya əl atır.
Yuxarıda adı çəkilən kəndlərin adlarını isə ermənilər dəyişib və öz qondarma toponimlərini əlavə ediblər.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir