KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Əliyev: Ankara Qarabaga görə Moskva ilə qarşı-qarşıya gələ bilərmi?

Kamal Əliyev: Ankara Qarabaga görə Moskva ilə qarşı-qarşıya gələ bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
210 0

Təbii ki,yuxarıdakı sual olduqca ritoriktir.Lakin buna rəgmən,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın NATO-nun Vilnüsdə keçirdiyi sammitdən sonra”üçtərəfli anlaşmaya əsasən,rus sülhməramlılarının Qarabagda qalma müddəti 2025-ci ildə başa çatacaq”ifadəsi Rusiya tərəfində narazılıq yaradıb.Dogrudur,ruslar hələ də Ankaranın üzərinə getmirlər,ancaq bu gün Rusiya XİN-nin rəsmisi Mariya Zaxarovanın dediklərindən belı çıxır ki,Türkiyə 2025-ci il 10 noyabr razılaşmasının tərəfi deyil.Görünın budur ki,M.Zaxarova diplomatik və üstüörtülü Ankaranın diqqətinə çatdırıb ki,sən bu mövzuda kınar aktorsan,bir az kənarda dayan.
O da dogrudur ki,Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi var və Ankara həm də Bakıya təhlükəsizlik zəmanəti verib.Lakin diqqətimi çəkən punkt bdur ki,Azərbaycan hökumətinə yaxın yandaş media bir müddətdir israr edir ki,NATO üzvü olan Türkiyə lazım gələrsə Qarabaga görə Rusiyanı da qarşısına alar.Lakin biz bir az m əısələni rasional düşünsək,bu iddianın məntiqsiz oldugunu dərk edə bilərik.Onu da nəzərə alaq ki,Ankara Moskva ilə münasibətlərdə daha hıssas davranmaga meyillidir.Şübhəsiz ki,bu məsələdə Ankaranın Moskva ilə münasibətlərində siyasi və iqtisadi amillər də mövcuddur.
Üstəlik,Qarabag ugrunda Türkiyə və Rusiya konfrantasiyası prosesə NATO-nun da aktiv müdaxiləsinə yol aça bilər.Hal-hazırda faktiki olaraq,NATO və Rusiya Ukrayna cəbhəsində qarşı-qarşıyadılar.Və belə olan təqdirdə,Türkiyə-Rusiya qarşıdurması kontekstində NATO-nun Cənubi Qafqazda Moskvaya qarşı ikinci cəbhəni açması hələlik qeyri-real görünür.Yadınıza salım ki,bir neçə il əvvəl Rusiya qırıcısının Türkiyə tərəfindən vurulması zamanında da iki ölkə arasında münasibətlər kifayət qədər gərginləşmişdi və az qala müharibə də baş verəcəkdi.Lakin o zaman Ankara NATO tərəfindən gərəkli dəstəyi görmədi.Hətta Ankarada Rusiya səfiri Karlovun öldürülməsi də az qalsın Rusiya və Türkiyə münasibətlərini korlasın.Buna baxmayaraq,Ankara və Moskva gərgin prosesi idarə edə bildi.
Təbii ki,Azərbaycan,bütövlükdə Cənubi Qafqaz Türkiyə üçün kifayət qədər əhəmiyyətli cografiyadır.Lakin bu,o demək deyil ki,Ankara və Moskva bir-biri ilə müharibə edə bilərlər.Şübhəsiz ki,bunu istəyən qüvvə(lər)var,ancaq indiki mərhələdə hər iki ölkə daha soyuqqanlı olmaga meyillidirlər.
Eyni zamanda,həm Ankara,həm də Moskva bir-birlərinin “qırmızı xəttləri”nin hardan keçdiyini bilirlər.Sadəcə olaraq,Ankara 2025-ci ildə Rusiyanın Qarabagdan çıxmasında maraqlıdır.Görünən odur ki,Qarabagda,Laçın koridoru ətrafında son zamanlar baş verənlər kontekstində,Rusiya bölgədən çıxmayacagının anonsunu verməyə başlayıb.Rusiya imperialist və işgalçı bir güc olaraq Cənubi Qafqazı tərk etmək niyyətində deyil.
Beləliklə,qarşıdakı iki ildə Qarabagda situasiya daha da gərginləşəcək…
Mümkündür ki,vaxtaşırı olaraq Ankara-Moskva,Bakı-Moskva arasında müəyyən gərginliklər müşahidə olunsun.
Buna rəgmən,Bakı,Ankara və Moskva 2025-ci ilə qədər vəziyyəti idarə etməyə çalışacaqlar.

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir