KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Əliyev: BMT TŞ-də “Laçın dəhlizi”müzakirələrindən hansı nəticə hasil oldu?

Kamal Əliyev: BMT TŞ-də “Laçın dəhlizi”müzakirələrindən hansı nəticə hasil oldu?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
295 0

Nəhayət,Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasında Qarabagdakı situasiya ilə baglı müzakirələr yekunlaşdı.Mən bu sətirləri yazarkən,BMT TŞ-nin yekun qərarı elan olunmamışdı.

Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev bəyan etdi ki,Qarabag beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınıb və oradakı insanlar Azərbaycanın sakinləridir.Rəsmi Bakı birdaha bəyan edir ki,Azərbaycan Qarabag ermənilərinin təhlükəsizliyinə tam zəmanət verir.Azərbaycan nümayəndəsi bəyan etdi ki,Qarabagdakı erməni sakinlərinin zəruri mallara çıxışını təmin etmək üçün Agdam-Xankəndi yolunu təklif edir.
Əlbəttə,Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da çıxışını dinlədim.Mirzoyan ənənəvi olaraq prosesi manipulyasiya etməyə çslışdı,provokativ,emosional və eyni zamanda ritorik üslubdan istifadə etdi.
Əslində,Mirzoyanın necə çıxış edəcəyi,hansı tezislərdən istifadə edəcəyi aşagı-yuxarı bəlli idi.I,növbəti dəfə Bakını Qarabagın erməni əhalusinə qarşı “etnik təmizləmə”siyasəti aparmagda günahlandırdı.
Konkret Rusiyanın BMT-dəki nümayəndəsinin çıxışına gəlincə,Dmitri Polyanski dedi ki,mülki və qeyri-hərbi malların daşınması üçün Agdam və Laçın vasitəsilə paralel dəhlizlərin açılmasından söhbət gedir.Və bu,rəsmi Bakının səlahiyyətli nümayəndələri və Daglıq Qarabagın erməni əhalisi arasında tez bir zamanda birbaşa dialoqun başlanması üçün lazımı və ilkin şərtlər yaradacaq.
Polyanskinin dediklərindən belə çıxdı ki,Daglıq Qarabag ətrafında vəziyyətin tez bir zamanda deeskalasiyasına,o cümlədən,”Laçın dəhlizi”nin açılmasına və digər humanitar marşurutlardan istifadəyə yönəlmiş addımlara ehtiyac var.
Rusiya nümayəndəsinin dediklərindən belə qənaətə gəlmək olur ki,Moskva Qarabag problemində hələ də əsas “söz sahibi”kimi özünü görür.Təbii ki,həmişəku kimi,Rusiya öz sülhməramlılarını Qarabagdan çıxarmamaq üçün hər yola baş vuracaq.Polyanski Bakı-Xankəndi dialoqunu zəruri saysa da,biz bilirik ki,Rusiya bu formatda da özünü “əsas vasitəçi”kimi qəbul etdirmək istəyir.
Görünən budur ki,BMT TŞ-də erməni diplomatiyası öz arzusuna çatmadı.
İndi ortays maraqll sual çıxır:Azərbaycan Qarabagdakı erməni separatçılarına qarşl anti-terror əməlliyyatı keçirəcəkmi?Bu,növbəti həftələrdə gündəmin ən aktual mövzusu olacaq.Mümkündür ki,Bakı yaxın vaxtlarda Qarabagdakı xuntaya qarşı təzyiqlərinin dozasını daha da artıracaq.Güman edirəm ki,BMT TŞ-nin yekun sənədi tpvsiyyə xarakteri olacaq.
Avropa İttifaqının nümayəndəsinin dediklərinə gəlincə,Brüsselin reaksiyası Fransa və Malta nümayəndəsinin dedikləri ilə üst-üstə düşsə də,daha diplomatik və nisbətən yumuşaq idi.
ABŞ və Böyük Britaniya nümayəndələrinin dediklərindən belə hasil oldu ki,Qarabag ermənilərinə humanitar dəstək olmalıdır,alternativ yolun(Agdam-Xankəndi)nəzərdən keçirilməsinə müsbət yanaşırlar.
Yəqin ki,bundan sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi daha da artacaq.Proses ona dogru gedir…

Kamal Əliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir